Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 500 mq və ya 1000 mq ampisillin, 250 mq və ya 500 mq sulbaktam natrium vardır. Həlledici: 0,5% lidokain hidroxlorid.
İstifadəsinə göstərişlər:
Baktosid ampisillin/sulbaktama qarşı həssas olan mikroorqanizmlər tərəfindən törədilən infeksiyaların müalicəsində göstərişdir: sinusit, orta otit, epiqlotit, bakterial pnevmoniya daxil olmaqla, yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları; pielonefrit daxil olmaqla, sidik-ifrazat yollarının infeksiyaları; peritonit, xolesistit, endometrit, parametrit daxil olmaqla, intraabdominal infeksiyalar; bakterial septisemiya; dərinin və yumşaq toxumaların, sümük və oynaqların infeksiyaları, qonokokk infeksiyaları. Abdominal və ya çanaq cərrahiyyə müdaxiləsi keçirən və potensial peritoneal çirklənməsi olan pasiyentlərdə əməliyyatdan sonrakı yara infeksiyalarının azaldılması üçün Baktosid istifadə edilə bilər. Baktosid, hamiləliyin dayandırılması və ya keysəriyyə əməliyyatından sonra sepsisin profilaktikası üçün istifadə edilə bilər.
Əks göstərişləri:
Anamnezində hər hansı bir penisillinə qarşı allergik reaksiyaları olan xəstələrdə Baktosidin istifadəsi əks göstərişdir. Həlledici kimi istifadə olunan lidokain-hidroxlorid amid tipli yerli anestetiklərə yüksək həssaslığı və atrioventrikulyar blokadası olan xəstələrə təyin olunmur.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Penisillinlə müalicə zamanı, sulbaktam natrium/ampisillin natrium daxil olmaqla, ağır hiperhəssaslıq (anafilaktik) reaksiyaları müşahidə oluna bilər. Həmin reaksiyalar çox vaxt penisillinlər və/və ya müxtəlif allergenlərə qarşı həssaslığı olan şəxslərdə müşahidə olunur. Anamnezdə penisillinlərə qarşı həssaslığı olan şəxslərdə sefalosporinlərlə müalicə zamanı ciddi hiperhəssaslıq reaksiyalar haqqında məlumatlar bildirilmişdir. Müalicəyə başlamazdan əvvəl penisillinlərə, sefalosporinlərə və digər allergenlərə hiperhəssaslıq reaksiyalar baş verdiyi haqda məlumatın aşkar edilməsi üçün araşdırma aparılmalıdır. Hər hansı allergik reaksiya baş verdikdə dərmanın istifadəsi dərhal dayandırılmalı və alternativ müalicə aparılmalıdır. Ciddi anafilaktik reaksiyalar adrenalin (epinefrin) ilə təcili müalicə tələb edir. Venadaxili steroidlərin istifadəsi, həmçinin oksigen və tənəffüsün bərpası üçün (intubasiya daxil olmaqla) digər təxirəsalınmaz müalicə tədbirlərinə ehtiyac yarana bilər. Digər antibiotiklərdə olduğu kimi, Baktosid preparatı ilə müalicə zamanı da rezistent mikroorqanizmlərin (göbələklər daxil olmaqla) artması və superinfeksiya yaranması ehtimalı nəzərə alınmalıdır. Superinfeksiya yarandıqda dərmanın istifadəsi dayandırılmalı və/və ya müvafiq müalicə başlanmalıdır. Ampisillin natrium/sulbaktam natrium daxil olmaqla, bütün antibakterial preparatlardan istifadə zamanı Clostridium difficile ilə bağlı diareya (CDAD) haqqında məlumatlar bildirilmişdir. Bu hal yüngül dərəcəli diareyadan ölümlə nəticələnən kolitə qədər dəyişə bilər. Antibakterial vasitələrlə müalicəsi bağırsağın normal florasını dəyişdirərək C.difficile-nin həddindən artıq çoxalmasına səbəb olur. C.difficile CDAD yaranmasında rol oynayan A və B toksinləri istehsal edir. Bu infeksiyalar antimikrob müalicəyə davamlı ehtimalından və kolektomiya əməliyyatına ehtiyac ola biləcəyindən həddindən artıq toksin hasil edən C.difficile-nin ştammları xəstələnmənin və ölüm halların artmasınа səbəb ola bilər. Antibiotik istifadəsindən sonra diareya əmələ gələn bütün xəstələrdə CDAD-nın yaranma ehtimalı nəzərə alınmalıdır. Antimikrob vasitələrlə müalicədən iki aydan sonra əmələ gələn CDAD haqqında məlumatlar olduğundan, diqqətli tibbi anamnezin toplanması vacibdir. CDAD diaqnoza şübhə yarandıqda və ya təsdiqləndiqdə dərmanın istifadəsi dayandırılmalı və müvafiq müalicə başlanmalıdır. Müvafiq maye və elektrolit tətbiqi, protein dəstəyi, C. difficilenin antibiotiklə müalicəsi aparılmalıdır və cərrahi müayinə başlanmalıdır. Digər sistem vasitələr kimi, uzunmüddətli müalicədə böyrək, qaraciyər, qanyaranma sistemi və həyati əhəmiyyətli orqanların funksiyasına mütamadi nəzarət tövsiyə olunur. Bu, vaxtından əvvəl, yenidoğulmuşlarda və digər körpələrdə xüsusilə də vacibdir. İnfeksion mononukleoz olan xəstələrə Baktosid təyin olunmamalıdır. Ampisillin qəbul edən mononukleozlu pasiyentlərdə tez-tez dəri səpgiləri yaranır. Köməkçi maddələr haqqında xüsusi məlumat Baktosid preparatıın hər 1.5 q (1000 mq ampisillin + 500 mq sulbaktam) təxminən 115 mq (5 mmol) natrium var, bu da natrium nəzarətli dieta olan xəstələrdə nəzərə alınmalıdır Xüsusi populyasiyalar Xüsusi populyasiyalar haqqında əlavə məlumat mövcud deyil. Uşaqlar Məlumat yoxdur. Uyğunsuzluq Aminoqlikozidlər hər hansı aminopenisillininlərin təsirinin nəticəsində in vitro inaktivasiya olunur, bu səbəbdən sulbaktam natrium/ ampisillin natrium və aminoglikozidlər ayrı həll olunmalı və müalicə ayrı aparılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik kateqoriyası: B Reproduktiv potensialı olan qadınlar/kontrasepsiya Ampisillin oral kontraseptivlər ilə qarşılıqlı təsir göstərir. Bu səbəbdən müalicə zamanı alternativ, effektiv və etibarlı kontrasepsiya metodlardan istifadə edilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Hamiləlik Hamiləlik dövründə Baktosid preparatı istifadəsinə dair heç bir klinik məlumat yoxdur. Heyvan üzərində aparılan tədqiqatlar hamiləlik/embrional/dölün inkişafı/doğuş və ya doğuşdan sonrakı inkişafla əlaqəli birbaşa və ya dolayı zərərli təsirlər göstərməmişdir. Bu dərman preparatı hamiləlik dövründə yalnız zəruri olduqda istifadə edilməlidir. Laktasiya Ampisillin və sulbaktamın aşağı konsentrasiyalarda ana südünə nüfuz edilir, bu səbəbdən laktasiya dövründə ehtiyatla istifadə edilməlidir. Laktasiya dövründə sulbaktam və ampisillinin təhlükəsizliyi müəyyən edilməmişdir. Reproduktivlik/Fertillik Heyvanlar üzərində aparılan reproduktivlik tədqiqatlarında fertilliyə və ya dölə hər hansı bir zərər müəyyən edilməmişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri :
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair məlumat yoxdur.
Baktosid əzələdaxili yeridilmə üçün aşağıdakı miqdarlarda lidokain-hidroxlorid ilə həll oluna bilər. Həkim tərəfındən başqa şəkildə tövsiyə edilmədikdə aşağıdakı kimi təyin olunur. Böyrək funksiyası normal olan böyüklərdə adi gündəlik doza 1,5 q-dan (Baktosid 1q preparatından 1 flakon: 1000 mq ampisillin/500 mq sulbaktam) 12 q-a (Baktosid 1q preparatından 8 flakon: 8000 mq ampisillin/4000 mq sulbaktam) qədərdir. Sulbaktamın maksimal gündəlik dozası 4 q-dır. Adətən Baktosid preparatı hər 6-8 saatdan bir yeridilir. Yüngül dərəcəli infeksiyalarda preparat hər 12 saatdan bir istifadə olunur. Yeridilən dozaların sıxlığı xəstəliyinin ağırlığından və böyrəklərin funksiyasından asılıdır. Temperatur endikdən sonra müalicə daha 48 saat davam etdirilməlidir. Adətən müalicə 5-14 gün ərzində aparılır, ağır dərəcəli infeksion xəstəliklərdə isə bu müddət uzana bilər və əlavə ampisillin istifadə oluna bilər. Cərrahi əməliyyat zamanı infeksiyaların profilaktikası məqsədi ilə plazmada və toxumalarda kifayət qədər konsentrasiya yaratmaq üçün anesteziya zamanı 1,5-3 q Baktosid (1-2 flakon Baktosid) yeridilir və ehtiyac olduqda 6-8 saatdan sonra təkrar tətbiq olunur. Profilaktik məqsəd ilə preparatın yeridilməsi 24 saatdan sonra dayandırılır. Ağırlaşmamış qonoreyanın müalicəsində 1,5 q (1 flakon Baktosid) birdəfəlik doza əzələdaxili yeridilir. Sulbaktamın və ampisillinin plazma konsentrasiyaları uzadmaq üçün eyni zamanda 1 q probenesid daxilə qəbul olunur. İstifadə qaydası Ampisid+lidokain-hidroxlorid məhlulu əzələdaxili, dərinə yeritmək lazımdır. Lidokain məhlulunu venadaxili yeritmək olmaz. Xüsusi xəstələr qruplarına aid əlavə məlumatlar Böyrək/ qaraciyər çatışmazlığı Böyrək funksiyasının ağır pozulması olan xəstələrdə (kreatinin klirensiPediatrik qrup Tövsiyə olunan gündəlik doza 150 mq/kq təşkil edir (100 mq/kq ampisillinə və 50 mq/kq sulbaktama ekvivalent) və hər 6-8 saatdan bir yeridilir. Yenidoğulmuşlar üçün ( xüsusilə, vaxtından əvvəl doğulmuşlar) ömrünün birinci həftəsində tövsiyə olunan gündəlik doza 75 mq/kq təşkil edir (25 mq/kq sulbaktama və 50 mq/kq ampisillinə ekvivalent) və hər 12 saatdan bir yeridilir.