Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 flakonda 1 000 000 BV benzilpenisillin vardır. Köməkçi maddələr: yoxdur.
İstifadəsinə göstərişlər:
Furunkullar, abseslər, septisemiya, septik meningitlər, pnevmoniya, qonoreya və sifilis kimi infeksiyaların müalicəsində istifadə edilir.
Əks göstərişlər:
Penisillinlərə qarşı allergiya. Preparatın tərkibindəki hər hansı inqrediyentə qarşı yüksək həssaslıq. Sefalosporinlər kimi digər beta-laktam antibiotiklərə qarşı çarpaz allergiya nəzərə alınmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Çox sayda hamilə və reproduktiv yaşda olan qadınlar benzilpenisillin natrium istifadə etmişdir, lakin inkişaf qüsurlarının artması və ya dölə digər birbaşa yaxud dolayı zərərli təsir müşahidə olunmamışdır. Baxmayaraq ki, benzilpenisillinin ana südünə nüfuz edib-etməməsi məlum deyil, lakin heyvanlarda südə aktiv keçir. Digər penisillinlərin insan südündə izləri müəyyən edilmişdir. Yalnız ciddi göstərişlə və ehtiyatla istifadə olunmalıdır.
Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə Ağır qaraciyər və ya böyrək çatışmazlığı olan xəstələrdə dozalar müvafiq olaraq tənzimlənir. Kreatinin klirensi 100-60 ml / dəq (plazma kreatinin - 0,8-1,5 mq%) olan 60 yaşa qədər xəstələrə benzilpenisilin gündə 60.000.000 BV -a qədər, 60 yaşdan yuxarı - 10.000.000. BV / gün, 8 saat fasilə ilə sutkada 3 dəfə; kreatinin klirensi 50-40 ml / dəq ilə (plazma kreatinin - 1,5-2 mq%) gündə 10 000 000-20 000 000 BV dozada 8 saatlıq fasilə ilə sutkada 3 dəfə tətbiq olunur; kreatinin klirensi 30-10 ml / dəq (plazma kreatinin - 2-8 mq%) ilə gündə 5.000.000-10.000.000 BV dozada 8-12 saat fasilə ilə 2-3 dəfə tətbiq olunur; kreatinin klirensi 10 ml/dəq-dən az olan (plazma kreatinin - 15 mq%) gündə 2 000 000-5 000 000 BV dozada 8 saatlıq fasilə ilə 1-2 dəfə yeridilir.. İstifadə qaydası və dozası İstifadədən əvvəl flakona müvafiq miqdarda inyeksiya üçün su əlavə edilir. İnfeksiyadan asılı olaraq, preparat əzələdaxili və ya venadaxili (periodik infuziyialarla) yeridilir. Əzələdaxili yeridilmə üçün: Böyüklər 400 000 BV-800 000 BV (0,24-0,48 q) olmaqla gündə 2-4 dəfə. Venadaxili yeridilmə üçün: 600 000 BV- 4 000 000 BV (0,96q-2,4q). Meningitlərin və endokarditlərin müalicəsində gündəlik məsləhət görülən doza 10 000 000 BV20 000 000 BV (6,0 q-12,0 q), həll edildikdən sonra fasiləli infuziyalarla yeritmək olar. Uşaqlar: gündəlik 25 000 BV-50 000 BV (15mq-30 mq/kq) doza 2-4 qəbula bölünür