Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Amoksiklav 400/57 mq 70 ml suspenziya

Məhsul Kodu : 111-27730
İstehsalçı ölkə: Sloveniya
10,50 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Amoksiklav, 400 mq/57 mq daxilə qəbul edilən suspenziya üçün toz

Amoksiklav, beynəlxalq patentləşdirilməmiş adı: Amoxicillin + Clavulanic acid

Amoksiklav tərkibi

Təsiredici maddə: 5 ml hazır məhlulun tərkibində 400 mq amoksisillin (amoksisillin trihidrat şəklində) və 57 mq klavulan turşusu (kalium klavulanat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Amoksiklav körpələrdə və uşaqlarda aşağıda qeyd olunmuş infeksiyaların müalicəsində istifadə olunur:
– Kəskin orta qulaq və sinus infeksiyaları
– Tənəffüs yollarının infeksiyaları
– Sidikçıxarıcı yolların infeksiyaları
– Dəri və yumşaq toxuma infeksiyaları, periodontal toxumaların infeksiyaları daxil olmaqla
– Sümük və oynaq infeksiyaları

Əks göstərişlər

Preparatın təsiredici və ya köməkçi maddələrinə qarşı yüksək həssaslıq; anamnezdə penisillinlərə qarşı anafilaksiya; anamnezdə amoksisillin/klavulan turşusunun istifadəsi zamanı sarılıq və ya qaraciyərin digər zədələnmələri.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə yalnız həkim göstərişi ilə istifadə olunmalıdır. Klavulan turşusu və amoksisillin ana südünə keçir. Laktasiya dövründə körpədə diareya və göbələk infeksiyası müşahidə oluna bilər. Həkim tərəfindən fayda/risk dəyərləndirməsi aparılmalıdır.

Pediatriyada istifadəsi

Uşaqlarda infeksiyaların müalicəsi üçün dozalar bədən çəkisinə uyğun müəyyən edilir. Tövsiyə olunan dozalar:
– 25 mq/3,6 mq/kq/gün-dan 45 mq/6,4 mq/kq/gün-a qədər gündə 2 dəfə
– 70 mq/10 mq/kq/gün-dək sinusit, otit və aşağı tənəffüs yolları infeksiyalarında

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərən xoşagəlməz effektlər (allergik reaksiyalar, başgicəllənmə, qıcolmalar) yarana bilər. Bu hallar müşahidə olunarsa, fəaliyyət dayandırılmalıdır.

Amoksiklav istifadə qaydası

Daxilə qəbul üçün nəzərdə tutulmuşdur. Suspenziya yeməkdən əvvəl qəbul edilməlidir. Tozun həll olunması üçün flakon iki dəfəyə su ilə doldurularaq çalxalanmalıdır. Hər istifadədən əvvəl yaxşıca çalxalanmalıdır. Hazırlanmış məhlul soyuducuda saxlanmalı və 7 gün ərzində istifadə edilməlidir.

Prepared by  T-Soft E-Commerce.