Sevimlilərə əlavə edin
Paylaşın

Azitromisin 500 mq N3 tablet (Ukrayna)

Məhsul Kodu : 111-25577
İstehsalçı ölkə : Ukrayna
Reseptlə satılır
0 Şərh Şərh
4,25 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Azitromisin-Astrafarm, kapsullar   

Azitromisin tərkibi

Təsiredici maddə:    1 kapsulda 250 mq və ya 500 mq azitromisin (100 % maddə hesabı ilə  
azitromisin dihidrat şəklində) vardır.  

Əks göstərişlər  

Preparatın tərkibinə daxil olan komponentlərə, eritromisinə və makrolidlər/ketolidlər qrupundan 
olan digər antibiotiklərə qarşı yüksək həssaslıq; qaraciyər və ya böyrək funksiyalarının ağır 
pozğunluqları, qaraciyər çatışmazlığı, şiddətli bradikardiya, aritmiya, ağır ürək çatışmazlığı; 
çovdar mahmızı törəmələri ilə eyni zamanda istifadə (erqotizmin meydana çıxma ehtimalı).

Hamiləlik və laktasiya dövründə istifadəsi  

Azitromisinin istifadəsinin təhlükəsizliyi barədə kifayət qədər məlumatın olmamasını nəzərə 
alaraq, preparatın ana üçün gözlənilən müsbət effekti döl və ya uşaq üçün ehtimal edilən riskdən 
üstün olduğu hallar istisna olmaqla, preparatın hamiləlik və ya laktasiya dövründə təyin edilməsi 
tövsiyə olunmur.

İstifadə qaydası və dozası   

Böyüklər və bədən kütləsi 45 kq-dan yuxarı olan uşaqlar  
Azitromisini sutkada 1 dəfə, qida qəbulundan minimum 1 saat əvvəl və ya qida qəbulundan 2 
saat sonra, qəbul etmək lazımdır.  
Tənəffüs yollarının infeksion xəstəlikləri və dərinin və yumşaq toxumaların infeksion xəstəlikləri 
(xroniki miqrasiyaedici eritema istisna olmaqla) zamanı preparatın dozası – 3 sutka müddətində 
sutkada 1 dəfə 500 mq təşkil edir.  
Xroniki miqrasiyaedici eritema: 1-ci gün 1 q (500 mq dozada 2 kapsul 1 dəfəyə), 2-ci gündən 5
ci günə qədər sutkada 500 mq (500 mq dozada 1 kapsul).  
Ağırlaşmamış uretrit/servisit: bir dəfə 1 q (500 mq dozada 2 kapsul). Kursluq doza – 1 q.  
Preparatın istifadəsinin buraxılması 
Preparatın ötürülən dozasını mümkün qədər tez qəbul etmək və növbəti dozaları 24 saatlıq fasilə 
ilə istifadə etmək lazımdır.  
Böyrək çatışmazlığı  
Əhəmiyyət kəsb etməyən böyrək disfunksiyası qeyd olunan pasiyentlərdə (kreatinin klirensi > 40 
ml/dəqiqədə) preparatın dozalanmasını dəyişmək tələb olunmur. Kreatinin klirensi < 40 
ml/dəqiqədə göstəricisi qeyd olunan pasiyentlərin iştirakı ilə heç bir tədqiqat aparılmamışdır. 
Müvafiq olaraq, həmin pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır.  
Qaraciyər çatışmazlığı  
Azitromisinin qaraciyərdə metabolizmə məruz qalmasını və ödlə xaric olmasını nəzərə alaraq, 
ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatı istifadə etmək 
olmaz.  
Yaşlı pasiyentlər üçün dozanın korreksiyası tələb olunmur.  
Yaşlı pasiyentlər: preparatın dozalanmasını dəyişmək tələb olunmur.  
Yaşlı pasiyentlər ürəyin elektrik keçiriciliyinin pozulması üzrə risk qrupuna daxil ola bilərlər; bu 
səbəbdən, ürək aritmiyalarının və torsade de pointes aritmiyasının inkişaf etmə riskini nəzərə 
alaraq, azitromisindən istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək tövsiyə olunur.  
Uşaqlar  
Göstərilən dərman formasında preparatı bədən kütləsi 45 kq-a qədər olan uşaqlarda istifadə 
etmək olmaz, bu çəkidə olan uşaqlara azitromisinin digər dərman formalarını təyin etmək tövsiyə 
olunur.   

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25577

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce