Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Artrokol gel 2,5% 45 q (Türk)

Məhsul Kodu : 111-27014
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Artrokol, xaricə istifadə üçün gel

Artrokol tərkibi

Təsiredici maddə:  1 q gelin tərkibində 25 mq ketoprofen vardır. 

Əks göstərişlər

Anamnezdə fotohəssaslıq reaksiyası; 
astma, allergik rinit kimi simptomlara, ketoprofenə, fenofibrata, tiaprofen turşusuna, 
asetilsalisil turşusuna və digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) və ya 
hər hansı köməkçi maddəyə qarşı məlum hiperhəssaslıq reaksiyaları; 
ketoprofenə, tiaprofen turşusuna, fenofibrata qarşı dəri allergik reaksiyalar, UF
blokatorlar və ya anamnezdə aromatizator maddələr; 
günəş işığının təsirinə məruz qalan pasiyentlər, hətta günəş dumanı zamanı, eləcə də, 
solyaridə UB-işıq, müalicə dövründə və müalicə bitdikdən sonra 2 həftə ərzində; 
ekzema vı ya akne kimi dərinin patoloji dəyişikliyi olan pasiyentlər. 
Preparatı infeksiyalı dəriyə və ya açıq yaraya, selikli qişaya, arxa keçəcəyə və genital nahiyəyə, 
gözlərə sürtmək və ya okklyuzion sarğı ilə istifadə etmək olmaz. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Heyvanlarda embriopatik effekt aşkar edilməyib. İnsanlarda hamiləlik zamanı ketoprofenin 
təhlükəsizliyinin epidemioloji təsdiqi mövcuddur. Buna baxmayaraq, hamiləliyin I və II 
trimestrində ketoprofenin istifadəsindən çəkinmək məsləhət görülür. 
Hamiləliyin III trimestrində prostaqlandinsintetazanın bütün inhibitorları, ketoprofen daxil 
olmaqla, döldə ürək-ağciyər və böyrək toksikliyinə səbəb ola bilər. Hamiləliyin sonunda anada 
və uşaqda qanaxma müddəti arta bilər. QSİƏP doğuş sancısını ləngidə bilər. Bu səbəbə görə 
hamiləliyin III trimestrində ketoprofen əks göstərişdir.   

Laktasiya 
Ketoprofen ana südünə izi görünəcək miqdarda nüfuz edir, bu səbəbə görə laktasiya dövründə 
Artrokol preparatından istifadə etmək olmaz.

İstifadə qaydası və dozası 

Preparat xaricə istifadə üçün nəzərdə tutulub. 
Böyüklər 
Preparat bədənin ağrı və ya iltihab olan nahiyəsinə sutkada 2-4 dəfə 7 gün ərzində sürtülür. 
Ehtiyatla çəkilir və gel dəriyə nüfuz etmək üçün yaxşıca hopdurulur. Adi məsləhət görülən 
sutkalıq doza 15 q təşkil edir (7,5 q təqribən 14 sm gelə müvafiqdir). 
Yaşlı pasiyentlər 
Yaşlı pasiyentlər üçün dozalanma üzrə xüsusi tövsiyə müəyyən edilməyib. 
Uşaqlar 
Uşaqlarda istifadəsi məsləhət görülmür, belə ki, bu yaş qrupunda təhlükəsizliyi və effektivliyi 
müəyyən edilməyib. 

Prepared by  T-Soft E-Commerce.