Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq azitromisinə ekvivalent azitromisin monohidrat
vardır.
Azitromisinə, eritromisinə və ya digər makrolid və ya ketolid antibiotiklərinə, yaxud preparatın
hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
Əgər siz hamiləsinizsə və ya körpəni ana südü ilə qidalandırırsınızsa, yaxud hamilə ola
biləcəyinizi ehtimal edirsinizsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman preparatını qəbul
etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin.
Hamiləlik
Hamiləlik dövründə azitromisinin istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Bu səbəbdən
hamiləlik dövründə, həkiminiz tərəfindən tövsiyə edilmədikdə Azitro-Denk qəbul edilməməlidir.
Laktasiya
Azitromisin ana südünə nüfüz edir. Azitromisinin ana südü ilə qidalanan körpələrə zərəri barədə
tədqiqatlar aparılmayıb, bu səbəbdən Azitro-Denk ilə müalicə zamanı ana südü ilə qidalanmanı
dayandırmaq lazımdır. Ana südü ilə qidalanan körpələrdə həssaslıq, bağırsaq florasının
qıcıqlanması və maya göbələyin kolonizasiyası baş verə bilər. Müalicə zamanı və müalicə
bitdikdən 2 gün sonra südün atılması tövsiyə olunur. Bundan sonra ana südü ilə qidalanma bərpa
edilə bilər.
Preparatı həmişə həkiminizin tövsiyə etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda
həkiminizə və ya əczaçınıza müraciət edin.
Həkim tərəfindən başqa göstəriş olmadıqda, 45 kq-dan çox olan böyüklər və yeniyetmələr üçün
tövsiyə olunan dozalar:
Yuxarı və aşağı tənəffüs yollarının, qulaq infeksiyalarının, dərinin və yumşaq toxumaların
infeksiyaları zamanı.
3 və ya 5 gün ərzində, ümumi doza 1500 mq təşkil edir.
3 günlük kurs:
3 gün ərzində gündə bir dəfə 1 tablet (500 mq azitromisin)
5 günlük kurs:
Alternativ olaraq, ümumi dozanı (1500 mq) 5 gün ərzində qəbul etmək olar, ilk gündə 1 tablet
(500 mq azitromisin), növbəti 4 gün ½ tablet (250 mq azitromisin).
Cinsi yolla ötürülən infeksiyalar zamanı. ‒ Chlamydia trachomatis: ümumi doza 1000 mq azitromisindir. ‒ Neisseria gonorrhoeae: tövsiyə olunan doza, yerli klinik müalicə qaydalarından asılı olaraq, 250 mq və ya 500 mq seftriakson ilə 1000 mq və ya 2000 mq azitromisin
kompleks müalicədə. Penisillin və / və ya sefalosporinlərə qarşı allergiyası olan
pasiyentlərə həkim alternativ müaicə təyin edə bilər.
Böyrək funksiyasının çatışmazlığı
Yüngül və orta dərəcədə pozulmuş böyrək funksiyası olan pasiyentlər üçün dozanın
tənzimlənməsi tələb olunmur (GFR 10-80 ml / dəq).
Qaraciyər funksiyasının çatışmazlığı.
Qaraciyərin yüngül və orta dərəcədə pozğunluğu olan pasiyentlər üçün dozanın tənzimlənməsi
tələb olunmur.
Qaraciyər və ya böyrək problemləri olan pasiyentlərə, preparatın qəbulundan əvvəl həkimlə
məsləhətləşmək tövsiyyə olunur. Dozanın tənzimlənməsinin lazım olub olmadığına qərarı həkim
verəcəkdir.
Uşaqlar və yeniyetmələr
45 kq-dan az olan uşaqlar və yeniyetmələr üçün azitromisinin digər dərman formaları, məsələn
suspenziyalar mövcuddur.
Yaşlı xəstələr
Yaşlılara böyüklər üçün tətbiq olunan dozalar istifadə olunur.
Yaşlı pasiyentlər cavanlara nisbətən ciddi ürək ritm pozğunluqlarına (torsade de pointes
aritmiyası) daha çox həssasdırlar.
Preparatın qəbulu
Azitro-Denk yeməklə və ya olmadan qəbul edilə bilər. Tabletlər bir az maye ilə udulmalıdır.
Tablet bərabər dozaya bölünə bilər.
Müalicə müddəti
Azitro-Denk 3 günlük müalicə rejimində 3 gün ərzində və ya 5 günlük müalicə rejimində 5 gün
ərzində qəbul olunur.
Ağciyərin iltihabının (pnevmoniya) müalicəsində azitromisinin 5 günlük istifadəsi effektivdir.
Əksər hallarda 3 günlük müalicənin istifadəsi kifayət edir.
Azitro- Denk təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, həkiminizə bu barədə
məlumat verin
Azitro-Denk preparatının istifadəsi unudularsa
Azitro-Denk preparatını təyin olunmuş dozasından az qəbul etdikdə, bu fərqi görən kimi
preparatın unudulmuş miqdarını qəbul etmək lazımdır. Növbəti doza əvvəlcədən təyin olunmuş
vaxtda qəbul olunur.
Bir doza qəbul etməyi unutduqda, növbəti doza öz vaxtında qəbul edilməlidir. Unudulmuş
dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir, əksinə müalicə kursu bir günə
uzadılmalıdır. Həkim tərəfindən təyin olunan preparatın ümumi miqdarını qəbul etmək və bu
barədə həkiminizə məlumat vermək lazımdır.
Azitro-Denk ilə müalicə dayandırılarsa
Azitro-Denki həkim tərəfindən təyin olunan formada sona qədər qəbul etmək və heç bir halda
həkiminizlə məsləhətləşmədən preparatın qəbulunu dayandırmaq olmaz.
Bu dərman preparatının istifadəsi ilə bağlı suallarınız yarandıqda, həkiminizlə və ya əczacı ilə
məsləhətləşin.