AZOKSIN 500MG N3 TB
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.AZOKSİN,örtüklü tabletlər
AZOKSİN tərkibi
AZOKSİN tərkibi, 1 tabletin tərkibində 500 mq azitromisinə uyğun 524,10 mq azitromisin dihidrat vardır
Azoksin,istifadəsinə göstərişlər
AZOKSİN həssas mikrofloranın törətdiyi yüngül və orta dərəcəli infeksion iltihabi xəstəliklər zamanı istifadə edilir: yuxarı və aşağı tənəffüs yolu infeksiyaları (bronxit, pnevmoniya, sinusit), penisillin allergiyası olanlarda faringit və tonzillit, kəskin orta otit, dəri və yumşaq toxuma infeksiyaları (abses, furunkul), Chlamydia trachomatis və Neisseria gonorrhoeae ilə törədilmiş ağırlaşmamış cinsi yolla ötürülən xəstəliklər.
Əks göstərişlər
Preparatın komponentlərinə, makrolid antibiotiklərinə (eritromisin, klaritromisin) qarşı yüksək həssaslıq, qaraciyər xəstəlikləri, erqotamin kimi alkaloidlərlə eyni vaxtda istifadə.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlikdə klinik məlumat yoxdur, heyvan tədqiqatlarında dölə zərər sübut olunmayıb. Yalnız zəruri hallarda istifadə edilməlidir. Azitromisinin ana südünə keçib-keçmədiyi məlum deyil, südvermənin və müalicənin fayda/risk balansı nəzərə alınmalıdır.
İstifadə qaydası və dozası
Gündə bir dəfə, yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul olunur. Cinsi yolla ötürülən infeksiyalar üçün: 1000 mq bir dəfə; S. pyogenes mənşəli faringit/tonzillit: 1-ci gün 500 mq, 2–5-ci günlər 250 mq; Digər infeksiyalar üçün: 500 mq/gün, 3 gün (ümumi 1500 mq).