Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 5 ml hazır suspenziyanın (1 ölçü qaşığı) tərkibində 125 mq amoksisillin (trihidrat şəklində) vardır.
Amoksisillinə qarşı həssas mikroorqanizmlərin törətdiyi infeksion-iltihabi xəstəliklər: tənəffüs yollarının və LOR-orqanların sinusit, faringit, tonzillit, kəskin orta otit, bronxit, pnevmoniya), sidikcinsiyyət sisteminin (pielonefrit, pielit, sistit, uretrit, süzənək, endometrit, servisit), mədə-bağırsaq traktının infeksiyaları (enterokolit, şigellyoz, qarın yatalağı, solmonellyoz, salmonella daşıyıcılığı), xolangit, xolesistit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (kombinəedilmiş terapiyanın tərkibində), dəri və yumşaq toxumaların infeksiyaları (qızılyel, impetiqo, ikincili infeksiyaya yoluxmuş dermatozlar), leptospiroz, listerioz, Laym xəstəliyi (borrelioz), meningit, endokardit (profilaktika), sepsis, peritonit, hamiləlikdə asimptomatik bakteriuriya, Tifo və ya paratitifoid qızdırması, protez oynaq infeksiyaları.
Amoksisillinə və/və ya preparatın köm əkçi komponentl ərinə qarşı hiperh əssaslıq, beta-laktam antibiotiklərə (eləcə də digər penisillinlərə, sefalosporinlərə, karbapenemlərə və s.) qarşı hiperhəssaslıq, atopik dermatit, bronxial astma, pollinoz, infeksion mononukleoz, limfoleykoz, qaraciy ər çatışmazlığı, anamnezdə mədə-bağırsaq traktının x əstəlikləri (xüsusilə antibiotiklərdən istifad ə ilə bağlı kolit), laktasiya dövrü, saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza -qalaktoza malabsorbsiyası. Ehtiyatla – hamiləlik, böyrək çatışmazlığı, anamnezdə qanaxmalar, allergik reaksiyalar (eləcə də anamnezdə).
Amoksisillin plasentar baryerdən kiçik miqdarda nüfuz edir və ana südü ilə ifraz olunur ki, bu da ana südü ilə qidalanan körpələrdə selikli qişada ishal və göbələk infeksiyası yarada bilər. Hamiləlik zamanı amoksisillindən istifadə zərurəti yarandıqda terapiyanın ana üçün gözlənilən faydasını döl üçün potensial risk ilə müqayisə etmək lazımdır. Laktasiya dövründə (ana südü əmizdirmə) amoksisillindən ehtiyatla istifadə etmək lazımdır.
Preparatdan istifadə dövründə sinir sistemi tərəfindən başgicəllənmə, qıcolmalar, davranış pozğunluqları kimi mümkün əlavə rekasiyalar s əbəbindən pasiyentl ər avtomobili idar ə edərkən v ə digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən xüsusilə ehtiyatlı olmalıdırlar.
Qida qəbulundan əvvəl və ya sonra daxilə qəbul edilir. Böyüklər və 10 yaşdan böyük (bədən çəkisi 40kq-dan çox olan) uşaqlar Standart doza rejimi: sutkada 3 dəfə 500 mq (20ml); Infeksiyanın ağır gedişi zamanı – sutkada 3 dəfə 750 mq – 1 q (30-40ml). 5-10 yaşlı uşaqlara sutkada 3 dəfə 250 mq (10 ml suspenziya) təyin edirlər; 2-5 yaşlı uşaqlara 3 dəfə 125 mg (5 ml suspenziya); 2 yaşdan kiçik uşaqlara – sutkada bədən çəkisinin hər kq-na 20 mg dozada 3 q əbula bölünmuş ş əkildə təyin edirlər. 3 aylıq uşaqlar üçün maksimal sutkal ıq doza – sutkada bədən çəkisinin hər kq-na 30 mq miqdar ında 2 qəbula bölünmüş şəkildə (12 saatdan bir) təyin edirlər.
Vaxtındanəvvəl doğulmuş v ə yenidoğulmuşlarda dozanı azaldır v ə/və ya q əbullar arası intervalı artırırlar. Müalicə kursu – 5-12 gün. Suspenziyanın hazırlama sı: flakona nişanad ək su əlavə edib yaxşı çalxalamaq lazımdır. Hazırlanmış suspenziyanı soyuducuda saxlayıb (2-8ºC temperaturunda) 14 gün ərzində istifadə etmək lazımdır.
Hər istifadədən əvvəl suspenziyanı çalxalamaq lazımdır. Hazırlanmış suspenziyanın 5 ml-nin (1 ölçü qaşığı/qapağı) tərkibində 125 mq amoksisillin vardır. Xüsusi tövsiyə olmadıqda, standart doza rejimindən istifadə edilir. Doza rejimi üzrə xüsusi tövsiyələr Kəskin ağırlaşmamış süz ənək zamanı bir d əfə 3 q (120 ml) təyin edirlər; qadınların müalicəsində qeyd edilmiş dozanın təkrar qəbulu tövsiyə edilir.
Mədə-bağırsaq traktının (paratiflər, qarın yatalağı) və öd yollarının kəskin infeksion xəstəlikləri zamanı, ginekoloji infeksiyalar zamanı boyüklərə sutkada 3 dəfə 1,5-2 q (60-80 ml) və ya sutkada 4 dəfə 1-1,5 q. Mədənin v ə onikibarmaq bağırsağın xora xəstəliyi zamanı (kombinasiya olunmuş terapiyanın tərkibində): gündə 2 dəfə 750-1000 mq. Leptospiroz zamanı böyüklərə 6-12 gün ərzində sutkada 4 dəfə 0,5-0,75 q (20-30 ml). Salmonella daşıyıcılığı zamanı böyüklərə 2-4 gün ərzində sutkada 3 dəfə 1,5-2 q (60-80 ml).
Endokarditin profilaktikası üçün kiçik cərrahi müdaxilələr zamanı böyüklərə – prosedurdan 1 saat əvvəl 3-4 q (120-140 ml). Zəruri hallarda 8-9 saatdan sonra təkrar doza təyin edirlər. Digər: çətinləşmiş t ənəffüs, taxikardiya, hemolitik anemiya, aqranulositoz, interstisial nefrit, kristalluriya, uşaqlıq yolunun kandidozu, superinfeksiya (xüsusilə xronki xəstəlikləri və ya orqanizminin rezistentliyi aşağı olan pasiyentlərdə).