Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Azoksin 200/5 Mg 30 Ml sirop

Məhsul Kodu : 111-20912
İstehsalçı ölkə: Türkiye
10,30 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

AZOKSİN 200 mq, / 5 ml oral suspenziya hazırlamaq üçün toz

AZOKSİN 200 mq tərkibi

AZOKSİN 200 MQ tərkibi, hazır 5 ml suspenziyanın tərkibində 200 mq azitromisinə müvafiq 209,64 mq azitromisin dihidrat vardır.

AZOKSİN 200 mq, istifadəsinə göstərişlər

AZOKSİN həssas mikrofloranın törətdiyi yüngül və orta dərəcəli infeksion iltihabi xəstəliklər zamanı istifadə edilir. Yuxarı və aşağı tənəffüs yolu infeksiyaları, boğaz və ya burun infeksiyaları (bronxit, pnevmoniya, sinusit kimi xəstəliklər); Penisillinə qarşı allergiya olduqda, Streptococcus pyogenes törədicisi tərəfindən yaranan faringit və tonzillit; Orta qulaq infekslyaları; Dərinin va yumşaq toxumaların infeksiyaları (abses və ya furunkul); Chlamydia ilə törədilmiş cinsi yolla ötürülən xəstəliklər; Yumşaq toxumaların Haemophilus ducrei ilə törədilmiş xorası və Neisseria gonorrhoeae ilə törədilmiş cinsi yolla ötürülən xəstəliklər (yanaşı infeksiya olmadan).

Əks göstərişlər

Preparatın istənilən komponentinə, eləcə də makrolid qrupu antibiotiklərinə (məsələn, eritromisin, klaritromisin) qarşı yüksək həssaslıq (allergik reaksiyalardan dəri səpgisi və asqırma yarana bilər); qaraciyər xəstəlikləri; çovdar mahmızı alkaloidlərinin törəmələrindən olan məsələn, erqotamin (miqrenin müalicəsində istifadə edlir) ilə eyni vaxtda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik dövründə azitromisinin istifadəsi ilə bağlı heç bir klinik məlumat yoxdur. Mülayim və orta dərəcədə ana zəhərli dozaları olan heyvanlar üzərində tədqiqatlar aparılmışdır. Bu tədqiqatlarda azitromisinin dölə hər hansı zərər verdiyini göstərən heç bir sübut tapılmadı. İnsanlar üçün potensial risk məlum deyil. Hamilə qadınlarda yalnız zəruri hallarda istifadə edilməlidir. Laktasiya dövrü Azitromisinin insan ana südü ilə xaric olub-olmaması məlum deyil. Ana südü ilə qidalandırmanın dayandırılması və ya AZOKSİN ilə müalicəni dayandırılması barədə qərar qəbul edərkən, ana südü ilə qidalandırmanın uşaq üçün faydası və AZOKSİN -in əmizdirən ana üçün faydası nəzərə alınmalıdır.

AZOKSİN 200 mq, istifadə qaydası

AZOKSİN suspenziya qida qəbulundan 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilir. Yuxarı və aşağı tənəffüs yollarının, qulaq-burun-boğaz, dəri və yumşaq toxumaların infeksiyaları zamanı 10 mq/kq hesabı ilə sutkada 1 dəfə təyin edilir. Uşağın bədən kütləsindən asılı olaraq AZOKSİN -in tövsiyə edilən dozalanma rejimi aşağıdakı cədvəldə göstərilmişdir. Streptococcus pyogenes-in səbəb olduğu faringit/tonzillit zamanı AZOKSİN 3 gün ərzində gündə 20 mq/kq dozada istifadə olunur (kurs dozası 60 mq/kq). Maksimum sutkalıq doza 500 mq-dir. Laym xəstəliyində (borreliozun ilkin mərhələsi) - miqrasiya edən eritema (erythema migrans): 1-ci gün 20 mq /kq/ sutkada, 2-ci gündən 5-ci günə qədər 10 mq / kq/sutkada istifadə olunur (kurs dozası 60 mq/kq). Suspenziyanın hazırlanması: Toz olan flakonu açmazdan əvvəl onu 2-3 dəfə silkəliyin. Sonra 15 ml toz olan flakona 7,5 ml, 30 ml toz olan flakona 15 ml su əlavə edin. Flakonu yaxşı çalxalayın. Hər istifadədən əvvəl flakonu çalxalamaq lazımdır. Böyrək çatışmazlığı Zəif və orta dərəcəli böyrək çatışmazlığı zamanı dozanın korreksiyası tələb olunmur. Ağır Böyrək çatışmazlığı zamanı azitromisini ehtiyatla təyin etmək lazımdır. Qaraciyar çatışmazlığı Zəif və orta dərəcəli qaraciyər çatışmazlığı zamanı dozalanma nomal qaraciyər funksiyası olan pasiyentlərdə olduğu kimidir. Ağır qaraciyər çatışmazlıgı zamanı preparatdan istifadə etmək olmaz. Qida və içkilərlə istifadəsi AZOKSİN qida qəbulundan 1 saat əvvəl, və ya 2 saat sonra qəbul edilir. Pasiyent preparatın effektinin həddindən artıq güclü və ya həddindən artıq zəif olduğunu hiss etdikdə, həkimə və ya əczaçıya müraciət etməlidir. Preparatın qəbulu unudulduqda Preparatın qəbulu unudularsa, narahat olmağa dayməz, ötürülən dozanı həmin vaxt qəbul etmək olar və bundan sonra preparatın qəbulunu həmişəki qaydada davam etdirmək lazımdır. Ötürülən dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz. Preparatın qəbulu dayandırıldıqda Preparatın qabulunu həkimlə məsləhətləşmədən dayandırmaq olmaz. Preparatın istifadasi vaxtından əvvəl dəyandırılarsa, infeksiya bərpa oluna bilər. Pasiyent preparatı həkim məsləhəti ilə qəbul etməlidir (hətta özünü yaxşı hiss etsə belə). Preparatın qəbulunu həkimə məlumat vermədən dayandırmaq olmaz. Preparatın istifadəsinə aid hər hansı sual meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.