Sevimlilərə əlavə edin
Paylaşın

BACTIGRAM 250MG/5ML 100ML SUSP

Məhsul Kodu : 111-23924
İstehsalçı ölkə : Italiya
Reseptlə satılır
0 Şərh Şərh
14,90 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

BAKTİQRAM, oral suspenziya hazırlamaq üçün qranullar

Baktiqram, beynəlxalq patentləşdirilməmiş adı: Cefaclor.

BAKTİQRAM tərkibi

Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 250 mq susuz sefaklora ekvivalent olan 263 mq sefaklor monohidrat vardır.

BAKTİQRAM, istifadəsinə göstərişlər

Həssas bakteriyalar tərəfindən törədilən aşağıdakı infeksiyaların müalicəsi üçün:
• Tənəffüs sisteminin infeksiyaları – pnevmoniya, bronxit, faringit, tonzilitin kəskinləşməsi
• Orta qulağın bakterial mənşəli iltihabı (otit)
• Dəri və yumşaq toxumanın infeksiyaları
• Böyrək və sidikçıxarıcı yolların infeksiyaları – pielonefrit, sistit
• Burunətrafı ciblərin iltihabı (sinusit)

Əks göstərişlər

Sefaklora, sefalosporinlərə və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı yalnız həkim təyinatı ilə istifadə oluna bilər. Laktasiya dövründə ehtiyatla istifadə olunmalıdır.

BAKTİQRAM, istifadə qaydası

Böyüklər: 250 mq hər 8 saatdan bir; maksimum 2 q/gün.
Uşaqlar: 20 mq/kq/gün (3 dozaya bölünməklə); ağır infeksiyalarda 40 mq/kq/gün.
Alternativ: otit və faringitdə gündə 2 dəfə.
1 aydan kiçik uşaqlara tövsiyə olunmur.
Preparat yeməkdən sonra qəbul olunur.

Əlavə təsirləri

Tez-tez: allergik reaksiyalar, mədə-bağırsaq pozğunluqları, angioödem, eozinofiliya
Bəzən: səpgi, vaginit, qaşınma, övrə, Kumbs sınağı pozitivliyi
Çox nadir: “Zərdab xəstəliyi”, psevdomembranoz kolit, hemolitik anemiya, hepatit, sarılıq, Stevens-Johnson sindromu, toksiki epidermal nekroliz, anafilaksiya

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-23924

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce