Sevimlilərə əlavə edin
Paylaşın

Aspirin Plus-C 400 Mg N10 Tb

Məhsul Kodu : 111-04375
İstehsalçı ölkə : Almaniya
1 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

ASPİRİN C, Tərkibi: suda həll olan tabletlər

Aspirin C tərkibi

  Təsiredici maddələr: 1 tabletin tərkibində 400 mq asetilsalisil turşusu (AST), 240 mq askorbin turşusu (vitamin C) vardır.  Köməkçi maddələr: natrium dihidrositrat, natrium hidrokarbonat, susuz limon turşusu, natrium karbonat.

İstifadəsinə göstərişlər:

 Müxtəlif mənşəli mülayim və ya zəif təzahür edən ağrı sindromlarının (başağrısı, diş ağrısı, menstrual ağrılar, infeksiya zamanı boğazda ağrılar, oynaq və əzələ ağrıları) aradan qaldırılması üçün. İnfeksioniltihabi xəstəliklərdə bədən hərarətinin yüksəlməsı zamanı.  Uşaqlarda və yeniyetmələrdə istifadəsinə aid məlumata diqqət yetirmək tövsiyə olunur (xüsusi göstərişlər və ehtiyat tədbirləri bölməsinə bax). 

Əks göstərişlər:

 - salisilatlara və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; - salisilatların və ya digər QSİƏM-ların qəbulu nəticəsində yaranan astma; - MBT-nin eroziv xoralı zədələnməsi (kəskinləşmə fazasında); - hemorragik diatez; - hemofiliya, trombositopeniya; - qaraciyərin, böyrəklərin və ürəyin funksiyasının aydın təzahür edən pozuntuları; - həftədə 15 mq və daha yüksək dozada metotreksatla birgə qəbulu; - hamiləliyin III trimestri.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləliyin I və II trimestrində preparatı qəbul etmək olmaz, lakin ana üçün gözlənilən faydanın döl üçün potensial riskdən üstün olduğu təqdirdə kiçik dozalarda (150 mq-dan çox olmadan) həkimin təyinatı ilə qısa müddətə qəbul etmək olar.  Hamiləliyin III trimestrində preparatın qəbulu əks göstərişdir.  Laktasiya dövründə preparatın qəbuluna zərurət yaranarsa, laktasiyanı dayandırmaq lazımdır.  Prostaqlandinlərin sintezini inhibə edən preparatlar ovulyasiya prosesinə təsir göstərərək qadınların fertilliyini pisləşdirdiyi barədə məlumatlar vardır. Bu, müalicənin dayandırılmasına əsas ola bilər. 

Aspirin C istifadə qaydası, dozası

 Fışıldayan tableti bir stəkan suda həll edərək içmək lazımdır. Preparatı acqarına içmək olmaz. Böyüklər və 15 yaşından böyük yeniyetmələr: birdəfəlik doza 1-2 fışıldayan tablet təşkil edir, sutkalıq maksimum doza 6 tabletdən artıq ola bilməz. Qəbullararası interval 4-8 saat təşkil edə və gündə 3 dəfəyə qədər qəbul edilə bilər. Müalicənin müddəti (həkimlə məsləhətləşmədən) 4 gündən artıq olmamalıdır. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-04375

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
ANALGIN 500MG 2ML N10 AMP (KANADA)
2,50 AZN -%0
2,50AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce