Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Biofleks-Dual 3 ml N3+3 ampula

Məhsul Kodu : 111-27723
İstehsalçı ölkə: Gürcüstan
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Biofleks-Dual, inyeksiya üçün məhlul

Biofleks-Dual tərkibi

Təsiredici maddə: A məhlulu: 2 ml məhlulun tərkibində 3,32 mq deksametazon, 375,0 mq  fenilbutazon, 4,0 mq lidokain hidroxlorid, 150,0 mq salisilamid natrium asetat  
vardır.

Əks göstərişlər 

• Preparatın istənilən komponentinə, pirazolon törəmələrinə, salisilatlara, qarşı yüksək 
həssaslıq, eləcə də asetilsalisil turşusunun və ya digər QSİƏP-in qəbulu ilə əlaqədar anamnezdə övrənin, kəskin rinitin, bronxospazmın yaranması barədə məlumat; 
• kəskin qastrit; mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (o cümlədən, anamnezdə); 
• ürək-damar sisteminin xəstəlikləri (o cümlədən, kəskin miokard infarktı, dekompensasiya fazasında xroniki ürək çatışmazlığı, keçiricilik pozuntusu ilə miokardın xəstəlikləri, mədəcik aritmiyası); 
• qaraciyər, böyrəklərin və qalxanabənzər vəzin funksiyasının ifadəolunmuş pozuntusu, ödemə meyllilik, uremiya, oksalaturiya; 
•  viruslu infeksiya (o cümlədən, herpetik infeksiya, suçiçəyi, parotit; poliomielit, xəstəliyin bulbar forması istisna olmaqla); 
• sistemli mikoz; 
• qlaukoma, buynuz qişanın travması; 
• sümük iliyinin və qan xəstəlikləri (leykopeniya, o cümlədən, anamnezdə, trombositopeniya, hemofiliya); mielosupressiya; 
• ifadəolunmuş miopatiya, miasteniya, Şeqren sindromu, sistem qırmızı qurdeşənəyi; nəhəng hüceyrəli (gicgah) arteriit, revmatik polimialgiya; hemorragik diatez, porfiriya; 
• pankreatit; 
• stomatit; 
• tromboemboliya; 
• planlı vaksinasiyadan əvvəlki (8 həftə) və sonrakı (2 həftə) dövr; 
• BCG vaksininin yeridilməsindən sonra limfadenit; 
• qlükoza-6-dehidrogenaza defisiti; 
• cərrahi əməliyyat; 
• 14 yaşa qədər uşaqlar; 
• ahıl yaş dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir.

İstifadə qaydası və dozası 

Preparat sutkada və ya günaşırı 1 inyeksiya təyin edilir, həftədə 3 inyeksiyanı aşmaq olmaz. Təkrar müalicə kursunun aparılması zamanı aradakı interval 2 həftədən az olmamalıdır. 
İnyeksiya ə/d dərinə, asta-asta yeridilir. Pasiyent üfüqi vəziyyətdə olmalıdır. Əvvəlcə şprisə A məhlulu, sonra B məhlulu yığılır. Məhlulun temperaturu bədən temperaturuna yaxın olmalıdır.  

Prepared by  T-Soft E-Commerce.