Sevimlilərə əlavə edin
Paylaşın

Artrokol 45 Qr Gel

Məhsul Kodu : 111-00197
İstehsalçı ölkə : Ruminiya
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

Artrokol, xaricə istifadə üçün gel

Artrokol tərkibi

Artrokol tərkibi, 1 q gelin tərkibində 25 mq ketoprofen vardır. Köməkçi maddələr: karbomer 980, trolamin, etanol 96%, metilparahidroksibenzoat, təmizlənmiş su.

Artrokol, istifadəsinə göstərişlər

Travma, məsələn, idman travmaları, çıxıqlar, dartılma və əzilmə ilə törədilən skelet-əzələ sisteminin kəskin ağrılı vəziyyətinin yüngülləşdirilməsi; yüngül artrit zamanı ağrı.

Əks göstərişlər

Anamnezdə fotohəssaslıq reaksiyası; astma, allergik rinit kimi simptomlara, ketoprofenə, fenofibrata, tiaprofen turşusuna, asetilsalisil turşusuna və digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) və ya hər hansı köməkçi maddəyə qarşı məlum hiperhəssaslıq reaksiyaları; ketoprofenə, tiaprofen turşusuna, fenofibrata qarşı dəri allergik reaksiyalar, UF-blokatorlar və ya anamnezdə aromatizator maddələr; günəş işığının təsirinə məruz qalan pasiyentlər, hətta günəş dumanı zamanı, eləcə də, solyaridə UB-işıq, müalicə dövründə və müalicə bitdikdən sonra 2 həftə ərzində; ekzema və ya akne kimi dərinin patoloji dəyişikliyi olan pasiyentlər. Preparatı infeksiyalı dəriyə və ya açıq yaraya, selikli qişaya, arxa keçəcəyə və genital nahiyəyə, gözlərə sürtmək və ya okklyuzion sarğı ilə istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: Heyvanlarda embriopatik effekt aşkar edilməyib. İnsanlarda hamiləlik zamanı ketoprofenin təhlükəsizliyinin epidemioloji təsdiqi mövcuddur. Buna baxmayaraq, hamiləliyin I və II trimestrində ketoprofenin istifadəsindən çəkinmək məsləhət görülür. Hamiləliyin III trimestrində prostaqlandinsintetazanın bütün inhibitorları, ketoprofen daxil olmaqla, döldə ürək-ağciyər və böyrək toksikliyinə səbəb ola bilər. Hamiləliyin sonunda anada və uşaqda qanaxma müddəti arta bilər. QSİƏP doğuş sancısını ləngidə bilər. Bu səbəbə görə hamiləliyin III trimestrində ketoprofen əks göstərişdir. Laktasiya: Ketoprofen ana südünə izi görünəcək miqdarda nüfuz edir, bu səbəbə görə laktasiya dövründə Artrokol preparatından istifadə etmək olmaz.

Artrokol, istifadə qaydası

Preparat xaricə istifadə üçün nəzərdə tutulub. Böyüklər: Preparat bədənin ağrı və ya iltihab olan nahiyəsinə sutkada 2-4 dəfə 7 gün ərzində sürtülür. Ehtiyatla çəkilir və gel dəriyə nüfuz etmək üçün yaxşıca hopdurulur. Adi məsləhət görülən sutkalıq doza 15 q təşkil edir (7,5 q təqribən 14 sm gelə müvafiqdir). Yaşlı pasiyentlər: Yaşlı pasiyentlər üçün dozalanma üzrə xüsusi tövsiyə müəyyən edilməyib. Uşaqlar: Uşaqlarda istifadəsi məsləhət görülmür, belə ki, bu yaş qrupunda təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00197

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce