Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Alka-zeltser N10 fışıldayan tb

Məhsul Kodu : 111-05195
İstehsalçı ölkə: Almaniya
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ALKA-ZELTSER, fışıldayan tabletlər

Alka-Zeltser tərkibi

 Təsirli maddə:          1 tabletin tərkibində  324 mq asetilsalisil turşusu vardır.  Köməkçi maddələr:  susuz limon turşusu, natrium hidrokarbonat, povidon 25, natrium saxarin, limon aromatizatoru, laym aromatizatoru, kalsium silikat, natrium dokuzat/ natrium benzoat. 

İstifadəsinə göstərişlər:

 Zəif ağrılardan mülayim güclü ağrılaradək. Bədənin yüksək hərarəti. Uşaqlar və yeniyetmələr üçün istifadə göstərişlərinə diqqət yetirin ("Ehtiyat tədbirləri" bölməsinə baxın).

Əks göstərişlər:

 AST-yə və ya digər QSİƏP-ə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; aktiv peptik xora; hemorragik diatez; həftədə 15 mq və ya daha artıq doza ilə metotreksatın birlikdə qəbulu; salisilatların və ya digər QSİƏP-in qəbulu nəticəsində yaranan astma; ağır xroniki böyrək və/və ya qaraciyər çatışmazlığı; ağır xroniki ürək çatışmazlığı; hamiləlik (III trimestr); 15 yaşdan aşağı uşaqlar və yeniyetmələr.  

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Prostaqlandinlərin sintezinin inhibitorları hamiləliyin gedişinə və/və ya embrionun/dölün inkişafına mənfi təsir göstərə bilər. Hamiləliyin erkən dövrlərində uşaqsalma riski və qüsurların inkişafı doza həddinin aşılması və preparatın davamlı şəkildə qəbulu ilə birlikdə artır. Hamiləliyin 3-cü trimestirində aşağıdaki risklər mümkündür: böyrək çatışmazlığına və suyun azalmasına gətirib çıxara bilən böyrək disfunksiyası; döldə – ürək-ağciyər toksikliyi.  Hamiləliyin son aylarında anada və uşaqda – qanın laxtalanması arta bilər; antiaqreqant təsir; doğuş sancılarının zəifləməsi. Salisilatlar və onların metabolitləri az miqdarda da olsa ana südünə daxil olaraq trombositlərin funksiyasının pozulması nəticəsində uşaqda qanaxmaların əmələ gəlmə riskini artırır. Belə ki, bu günə kimi preparatın təsadüfən (bir dəfə) qəbulundan sonra onun körpəyə mənfi təsirləri qeydə alınmadığı üçün ana südü ilə qidalandırmanı dayandırmağa ehtiyac yoxdur. Lakin preparatın mütəmadi olaraq və ya yüksək dozalarda qəbulu zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Siklooksigenazanın/prostaqlandinlərin sintezini inhibə edən dərman preparatları qadın fertilliyinin pozulmasına gətirib çıxararaq ovulyasiya prosesinə də öz təsirini göstərir. Müalicə bitdikdən sonra bu proses bərpa oluna bilər.

Alka-Zeltser istifadə qaydası, dozası

 Tableti/tabletləri bir stəkan suda həll edib içmək lazımdır. Böyüklər və 15 yaşından yuxarı uşaqlar: birdəfəlik doza 1-2 ədəd fışıldayan tablet təşkil edir, maksimal sutkalıq doza 8 tabletdən artıq olmamalıdır. Lazım gələrsə, birdəfəlik dozanı 4-8 saat intervallarla jgündə 3 dəfəyə qədər qəbul etmək olar. Yaşlı insanlar üçün: adi doza 1 tablet, daha güclü ağrılar və ya titrətmə ilə qızdırma zamanı 2 tablet təşkil edir. Hər iki halda lazım gələrsə, qəbulu 4 saatdan tez olmamaq şərtilə təkrarlamaq olar. Maksimal sutkalıq doza 4 tablet təşkil edir. Müalicə müddəti (həkim ilə məsləhətləşmədən) ağrıkəsici vasitə kimi 5 gündən və qızdırmasalıcı vasitə kimi 3 gündən artıq olmamalıdır.     

Prepared by  T-Soft E-Commerce.