Sevimlilərə əlavə edin
Paylaşın

Analgin 500 Mq N10 Tablet

Məhsul Kodu : 111-20168
İstehsalçı ölkə : Belarus
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

Analgin, 500 mq tabletlər

Analgin, beynəlxalq patentləşdirilməmiş adı: Metamizole sodium

Analgin tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq metamizol natrium monohidrat vardır.

İstifadəsinə göstərişlər

Travmadan və əməliyyatdan sonrakı kəskin ağrı; daxili orqanların əzələlərinin spazmı ilə əlaqədar olan kəskin ağrı; şiş ilə əlaqədar ağrı; digər müalicəvi tədbirlər mümkün olmadıqda, digər kəskin və xroniki intensiv ağrılar; digər qızdırmasalıcı dərman vasitələri effekt vermədikdə, yüksək qızdırma.

Əks göstərişlər

Preparatın komponentlərinə və ya digər pirazolon və ya pirazolidin törəmələrinə qarşı yüksək həssaslıq; analgetiklərlə induksiya olunan astmatik sindrom və ya analgetiklərə qarşı dözümsüzlük; sümük iliyinin funksiyasının zəifləməsi; qanyaradıcı sistemin xəstəlikləri; qlükoza-6-fosfatdehidrogenazanın genetik defisiti; kəskin qaraciyər porfiriyası; hamiləliyin son trimestri; laktasiya dövrü; 15 yaşdan aşağı uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İnsanlarda istifadəyə dair kifayət qədər məlumat yoxdur. Hamiləliyin ilk trimestrində istifadə edilməməlidir. İkinci trimestrdə yalnız fayda-risk nisbəti qiymətləndirilərək istifadə oluna bilər. Son trimestrdə istifadəsi əks göstərişdir. Laktasiya zamanı istifadəsi tövsiyə edilmir. İstifadə olunarsa, qəbuldan 48 saat sonra süd verməyə icazə verilə bilər.

Pediatriyada istifadəsi

15 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tövsiyə edilən dozada diqqət və reaksiyaların sürətinə təsir etmir. Lakin yüksək dozalar qəbul edildikdə nəqliyyat vasitələrinin və təhlükəli mexanizmlərin idarəsi tövsiyə edilmir.

Analgin istifadə qaydası

Doza ağrı və qızdırmanın intensivliyinə uyğun seçilir. Tabletlər bütöv şəkildə, bol maye ilə qəbul edilir. Böyüklər və 15 yaşdan yuxarı yeniyetmələr (>53 kq): 1–2 tablet (500–1000 mq), gündəlik maksimum doza – 8 tablet (4000 mq). Yaşlı pasiyentlərdə və böyrək/qaraciyər funksiyası pozulmuş şəxslərdə doza azaldıla bilər. Uzunmüddətli istifadə zamanı qana nəzarət tələb olunur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20168

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce