Sevimlilərə əlavə edin
Paylaşın

AMPISILLIN 250MG N10 TB (BELMED)

Məhsul Kodu : 111-03324
İstehsalçı ölkə : Belarus
Reseptlə satılır
1 Şərh Şərh
1,20 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

AMPİSİLLİN TRİHİDRAT, 250 mq tabletlər 

Ampisillin Trihidrat tərkibi

  Təsiredici maddə:    1 tabletin tərkibində 250 mq ampisillin (ampisillin trihidrat şəklində) vardır. Köməkçi maddələr: kalsium stearat, talk, kartof nişastası.

İstifadəsinə göstərişləri:

  Həssas mikroorqanizmlər tərəfindən yaranan bakterial infeksiyalar: LOR orqanların (burunqulaq-boğaz) infeksiyaları, bronxit, pnevmoniya, sidikçıxarıcı yolların infeksiyaları, süzənək, ginekoloji infeksiyalar, septisemiya, peritonit, endokardit, meningit, qarın yatalağı, mədəbağırsaq traktının infeksiyaları.  Preparatın peroral istifadəsi mümkün olmadıqda onun parenteral dərman forması istifadə edilməlidir.

Əks göstərişlər:

 Yüksək həssaslıq (eləcə də, digər penisillinlərə, sefalosporinlərə, karbapenemə qarşı), infeksion mononukleoz, limfoleykoz, qaraciyər çatışmazlığı, anamnezində mədə-bağırsaq traktında xəstəliyi olanlar (xüsusilə, antibiotiklərin istifadəsi ilə əlaqədar olaraq yaranmış kolit), laktasiya dövrü, 6 yaşa qədər uşaqlar. Aşağıdakı hallarda preparat ehtiyatla istifadə edilməlidirı : bronxial astma, pollinoz və digər allergik xəstəliklər, böyrək çatışmazlığı, anamnezində qanaxma müəyyən edilənlər, hamiləlik.

Hamiləlik  və laktasiya dövründə  istifadəsi:

 Preparatın laktasıya dövründə istifadəsi əks göstərişdir. Hamiləlik zamanı preparatın istifadəsi ana üçün gözlənilən fayda döl üçün potensial riski üstələdiyi halda mümkündür.  

Ampisillin Trihidrat istifadə qaydası, dozası

 Yeməkdən 0,5-1 saat əvvəl daxilə qəbul edilir. Böyüklər (yaşlı pasiyentlər də daxil olmaqla) LOR-orqanların infeksiyaları zamanı: gündə 4 dəfə 250 mq  . Bronxit zamanı: standart müalicə rejimi: gündə 4 dəfə 250 mq, yüksək dozalı müalicə rejimi:  gündə 4 dəfə 1 q. Pnevmoniya zamanı: gündə 4 dəfə 500 mq. Sidikçıxarıcı yolların infeksiyaları zamanı: gündə 3 dəfə 500 mq. Süzənək zamanı: 2 q ampisillin trihidrat 1 q probenesidlə birlikdə bir dəfə daxilə qəbul edilir.  Qadınların müalicəsi üçün preparatın çox dəfəlik (təkrar ) istifadəsi tövsiyə olunur.  Mədə-bağırsaq traktının infeksiyaları zamanı: gündə 3-4 dəfə 500-750 mq. Qarın yatalağı zamanı: kəskin dövrdə: 2 həftə ərzində gündə 4 dəfə 1-2 q, bakteriya  daşiyicilarında: 4-12 həftə ərzində gündə 4 dəfə 1-2 q. Uşaqlar, 6 yaşdan başlayaraq: preparat bədən kütləsinin hər kiloqramına 100 mq dozada təyin edilir. Gündəlik doza 4-6 dəfəlik qəbula bölünür.   Bütün təyin olunmuş dozalanma rejimləri tövsiyə xarakteri daşıyır. Zəruri hallarda, ağır infeksiyalar zamanı dozalar artırıla və ya preparatın inyeksiya dərman forması istifadə edilə bilər. Böyrək çatışmazlığı olan pasiyentlər Kəskin böyrək çatışmazlığı olan pasiyentlərdə (kreatinin klirensi 10 ml/dəq-dən az) dozanın azaldılmasına və ya preparatın qəbulu arasındakı intervalların artırılmasına baxılmalıdır. Dializ prosedurundan sonra dərman vasitəsinin əlavə dozası təyin edilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-03324

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce