Добавить в любимое
Делиться

AUGMENTIN 500/125MG N14 TB

Код продукта : 111-05585
Reseptlə satılır
1 Комментарий Комментарий
КоллекцияЦена сигнализации

AUQMENTİN,500 mq/125 mq və 875 mq/125 mq örtüklü tabletlər

AUQMENTİN tərkibi

AUQMENTİN tərkibi, 1 tabletin tərkibində 500 mq və ya 875 mq amoksisillin (amoksisillin trihidrat şəklində) və 125 mq klavulan turşusu (kalium klavulanat şəklində) vardır

Auqmentin,istifadəsinə göstərişlər

AUQMENTİN, ümumi praktikada və xəstəxanalarda tez-tez rast gələn bakterial patogenlərə qarşı olduqca geniş təsir spektri olan antibiotikdir. Klavulanatın beta-laktamazaya inhibəedici təsiri amoksisilinin təsir spektrini digər beta-laktam antibiotiklərə qarşı çox davamlı mikroorqanizmlər daxil olmaqla daha geniş diapazonda mikroorqanizmləri əhatə etməklə genişləndirir. AUQMENTİN antibiotiklərin təyin ediləsi üzrə yerli rəsmi təlimatlara və yerli həssaslıq məlumatlarına uyğun olaraq istifadə edilməlidir. Yuxarı tənəffüs yollarının infeksiyaları (tonzillit, sinusit, orta otit), aşağı tənəffüs yollarının infeksiyaları (bronxit, pnevmoniya), sidik-cinsiyyət yollarının infeksiyaları (sistit, uretrit, pielonefrit), dəri və yumşaq toxuma infeksiyaları (abses, furunkul, yara infeksiyaları), sümük və oynaq infeksiyaları (osteomielit), stomatoloji infeksiyalar (dentoalveolyar abses), digər infeksiyalar (septik abort, doğuşsonrası sepsis, intraabdominal sepsis).

Əks göstərişlər

Beta-laktamlara (penisillinlər, sefalosporinlər) qarşı yüksək həssaslıq, AUQMENTİN ilə əlaqəli anamnezdə sarılıq və ya qaraciyər disfunksiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlikdə (xüsusilə I trimestrdə) yalnız zərurət olduqda istifadə olunmalıdır. Laktasiya dövründə istifadə oluna bilər. Ana südü ilə minimal miqdarda xaric olur və körpə üçün zərər riski azdır.

İstifadə qaydası və dozası

Doza xəstənin yaşından, böyrək funksiyasından və infeksiyanın ağırlığından asılıdır. Preparat yeməkdən əvvəl qəbul edilməlidir. Tabletlər çeynənmədən bütöv udulmalıdır. Lazım olduqda yarıya bölünə bilər. 12 yaşdan kiçik uşaqlarda tövsiyə olunmur. Müalicə 14 gündən artıq davam etməməlidir.

Фильтры продуктов
Код продукта поставщика:111-05585
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce