Sevimlilərə əlavə edin
Paylaşın

ABITRAKS 1GR N1 FLK+AMP

Məhsul Kodu : 111-20416
İstehsalçı ölkə : Italiya
Reseptlə satılır
0 Şərh Şərh
5,51 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

ABİTRAKS, inyeksiya məhlulu hazırlamaq üçün toz

Abitraks tərkibi 

Təsiredici maddə:1 flakonda 1000 mq seftriakson (steril seftriakson natrium duzu şəklində) vardır. Həlledici: 3,5 ml 1%-li lidokain məhlulu.

İstifadəsinə göstərişlər:

 Dərman vasitəsinə həssas mikroorqanizmlər tərfindən törədilmiş infeksion-iltihabi xəstəliklər:

 • LOR-orqanların infeksiyaları;

 • tənəffüs yollarının infeksiyaları (pnevmoniya, bronxit, ağciyərlərin absessi, plevranın empieması);

 • sidik-cinsiyyət sisteminin infeksiyaları (pielit, sistit, kəskin və xroniki pielonefrit, prostatit, ağırlaşmamış süzənək və cinsi yolla ötürülən digər infeksiyalar (yumşaq şankr və sifilis);

 • immunitetin zəifləməsi ilə müşahidə olunan infeksion xəstəliklər;

 • dəri və dərialtı toxumanın xəstəlikləri;

 • yara infeksiyaları, dərinin və yumşaq toxumaların infeksion xəstəlikləri;

 • meningit;

 • sümük və oynaq infeksiyaları;

 • peritonit, öd kisəsinin iltihabı, mədə-bağırsaq infeksiyaları.

 • cərrahi əməliyyatlardan sonra yaranan infeksiyaların profilaktikası.

Əks göstərişlər:

 Anamnezdə sefalosporin və digər beta-laktam atibiotiklərinə qarşı hiperhəssaslıq, lidokainə qarşı yüksək həssaslıq (əzələdaxili yeridilmə); hamiləlik. Yenidoğulmuşlarda və vaxtından qabaq doğulmuş uşaqlarda hiperbilirubinemiya zamanı ehtiyatla istifadə olunur. Əgər vena daxilinə kalsium tərkibli infuziya aparılırsa, kalsium seftriaksonun çöküntü şəklində əmələ gəlməsi riski olduğundan, onların eyni vaxta istifadəsi əks göstərişdir.

Abitraks istifadə qaydası, dozası

 Abitraks- ə/d və v/d (steril inyeksiya üçün su ilə) istifadə olunur. Böyüklər və 12 yaşdan böyük uşaqlar: gündə 1-2 q təyin edilir. Ağır infeksiyalar zamanı preparatın gündəlik dozası 4 q-a qədər artırıla bilər. Əməliyyatdan əvvəl profilaktika məqsədilə preparat əməliyyatdan 2 saat əvvəl v/d yeridilir. Kəskin otitdə preparat gündə 1dəfə 1 q istifadə edilir. Meningitin müalicəsi üçün preparatın maksimal gündəlik dozası (4 q) 12 saatdan bir yeridilə bilər. Müalicə kursunun müddəti infeksiyanın ağırlığından asılıdır. Adətən, seftriakson ilə antibiotikoterapiya xəstəliyin əlamətləri aradan götürüləndən 48 saat sonra dayandırılır. 12 yaşdan kiçik və südəmər uşaqlar: 50-80 mq/kq (24 saatdan bir). Kütləsi 50 kq-dan çox olan uşaqlarda böyüklərin dozası istifadə olunur. Yenidoğulmuşlarda (2 həftəliyə qədər ) doza 20-50 mq/kq/gün hesablanır. Seftriakson az miqdarda ana südünə keçir. Vena daxilinə istifadə zamanı seftriakson 9,6 ml inyeksiya üçün steril suda həll olunur. Seftriakson vena daxilinə 0,9%-li natrium-xlorid, 5% və ya 10%-li dekstroza ilə 0,9%-li natrium-xlorid qarışıgı, 5%-li dekstroza ilə 0,45%-li natrium-xlorid məhlullarının qarışıqları ilə birlikdə yeridilə bilər. V/d infuziya 30 dəqiqə ərzində yeridilməlidir. V/d inyeksiya üçün seftriaksonun təzə hazırlanmış məhlulu istifadə olunur. Ə/d inyeksiya üçün sefriaksonun 250 mq/ml konsentrasiyada məhlulunun hazırlanma qaydası: preparatın 1q-nı 3,6 ml lidokainlə həll etmək lazımdır.

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20416

Oxşar Məhsullar

Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
Amoksisillin 500MG N10 Cap (Rum)
2,20 AZN -%0
2,20AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce