Добавить в любимое
Делиться

Azitromisin 250 mq N6 kapsul (borisov)

Код продукта : 111-24785
İstehsalçı ölkə : Azerbaycan
Reseptlə satılır
0 Комментарий Комментарий
КоллекцияЦена сигнализации

Azitromisin, 250 mq bərk jelatin kapsullar

Azitromisin, beynəlxalq patentləşdirilməmiş adı: Azithromycin

Azitromisin tərkibi

Təsiredici maddə: 1 kapsulda 250 mq azitromisin vardır.

İstifadəsinə göstərişlər

Tənəffüs yollarının infeksiyaları (tonzillofaringit, sinusit, otit, bronxit, pnevmoniya); dəri və yumşaq toxuma infeksiyaları (acne vulgaris, impetiqo, piodermiya, qızıl yel, Laym xəstəliyi); cinsi yolla yoluxan infeksiyalar (uretrit, servisit); Helicobacter pylori ilə assosiasiya olunan mədə və onikibarmaq bağırsaq xəstəlikləri.

Əks göstərişlər

Azitromisinə və ya makrolid antibiotiklərinə qarşı yüksək həssaslıq; ağır qaraciyər və/və ya böyrək çatışmazlığı; hamiləlik və laktasiya; 12 yaşdan kiçik uşaqlar; 16 yaşa qədər uşaqlara yalnız göstərişlə və ehtiyatla.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı yalnız fayda-risk dəyərləndirməsi nəticəsində təyin edilir. Laktasiya zamanı istifadə dayandırılmalıdır.

Pediatriyada istifadəsi

12 yaşa qədər uşaqlarda istifadəsi əks göstərişdir. 16 yaşa qədər uşaqlarda yalnız ehtiyatla və göstərişlə istifadə olunur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mənfi təsiri barədə məlumat yoxdur. Lakin başgicəllənmə, yuxuya meyllilik və görmə qabiliyyətinin pozulması kimi hallar baş verdikdə ehtiyatlı olmaq lazımdır.

Azitromisin istifadə qaydası

Kapsullar sutkada 1 dəfə, qida qəbulundan 1 saat əvvəl və ya 2 saat sonra su ilə qəbul edilir.
– Tənəffüs yolları, dəri və yumşaq toxumalar: 3 gün ərzində gündə 500 mq (2 kapsul)
– Laym xəstəliyi: 1-ci gün 1 q (4 kapsul), 2–5-ci gün gündə 500 mq (2 kapsul)
– Ağırlaşmamış uretrit/servisit: 1 dəfə 1 q (4 kapsul)
– Uzunmüddətli uretrit/servisit: 1–7–14-cü günlərdə 1 q (4 kapsul); ümumi doza 3 q
– Helicobacter pylori ilə əlaqəli hallar: hər gün 1 q (4 kapsul), antisekretor preparatlarla birlikdə

Фильтры продуктов
Код продукта поставщика:111-24785
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce