Sevimlilərə əlavə edin
Paylaşın

BIMAKS 20MG 50ML SUSP

Məhsul Kodu : 111-15676
İstehsalçı ölkə : Türkiye
Reseptlə satılır
0 Şərh Şərh
10,48 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Bimaks, 100 mq/5 ml oral suspenziya

Bimaks, beynəlxalq patentləşdirilməmiş adı: Cefixime

Bimaks tərkibi

Təsiredici maddə: 5 ml hazır suspenziyanın tərkibində 100 mq sefiksim vardır.

İstifadəsinə göstərişlər

Sefiksimə həssas olan mikroorqanizmlər tərəfindən törədilən infeksiyaların müalicəsi:
• Tənəffüs sisteminin infeksiyaları: tonzillit, faringit, orta otit, kəskin və xronik bronxit, pnevmoniya.
• Sidik sisteminin infeksiyaları: kəskin sistit, uretrit, pielonefrit.

Əks göstərişlər

Sefiksimə, digər sefalosporinlərə, həmçinin preparatın tərkibindəki köməkçi maddələrə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə kifayət qədər tədqiqat aparılmayıb. Mütləq göstəriş olmadıqda sefiksim hamiləlik dövründə istifadə edilməməlidir. Laktasiya zamanı istifadə tələb olunarsa, ana südü ilə qidalandırmanın müvəqqəti dayandırılması nəzərdən keçirilməlidir.

Pediatriyada istifadəsi

2 yaşdan kiçik uşaqlar: 8 mq/kq/gün – 1 və ya 2 bərabər doza bölünərək.
2-4 yaş: 5 ml/gün
5-8 yaş: 10 ml/gün
9-12 yaş: 15 ml/gün
12 yaşdan yuxarı və çəkisi 50 kq-dan artıq uşaqlar üçün 400 mq/gün tövsiyə olunur.
6 aydan kiçik uşaqlarda effektivlik və təhlükəsizlik müəyyən edilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

Bimaks istifadə qaydası

Doza yaşa və çəkiyə uyğun təyin olunur. Böyrək çatışmazlığında:
• ≥ 60 ml/dəq – standart doza
• 21-60 ml/dəq – dozanın 75%-i
• < 20 ml/dəq – dozanın 50%-i

Suspenziyanın hazırlanması: Flakonu silkələyin, yarısına qədər qaynadılmış soyuq su əlavə edib çalxalayın. 5 dəqiqə gözləyin, sonra işarəyə qədər su əlavə edib yenidən çalxalayın. Hər istifadədən əvvəl çalxalayın. Hazır suspenziya 14 gün ərzində istifadə olunmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-15676

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce