Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

BONASEF 1GR N1 AMP

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-15029
Reseptlə satılır
İstehsalçı ölkə: Çin
5,51 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BONASEF, inyeksiya məhlulu hazırlamaq üçün toz

BONASEF tərkibi

Təsiredici maddə: 1 flakonda 0,5 q seftriakson (natrium duzu şəklində) vardır. Həlledici məhlul: lidokain hidroxlorid.

Təsiredici maddə: 1 flakonda 1,0 q seftriakson (natrium duzu şəklində) vardır. Həlledici məhlul: lidokain hidroxlorid.

İstifadəsinə göstərişlər

- Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları (pnevmoniya, ağciyər absesi daxil olmaqla)

- Sidik- cinsiyyət orqanlarının infeksiyaları (qonoreya (süzənək) daxil olmaqla)

- Bakteriemiya/septisemiya

- Dərinin və yumşaq toxumaların infeksiyaları

- Qarın boşluğu orqanlarının infeksiyaları

- Sümük və oynaqların infeksiyaları (osteomielit daxil olmaqla)

- Mərkəzi sinir sisteminin infeksiyaları (meningit)

- Cərrahi əməliyyatdan öncə və sonra profilaktik məqsədlə

Əks göstərişlər

Sefalosporin qrupu antibiotiklərinə və penisillinlərə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik dövründə istifadəsi haqqında məlumat yoxdur. Laktasiya dövründə ehtiyatla təyin olunmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə təsiri haqqında məlumat yoxdur.

BONASEF istifadə qaydası və dozası

BONASEF əzələ və vena daxilinə yeridilir. Əzələdaxili inyeksiya üçün 0,5 q preparat 2 ml, 1,0 q preparat isə 4 ml 1 %-li lidokain hidroxlo- rid məhlulunda həll edilir və sağrı əzələsinə dərinə yeridilir. Venadaxili inyeksiya üçün 0,5 q preparat 5 ml, 1,0 q preparat isə 10 ml inyeksiya üçün suda həll edilir və 2-3 dəq. ərzində vena daxilinə yeridilir.

Venadaxili infuziya üçün 2,0 q preparat (tərkibində kalsium ionları saxlamayan məhlulda) 40 ml inyeksiya üçün su və ya 5-10 %-li qlükoza məhlulunda həll edilir. 30 dəq. ərzində damcı üsulu ilə venadaxili yeridilir. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara əzələdaxili inyeksiya üçün 1,0 q birdəfəlik dozada gündə 1 dəfə yeridilir. İnfeksiyanın ağırlıq dərəcəsindən asılı olaraq maksimal gündəlik doza 4,0 q-a qədər artırıla bilər. Yenidoğulmuşlarda gündəlik doza 20-50 mq/kq təşkil edir. 12 yaşa qədər uşaqlarda gündəlik doza 50-80 mq/kq-dır. Maksimal gündəlik doza 2,0 q-dan çox olmamalıdır. Meningitin müalicəsində gündəlik doza 100 mq/kq-dır. Maksimal gündəlik doza 4,0 q. Müalicə müddəti 7-14 gündür. Fəsadlaşmamış qonoreyada əzələ daxilinə birdəfəyə 250 mq təyin olunur. Cərrahi əməliyyat zamanı profilaktik məqsədlə əməliyyatdan 30 dəqiqə əvvəl 1,0 q preparat birdəfəlik təyin olunur. Streptococcus pyogenes tərəfindən törədilən infeksiyalar zamanı müalicə 10 gün davam etdirilməlidir. Yaşlı və qaraciyər, böyrək çatışmazlığı olan xəstələrdə maksimal gündəlik doza 2,0 q təşkil edir. Böyrək funksiyası pozulmuş şəxslərə (kreatinin klirensi 10 ml/dəq. aşağı olduqda) gündəlik doza 2,0 q-dan artıq olmamalıdır.

Prepared by  T-Soft E-Commerce.