Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 262 mkq kalium yodid (200 mkq yoda müvafiq) vardır. Köməkçi maddələr:laktoza monohidrat, yüngül maqnezium karbonat, jelatin, natrium nişasta qlikolyatı (A tipi), susuz kolloidal silisium dioksid, maqnezium stearat.
İstifadəsinə göstərişlər:
Yodomarin® 200 preparatı aşağıdakı hallarda istifadə olunur: - yod çatışmazlığı nəticəsində meydana çıxan xəstəliklərin profilaktikası (məsələn, torpaqda və suda yod çatışmazlığı müşahidə olunan bölgələrdə zob xəstəliyinin profilaktikası və həmçinin, yod çatışmazlığı nəticəsində zobun rezeksiyasından sonra); - yenidoğulmuşlarda, südəmər körpələrdə, uşaqlarda, yeniyetmələrdə və gənc yaşlı yetkin pasiyentlərdə diffuz eutireoid zob xəstəliyinin müalicəsi.
Əks göstərişlər:
Aşağıdakı hallarda Yodomarin® 200 preparatını istifadə etmək olmaz: - kalium yodidə və ya dərman preparatının tərkibində olan hər hansı digər komponentə (Tərkibi” bölməsində qeyd olunan) qarşı allergiya müşahidə olunduqda; - qalxanabənzər vəzi funksiyalarının aşkar yüksəlməsi (şikayətlərin mövcudluğu) qeyd olunduqda; - qalxanabənzər vəzi funksiyalarının gizli yüksəlməsi (şikayətlərin olmaması) qeyd olunduqda, sutkada 150 mkq yoddan artıq dozalarda; - pasiyentdə hormon əmələ gətirən xoşxassəli şiş olduqda və həmçinin, qalxanabənzər vəzidə nəzarətolunmayan hormon əmələ gətirən sahələr mövcud olduqda, sutkada 300 mkq-dan 1000 mkq dozaya qədər yod (əməliyyatdan əvvəlki dövrdə aparılan müalicə istisna olmaqla). -herpeti formalı dermatit (During). -hipokomlementemik vaskulit.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və ya laktasiya dövründə və həmçinin, hamiləlik ehtimal edildikdə və ya planlaşdırıldıqda, bu preparatın istifadəsinə başlamazdan əvvəl, məsləhət almaq üçün həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Hamiləlik və laktasiya dövründə orqanizmin yoda olan tələbatı yüksəlir – bu səbəbdən, qeyd olunan dövrlərdə, orqanizmə yodun kifayət qədər daxil olmasını təmin etmək xüsusilə vacibdir. Lakin, yodu və yod-tərkibli preparatları yalnız, “fayda/risk” nisbətini qiymətləndirdikdən sonra və yalnız həkimin bilavasitə təyinatına əsasən istifadə etmək olar.
Göstərilən dərman preparatını hər zaman, bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına ciddi riayət edərək qəbul etmək lazımdır. İstənilən şübhə meydana çıxdığı halda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Məsləhət görülən doza Yod çatışmazlığı zamanı zob xəstəliyinin profilaktikası Yenidoğulmuşlar, südəmər körpələr və uşaqlar Sutkada 1 dəfə ½ tablet Yodomarin® 200 preparatı (50-100 mkq yoda müvafiqdir). Yeniyetmələr və böyüklər Sutkada ½-1 tabletə qədər Yodomarin® 200 preparatı (100-200 mkq yoda müvafiqdir). Hamiləlik və laktasiya dövrü Sutkada 1 dəfə 1 tablet Yodomarin® 200 preparatı (200 mkq yoda müvafiqdir). Yod çatışmazlığı ilə əlaqəli zob xəstəliyinin dərman müalicəsi sona çatdıqdan sonra və ya zobun rezeksiyası əməliyyatından sonra zobun təkrar inkişafının profilaktikası Sutkada 1 dəfə ½-2 tabletə qədər Yodomarin® 200 preparatı (100-200 mkq yoda müvafiqdir). Yod çatışmazlığı nəticəsində zob xəstəliyinin müalicəsi Yenidoğulmuşlar, südəmər körpələr və uşaqlar Sutkada 1 dəfə ½-1 tabletə qədər Yodomarin® 200 preparatı (100-200 mkq yoda müvafiqdir). Gənc yaşlı yetkin pasiyentlər Sutkada 1 dəfə 1 ½-2½ tabletə qədər Yodomarin® 200 preparatı (300-500 mkq yoda müvafiqdir). İstifadə qaydası Preparatı yeməkdən sonra, kifayət qədər maye (məsələn, bir stəkan su) ilə birlikdə qəbul etmək lazımdır. İstifadə müddəti Profilaktik məqsədlərlə Yodomarin® 200 preparatını adətən, bir neçə il müddətində, bəzi hallarda isə hətta bütün ömür boyu istifadə etmək olar. Yenidoğulmuşlarda və südəmər körpələrdə zob xəstəliyinin müalicəsi üçün, bir qayda olaraq, 2-4 həftəlik müalicə yetərli ola bilər. Uşaqlarda, yeniyetmələrdə və böyüklərdə zob xəstəliyinin müalicəsi üçün isə 6 aydan 12 aya qədər müddət tələb olunur. Tabletləri bərabər dozalı 2 hissəyə bölmək olar. Yodomarin® 200 preparatının istifadəsinin ötürülməsi Preparatın ötürülmüş dozasını əvəz etmək üçün, tabletləri ikiqat dozada istifadə etmək olmaz. Yodomarin® 200 preparatının istifadəsinin dayandırılması Yodomarin® 200 preparatının istifadəsinin, məsələn, əlavə effektlərin meydana çıxması səbəbindən dayandırılması barədə, pasiyent həkimi məlumatlandırmalıdır. Gələcəkdə göstərilən preparatın istifadəsi ilə bağlı əlavə suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.