Распроданный
Дайте мне знать, когда он прибудетTəsiredici maddə: 1 ml məhlulun tərkibində 30 mq ketorolak trometamin vardır. Köməkçi maddələr: etanol 96%, natrium xlorid, natrium hidroksid, inyeksiya üçün su.
İstifadəsinə göstərişlər:
Əməliyyatdan sonrakı orta və güclü kəskin ağrıların qısa müddətli müalicəsi. Müalicə, yalnız xəstəxana şəraitində aparılmalıdır. Müalicənin maksimum müddəti iki gündür.
Əks göstərişlər:
• Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə və ya digər qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman vasitələrinə (aspirin və ya digər prostaqlandin sintez inhibitorlarının allergik reaksiyalar törətdiyi xəstələrdə) qarşı yüksək həssaslıq • Paralel olaraq digər qeyri-steroid iltihabəleyhinə preparatların qəbulu. • Aktiv peptik xora, mədə-bağırsaq qanaxması və mədə perforasiyası • Ağır ürək çatışmazlığı, qaraciyər çatışmazlığı və böyrək çatışmazlığı (digər qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman vasitələrində olduğu kimi) • Orta və ya ağır böyrək çatışmazlığı (serum kreatinin >160 µmol/l) • Hamiləlik, doğuş və laktasiya dövrü • Trombositlərin aqreqasyonunu inhibə etdiği üçün əməliyyat öncəsi analgeziyada və əməliyyat zamanı (qanaxma riskini artırdığı üçün) • Trombosit funksiyasını inhibə edir və serebrovaskulyar qanaxma şübhəsi olan və ya təsdiqlənmiş xəstələrdə, laxtalanmada baş verən dəyişiklik və hemorragik diatez kimi yüksək qanaxma riski olan və natamam hemostazlı xəstələrdə əməliyyat zamanı • Antikoaqulyant qəbulu zamanı ( varfarin və aşağı doza heparin (2500-5000 vahid 12 saatlıq)) • Tərkibində etanol olduğu üçün nevroaksiyal (epidural və intratekal) tətbiq zamanı • Tam vəya qismən angioödem,bronxospazm və ya burun polipi olan xəstələrdə • Probenesid, litium duzları və pentoksifıllinlə paralel müalicə zamanı • Hamiləlik, doğuş və laktasiya dövrü. • 16 yaşa qədər uşaqlarda • Astma
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Qeyri-steroid iltihabəleyhinə preparatların dölün ürək-damar sisteminə təsirlərini nəzərə alaraq, ketorolak trometamin hamiləlik və doğuş zamanı əks göstərişdir. Hamiləlik zamanı prostaqlandin sintezi inhibitorlarının istifadəsi zamanı ağciyər hipertenziyası , böyrək çatışmazlığı, qanaxma müddətinin artması halları baş verə bilər. Plasenta baryerindən ketorolak trometaminin 10%-i keçə bilər.
Algikey inyeksiyası ilə müalicə həkimin göstərişi ilə və nəzarəti altında aparılmalıdır. Tövsiyə olunan əzələdaxili və ya venadaxili başlanğıc doza 10 mq təşkil edir. Venadaxili dozalar 15 saniyədən az olmamaqla tətbiq edilməlidir. Maksimum analgeziya 1-2 saat arasında baş verir.Analgeziyanın orta müddəti 4-6 saatdır. Dozalanma ağrının şiddətinə və xəstənin cavab reaksiyasına bağlı olaraq 10-30 mg arasında tənzimlənməlidir. Əgər ağrı güclü və ya çox güclüdürsə, tövsiyə olunan başlanğıc doza 30 mq təşkil edir. Maksimal gündəlik doza böyüklər üçün 90 mq-dan, qoca adamlar üçün 60 mq-dan yüksək olmamalıdır. Maksimum müalicə müddəti əlavə təsirlər yarandığı üçün 2 gündən çox olmamalıdır. Preparat yüksək dozalarda istifadə olunmamalıdır. Əgər orqanizm müalicə prosesinə lazımi reaksiya verərsə həkim müalicə zamanı ketorolakın tabletlərindən də istifadə edilməsini məsləhət görə bilər. Bu zaman nəzərə almaq lazımdır ki, preparatın inyeksiya dərman forması ilə tablet dərman formasının gündəlik ümumi dozası böyüklər üçün 90 mq-dan, qoca adamlar üçün isə 60 mq-dan yüksək olmamalıdır. Preparatın qəbulu ağrının mövcudluğundan asılıdır. Ağrı aradan qalxan kimi müalicə dayandırılmalıdır. Uşaqlarda istifadəsi Uşaqlara təyin edilməsi tövsiyə olunmur. 16 yaşına qədər uşaqlar üçün preparatın təhlükəsizliyi və səmərəliliyi öyrənilməmişdir. Yaşlı pasiyentlərdə istifadəsi 65 yaşdan yuxarı xəstələr preparatdan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Əgər Algikeyin 1 inyeksiyası yaddan çıxarsa onu əvəz etmək üçün ikiqat dozadan istifadə edilməməlidir.