Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

Buskopan 10 mq N20 tablet

Comment
Ratings & Reviews (1)
5.0 Average ratings
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Product Code : 111-02091
İstehsalçı ölkə: Fransa
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

BUSKOPAN, örtüklü tabletlər

Buskopan tərkibi

 Təsiredici maddə:   1 tabletin 10 mq hiossin butilbromid vardır. Köməkçi maddələr: kalsium hidrofosfat susuz (kalsium hidrofosfat), qurudulmuş qarğıdalı  nişastası, susuz kolloid silisium dioksid, çaxır turşusu, stearin turşusu.  Örtük:  povidon (polivinilpirrolidon), saxaroza, talk, ərəb kitrəsi (akasiya kitrəsi),  titanum dioksid, makroqol 6000 (polietilenqlikol), karnaub mumu, ağ mum  (ağ arı mumu). 

İstifadəsinə göstərişlər:

 Böyrək sancısı, öd sancısı, öd yollarının və ödün spastik diskineziyası, xolesistit, bağırsaq sancısı, mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə dövrü (kompleksli müalicə tərkibində), alqodismenoreya, qıcıqlanmış bağırsaq sindromu (qarında ağrılar, bağırsaqda ağrılı spazmlar, meteorizm, ishal, qəbizlik ilə özünü büruzə verə bilər). 

Əks göstərişlər:

  Hiossin butilbromidə və ya istənilən köməkçi maddəyə qarşı yüksək həssaslıq; - - - - - - - - Mədə-bağırsaq traktının mexaniki stenozu; Paralitik və ya obstruktiv bağırsaq keçməməzliyi; Miasteniya qravis; Meqakolon; 6 yaşa qədər uşaqlar; Hamiləlik; Laktasiya dövrü; Nadir irsi xəstəliklər (fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası, saxaraza-izomaltaza çatışmazlığı, çünki preparatın tərkibində saxaroza vardır).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövrü Preparatın hamiləlik zamanı istifadəsinə və preparatın və onun metabolitlərinin ana südünə nüfuz etməsinə dair məlumatlar məhduddur. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın reproduktiv sistemə birbaşa və ya dolayı arzuolunmaz təsiri aşkarlanmamışdır.  Preparatın hamiləlik zamanı və ya laktasiya dövründə istifadəsi tövsiyə edilmir.  Fertillik Preparatın fertilliyə olan təsirinə dair tədqiqatlar aparılmamışdır. Hiossin butilbromidin siçovullarda və dovşanlarda peroral istifadəsi fertilliyə və reproduktivliyə təsir etməmişdir.

 Buskopan istifadə qaydası, dozası

 Daxilə. Həkim tərəfindən digər təyinat olunmadığı halda aşağıdakı dozalama rejimi tövsiyə olunur: Böyüklər və 6 yaşdan yuxarı uşaqlar: 1-2 tabletdən gündə 3-5 dəfə. Tabletlər çeynənilmədən, bir qədər su ilə bütöv qəbul edilir.  Maksimal gündəlik doza 100 mq (10 tablet) təşkil edir. Preparat həkimin konsultasiyası olmadan 3 gündən artıq qəbul olunmamalıdır. 

Prepared by  T-Soft E-Commerce.