Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

VEBUTEN 400 MG N10 TB

Məhsul Kodu : 111-27083
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
30,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VEBUTEN, 90 mq/5 ml oral suspenziya hazırlamaq üçün toz

VEBUTEN tərkibi

Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 90 mq seftibutene ekvivalent seftibuten dihidrat vardır.

İstifadəsinə göstərişlər

Vebuten aşağıdakı infeksiyaların müalicəsində istifadə olunur. Yuxarı tənəffüs yollarının infeksiyaları: faringit, tonzillit, sinüzit, otit mediası. Aşağı tənəffüs yollarının infeksiyaları: peroral müalicə üçün uyğun olan xəstələrdə kəskin bronxit, xroniki bronxitin kəskin kəskinləşməsi və kəskin pnevmoniya. Sidik yollarının infeksiyaları: kəskin və xroniki pielit, sistopyelit, sistit, uretrit.

Əks göstərişlər

Vebuten dərman vasitəsi sefalosporinlərə və ya tərkibindəki hər hansı bir maddəyə qarşı allergiyası olan pasiyentlərdə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi tövsiyə Hamiləlik kateqoriyası: B Uşaq doğurma potensialı olan qadınlar/Doğuşa nəzarət (kontrasepsiya)/ Hamiləlik Hamiləlik zamanı seftibutenin təsirinə məruz qalma ilə bağlı heç bir klinik məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar da hamiləliyə, embrion/dölün inkişafına, doğuma və ya postnatal inkişafa birbaşa və ya dolayı zərərli təsir müşahidə edilməmişdir. Hamilə qadınlarda istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Laktasiya Seftibuten ana südü ilə xaric olunmur.

Vebuten preparatı laktasiya dövründə istifadə edilə bilər. Reproduktivlik/Fertillik Heyvanlar üzərində aparılan tədqiqatlar da hamiləliyə, embrion/dölün inkişafına, doğuma və ya postnatal inkişafa birbaşa və ya dolayı zərərli təsir lər müşahidə edilməmişdir. İnsanlar üçün potensial risk məlum deyil.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə bilinən bir təsiri yoxdur.

VEBUTEN istifadə qaydası və dozası

Dozası Uşaqlarda tövsiyə olunan doza gündəlik dozası 9 mq/kq (gündəlik maksimum 400 mq doza) olan oral suspenziyadır. Çəkisi 45 kq -dan çox olan və 10 yaşdan böyük uşaqlarda böyüklərdəki kimi dozalanma tövsiyə olunur. İstifadə tezliyi və müddəti Tonzillitlə müşayiət olunan və tonzillitin olmadığı faringitin, effuziyalı kəskin orta qulaq iltihabının və sidik yollarının ağırlaşmış və ağırlaşmamış infeksiyalarının müalicəsində gündəlik bir doza istifadə edilə bilər. Digər oral antibiotiklərdə olduğu kimi, müalicənin müddəti adətən beş ilə on gün arasında dəyişir.

Streptococcus pyogenesin səbəb olduğu infeksiyaların müalicəsində ən azı 10 gün ərzində Vebuten preparatının terapevtik dozası qəbul edilməlidir. İstifadə qaydası Vebuten preparatı təlimatlara uyğun hazırlanarsa, 100 ml oral suspenziyanın tərkibində 90 mq/5 ml (18 mq/ml) seftibuten vardır. Dozanı düzgün qəbul etmək üçün qutunun içərisində olan ölçü qaşığından istifadə edilməlidir. Vebuten suspenziyası yeməkdən bir və ya iki saat əvvəl qəbul edilə bilər.

Oral suspenziyanın hazırlanması Şüşənin üzərində işarələnmiş xəttin yarısına qədər qaynadılmış, soyudulmuş su əlavə edərək yaxşıca durulaşdırın. Homogen bir paylanma üçün 5 dəqiqə gözləyi n. Şüşənin üzərində işarələnmiş xətt ə qədər su əlavə edərək yenidən silkələyin. Xüsusi populyasiyalarda əlavə məlumat Böyrək çatışmazlığı Yetkin xəstələr Kreatinin klirensi dəyərləri 50 ml/dəqdən aşağı düşməzsə, Vebuten preparatının farmakokinetikası dozada korreksiyanın tələb olunacağı səviyyədə təsirlənmir.

Bu xəstələrdə dozanın tənzimlənməsi üçün göstərişlər cədvəldə verilmişdir. Cədvəl 1: Böyrək çatışmazlığı olan böyüklərdə Vebuten preparatının dozasının tənzimlənməsi Kreatinin Klirensi ≥ 50 30-49 5-29 ml/ dəq Hər 24 saatdan bir Vebuten preparatı 400 mq 200 mq 100 mq Xəstənin ml/dəq ilə dəyərləndirilən kreatinin klirensi (Klk r) aşağıdakı düsturdan istifadə etməklə əldə edilən zərdab kreatininin (mq/dl) dəyərlərindən hesablana bilər: K/K = [140 - yaş (il)] × çəki (kq) (× 0,85 [qadınlar üçün]) 72 × zərdabda kreatinin dəyəri (mq/dl) Uşaqlarda kreatinin klirensini hesablamaq üçün aşağıdakı formul istifadə olunur. Kreatinin klirensi = K X bədən çəkisi (kq) və ya boy (sm) Zərdab kreatinini (ml/dəqiqə/1,73 m2) 1 yaşdan böyük uşaqlarda K = 0,55, 1 yaşa qədər uşaqlarda K = 0,45. Dozaların tezliyinin tənzimlənməsinə üstünlük verili rsə, kreatinin klirensi 30 -49 ml /dəq olan xəstələrdə Vebuten preparatının 400 mq dozası hər 48 saatda n bir bir dəfə (iki gündə bir dəf ə) və kreatinin klirensi 5-29 ml olan xəstələrdə hər 96 saatdan bir (4 gündə bir) bir dəfə istifadə edilə bilər.

Həftədə iki və ya üç dəfə hemodializ terapiyası qəbul edən xəstələrdə hər hemodializ seansının sonunda 400 mq birdəfəlik doza istifadə edilə bilər. Qaraciyər çatışmazlığı Bu kimi pasiyentlərdə istifadəsinə dair xüsusi xəbərdarlıqlar yoxdur. Pediatrik populyasiya Çəkisi 45 kq olan və 10 yaşdan yuxarı uşaqlarda böyüklər üçün olan doza (400 mq) istifadə edilir. 6 aydan böyük uşaqlarda Vebuten preparatının tövsiyə olunan dozası gündə 9 mq/kq (maksimum gündəlik doza 400 mq) təşkil edir.

Geriatrik populyasiya Bu yaş qrupunda olan böyük xəstələrdə böyüklərdə olan n ormal doza lanma tövsiyələrinə əməl edilməlidir.

Prepared by  T-Soft E-Commerce.