Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Amifar 500 mq 2 ml N5 ampul

Məhsul Kodu : 111-06309
İstehsalçı ölkə: Italiya
34,66 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

AMİFAR, 500 mq/2 ml inyeksiya üçün məhlul

Amifar tərkibi 

Təsiredici maddə:2 ml məhlulun tərkibində 500 mq əsasi amikasinə ekvivalent olan 667,5 mq amikasin sulfat vardır. Köməkçi maddələr: natrium sitrat üçəsaslı dihidrat,  natrium hidroksid, kükürd turşusu, natrim  metabisulfit, inyeksiya üçün su

İstifadəsinə göstərişlər:

Amifar, Pseudomonas aeruginosa, E.coli, Proteus indol + və indol-, Providencia, Klebsiella enterobacter ştamları, Serratia və Acinetobacter daxil olmaqla ağır qram mənfi infeksiyaların qısa müddətli müalicəsində istifadə olunur. Aşağıdakı halların müalicəsində istifadə olunur. − bakteremiya, septisemiya və neonatal sepsis; − tənəffüs sisteminin ağır infeksiyaları, sümük və oynaq infeksiyaları, MSS-in infeksiyaları (meningit daxil olmaqla), intraabdominal infeksiyalar (peritonit daxil olmaqla), yanıqlar və cərrahi müdaxilədən sonrakı infeksiyalar (damar cərrahi infeksiyalar daxil olmaqla); − sidik sisteminin qram-mənfi mikroorqanizmlər tərəfindən törədilən ağır və residivləşən infeksiyaları. Amikasin, digər aminoqlikozidlər kimi, sidik sisteminin ağırlaşmamış infeksiyaları zamanı etioloji agent daha az toksiki təsirə malik olan antibakterial vasitələrə qarşı həssas olduqda ilkin müalicə vasitəsi kimi istifadə olunmur; − stafilokoklar tərəfindən törədilən infeksiyalar: bu müalicəyə infeksiyanın hansı stafilokokklar tərəfindən törədildiyi məlum olduqda və ya güman edildikdə, xəstənin digər antibakterial vasitələrə qarşı allergiyası olduqda, infeksiyanın həm stafilokklar həm də qrammənfi mikroorqanizmlər tərəfindən törədildiyi hallarda istifadə olunur. − -neonatal sepsis – antibakterial vasitənin həssaslıq testinə əsaslanan hə hansı bir digər aminoqlikozidin istifadə olunması mümkün olmadıqda. Belə hallarda qram-müsbət superinfeksiyaların (streptokok və pnevmokok) yarana bilməsi səbəbindən  digər penisilin qrupundan olan antibakterial vasitələrlə də müalicə təyin oluna bilər.  Amikasin, gentamisin, tobramisin və kanamisinə qarşı rezistent olan Pseudomonas aeruginosa, Proteus rettgeri, Providencia stuartii və Serratia marcescens də daxil olmaqla bəzi qram-mənfi bakteriyaların stammlarına qarşı aktivdir.

Əks göstərişlər :

Amikasinə və ya preparatın hər hansı bir digər tərkib hissəsinə qarşı allergik reaksiyası olan xəstələrdə əks göstərişdir. Anamnezdə hiperhəssaslıq və ya aminoqlikozidlərə qarşı ciddi, toksiki reaksiyaların mövcud olduğu zaman bu sinif dərmanlara qarşı məlum olan çarpaz həssaslığın yaranması səbəbindən hər hansı bir aminoqlikozidin istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Amikasin hamilə qadınlara və yenidoğulmuş körpələrə yalnız ciddi ehtiyac olduqda və həkim nəzarəti altında tətbiq olunmalıdır. Hamiləlik dövründə aminoqlikozidlərin istifadəsinə dair məlumatlar məhduddur. Aminoqlikozidlər dölə mənfi təsir göstərə bilər. Aminoqlikozidlər plasentadan keçir və hamiləlik dövründə streptomisin qəbul edən anaların uşaqlarında tam, geri dönməz, ikitərəfli anadangəlmə karlıq olması barədə məlumatlar vardır.  Digər aminoqlikozidlərlə müalicə olunan hamilə qadınlarda dölə və ya yenidoğulmuşlara mənfi təsirlər haqqında məlumat olmasada, potensial toksik təsir mövcuddur. Hamiləlik dövründə amikasindən istifadə olunursa və ya xəstə bu dərmanı qəbul edərkən hamilə qalıbsa, xəstə döl üçün potensial təhlükənin olması barədə xəbərdar olmalıdır . Laktasiya Amikasinin ana südü ilə xaric olub-olmadığı barədə məlumat olmadığından, südverməni və ya müalicəni dayandırmaq barədə qərar qəbul edilməlidir. Fertillik Siçanlar və siçovullar arasında aparılan toksiki reproduktiv tədqiqatlarda fertilliyə və dölə toksiki təsirlər haqqında məlumat yoxdur.

Amifar istifadə qaydası, dozası

 Əzələdaxili və venadaxili istifadəsi Tövsiyə olunan dozaların istifadəsi zamanı, həssas orqanizmlərlə törənən ağırlaşmayan infeksiyalar 24-48 saat ərzində müalicəyə cavab verməlidirlər. Müalicə adətən venadaxili istifadə zamanı 3-7 gün, əzələdaxili istifadə zamanı isə 7-10 gün davam edir. Böyüklər və uşaqlar: 15 mq/kq/sut. Sutkalıq doza iki dəfəyə bölünür. Körpələr və/və ya vaxtından əvvəl doğulmuş uşaqlar: zərbə dozası 10 mq/kq, sonradan isə hər 12 saatdan bir 7,5 mq/kq. Yüksək riskli infeksiyalar və/və ya Psevdomonasla törənən infeksiyalar: Böyüklər üçün zərbə dozası hər 8 saatda 500 mq-a qədər artırıla bilər, lakin maksimum 10 gün ərzində 1,5 q/sut artıq olmamaq şərti ilə. Ümumi doza 15 q heç vaxt aşılmamaq şərti ilə. Ağırlaşmamış sidik yollarının infeksiyası (Psevdomonasla törənməyən): gündə bir dəfə 7,5 mq/kq/sut. Böyrək funksiyasının pozulması: böyrək funksiyasısının pozulması olan xəstələrdə dərmanın kumulyasiyasının qarşısını almaq məqsədi ilə sutkalıq doza azaldılmalı və/və ya dozalar arasındakı fasilələr artırılmalıdır.  Şübhəli və ya müəyyən edilmiş böyrək çatışmalığı olan xəstələr üçün tövsiyə olunan doza təyini aşağıdakı üsulla aparılır: kreatininin plazma konsentrasiysı 9-a vurulur və əldə edilən nəticə iki doza arasındakı saatlarla ifadə olunan intervalı göstərmiş olur. Məs.: kreatininin plazma səviyyəsi 2 mq olarsa, tövsiyə olunan doza hər 18 saatdan bir vurulmalıdır. Əgər amikasin əlverişli hesab edilən vaxt intervalında təyin edilirsə preparatın plazma konsentrasiyasına nəzarət etmək lazımdır ki, o 35 qamma/ml-dən artıq olmasın. Əgər bu mümkün olmazsa və xəstənin vəziyyəti stabil olarsa, kreatin klirensi və kreatinemiya kəmiyyətləri qənaətbəxş olarsa amikasin 7,5 mq/kq yüksək dozada 12 saatdan bir vurula bilər. 12 saatdan bir tövsiyə olunan doza aşağıdakı formulla hesablanır:  Saxlayıcı doza = Təyin edilmiş KK (ml/dəq) Normal KK (ml/dəq) (hər 12 saatdan bir) *KK-kreatinin klirensi x 7,5 Alternativ olaraq, kreatinemiya kəmiyyətinin “sabit (davamlı) vəziyyəti” məlum olarsa normal doza bu kəmiyyətdən istifadə edilməklə bir neçə azaldılmış dozaya bölünərək 12 saatdan bir verilə bilər.  Əzələdaxili təyinə üstünlük verilir, lakin ehtiyac olduqda, eyni doza qrafiki ilə venadaxili istifadə edilə bilər. Venadaxili istifadəsi Böyüklərdə asta venoz infuziya üçün 30-60 dəqiqə ərzində normal infuziya üçün kifayət qədər miqdarda maye (500 mq ampulaya 100-200 ml) istifadə edilməlidir. Lazım gələrsə, venadaxili istifadə üçün uyğun mayelər bunlardır: fizioloji məhlul, 5% dekstroza və Ringer laktat məhlulu. Uşaqlarda istifadə ediləcək mayenin miqdarı, uşağın qəbul edəcəyi antibakterial vasitənin miqdarı ilə sıx bağlıdır. İnfuziya üçün maye 30-60 dəqiqə ərzində yeridilməlidir; körpələr üçün isə bu müddət 1saatdan 2 saata kimi təşkil etməlidir. İnfuziya üçün uyğun olan mayelər: fizioloji məhlul, 5% dekstroza, Ringer laktat. Amikasin fiziki olaraq digər maddələrlə qarışdırılmamalı, müəyyən edilmiş doza cədvəlinə uyğun olaraq ayrıca yeridilməlidir.

Prepared by  T-Soft E-Commerce.