Sevimlilərə əlavə edin
Paylaşın

Amoksisillin 250 mq N10 kapsul

Məhsul Kodu : 111-27049
İstehsalçı ölkə : Azerbaycan
Reseptlə satılır
0 Şərh Şərh
0,82 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Amoksisillin,  250 mq və ya 500 mq bərk kapsullar 

Amoksisillin tərkibi

Təsiredici maddə:   1 kapsulda 250 mq və ya 500 mq amoksisillin (trihidrat şəklində) vardır. 

Əks göstərişlər 

Amoksisillinə və/və ya preparatın köməkçi komponentlərinə qarşı hiperhəssaslıq, beta-laktam antibiotiklərə (eləcə də digər penisillinlərə, sefalosporinlərə, karbapenemlərə və s.) qarşı hiperhəssaslıq, atopik dermatit, bronxial astma, pollinoz, infeksion mononukleoz, limfoleykoz, qaraciyər çatışmazlığı, anamnezdə mədəbağırsaq traktının xəstəlikləri (xüsusilə antibiotiklərdən istifadə ilə bağlı kolit), laktasiya dövrü, saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası. Ehtiyatla – hamiləlik, böyrək çatışmazlığı, anamnezdə qanaxmalar, allergik reaksiyalar (eləcə də  anamnezdə) .

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Amoksisillin plasentar baryerdən kiçik miqdarda nüfuz edir və ana südü ilə ifraz olunur ki, bu da ana südü ilə qidalanan körpələrdə selikli qişada ishal və göbələk infeksiyası yarada bilər. Hamiləlik zamanı amoksisillindən istifadə zərurəti yarandıqda terapiyanın ana üçün gözlənilən faydasını döl üçün potensial risk ilə müqayisə etmək lazımdır. 
Laktasiya dövründə (ana südü əmizdirmə) amoksisillindən ehtiyatla istifadə etmək lazımdır.

İstifadəsi qaydası və dozası 

Amoksisillinin qeyd edilən dərman forması daxilə qəbul edilir. 
Böyüklər: böyüklər üçün adi doza gündə 3 dəfə 250 mq-dır, daha ağır infeksiyalarda doza gündə 3 dəfə 500 mq-a qədər artırılır.Tövsiyə olunan maksimal oral doza gündə 6 q-dır (bərabər hissələrə bölünərək qəbul edilir). 
Süzənəyin müalicəsi üçün istifadə olunan doza 3 q olmaqla ya birdəfəlik qəbul edilir və ya iki bərabər hissəyə bölünərək qəbul edilir. 
Uşaqlar: 10 yaşa qədər uşaqlar üçün adi doza gündə 3dəfə 125 mq təşkil edir, daha ağır infeksiyalarda doza gündə 3 dəfə 250 mq-a qədər artırılır.  

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27049

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
Amoksisillin 500MG N10 Cap (Rum)
2,20 AZN -%0
2,20AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce