Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 flakonda 250 mq, 500mq və ya 1000 mq seftriakson tozu vardır. Həlledici: lidokain hidroxlorid.
Setamol böyüklər və uşaqlar (yeni doğulmuş körpələr daxil olmaqla) üçün nəzərdə tutulmuş antibiotikdir. Setamol infeksiyaya səbəb olan bakteriyaların öldürülməsini təmin edir. III nəsil sefalosporin qrupu antibiotikdir Setamol aşağıdakı orqanların infeksiyalarının müalicəsində istifadə olunur: • beyin (meningit). • ağciyərlər.
• orta qulaq. • qarın və periton (peritonit). • sidik yolları və böyrəklər. • sümük və oynaqlar.
• dəri və ya yumşaq toxumalar. • qan. • ürək. Bu preparat verilə bilər: • Cinsi yolla ötürülən xüsusi infeksiyaların (gonoreya və sifilis) müalicəsində.
• Bakterial infeksiya səbəbindən qızdırması olan, leykositləri aşağı sayda olan xəstəl əri (neytropeniya) müalicəsində. • Xronik bronxit, böyüklərdə döş qəfəsi orqanlarlarının infeksiyalarını müalicəsində. • Böyüklərdə və yeni doğulmuş körpələr daxil olmaqla, 15 gündən yuxarı olan uşaqlarda Laym xəstəliyinin (gənə dişləməsi hesabına baş verir) müalicəsində. • Əməliyyat zamanı infeksiyaların qarşısını almaq.
Aşağıdakı hallarda Setamol qəbul edilməməlidir: • Seftriaksona və ya bu dərmanın digər maddələrindən hər hansı birinə (bax: “Tərkibi”) qarşı allergiyanız olarsa. • Penisilin v ə ya oxşar antibiotikl ərə (sefalosporinlər, karbapeneml ər v ə ya monobaktamlar kimi) qarşı ani və ya ciddi allergik reaksiya vermi sinizsə. Əlamətlərə nəfəs almağı v ə udmağı çətinləşdirən boğazın və üzün ani şişməsi, və tez inkişaf etməklə əllərin, ayaqların və topuqların kəskin şişməsi daxildir. • Sizin lidokainə qarşı allergiyanız varsa, Setamol istifadə edilə bilməz.
Aşağıdakı hallarda körpələrə Setamol verilməməlidir: • Körpə vaxtından əvvəl doğularsa. • Körpə yeni doğulmuş olarsa (28 günlük) və müəyyən qan problemləri və sarılıq (dərinin və gözlərin ağlarının saralması) varsa və ya damarına kalsium tərkibli preparat yeridilərsə.
Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, yaxud hamiləlik planlaşdırırsınızsa, Setamol istifadə etməzdən əvvəl məsləhət almaq üçün həkiminizə müraciət edin. Həkiminiz sizi Setamollə müalicənin Sizin üçün faydasını və südəmər uşağınıza potensial riskini qiymətləndirməklə qərar qəbul edəcəkdir.
qabiliyyətinə təsiri Setamol başgicəllənməyə səbəb ola bilər. Bu simptomlarla qarşılaşdıqda həkiminizi məlumatlandırın.
Setamol yalnız həkim tərəfindən təyin olunur. Setamol damcı (venadaxili infuziya) yolu ilə və ya əzələdaxili inyeksiya şəklində təyin olunur. Setamol həkim,əczaçı və ya tibb bacısı tərəfindən hazırlanır və əzələ daxili və ya venadaxili yeridilir. Setamol tərkibində kalsium olan məhlullarla qarışdırıla bilməz və ya eyni zamanda yeridilə bilməz.
Düzgün dozanın seçilməsi Həkiminiz sizin üçün Setamol-in düzgün dozasını təyin edəcək. Dozanın seçilməsi asılıdır: xəstəliyin ağırlığından və törədicinin növündən; hər hansı bir digər antibiotikdən istifadə etməyinizdən; kütlə və yaşdan; böyrək və qaraciyərinizdə hər hansı bir patologiyanın olubolmamasından. Setamol-in təyinat müddəti xəstəliyin ağırlığından asılıdır. 50 kiloqramdan yuxarı və ya 50 kiloqrama b ərabər bədən kütləsi olan böyüklər, yaşlılar və 12 yaşlı uşaqlar: • İnfeksiyanın ağırlığından və növündən asılı olaraq gündə bir dəfə 1000-2000 mq.
Əgər ağır infeksiyanız varsa, həkiminiz sizə daha yüksək doza (gündə bir dəfə 4000 mq) təyin edəcəkdir. Sizin gündəlik dozanız 2000 mq-dan yüksəkdirsə, gündə bir dəfə tək doza kimi və ya iki ayrı doza kimi istifadə edə bilərsiniz. Bədən kütləsi 50 kiloqramdan az olan 15 günlükdən 12 yaşa qədər yenidoğulmuşlar, körpələr və uşaqlar: • İnfeksiyanın ağırlığından və növündən asılı olaraq gündə bir dəfə uşağın bədən kütləsinə görə 50 - 80 mq Setamol. Əgər ağır infeksiyanız varsa, həkiminiz gündə bir dəfə maksimum 4000 mq olan bədən kütləsinin hər kiloqramı üçün 100 mq-a qədər yüksək doza verəcəkdir.
Əgər gündəlik dozanız 2000 mq –dan yüksəkdirsə, gündə bir dəfə tək doza kimi və ya iki ayrı doza kimi qəbul edə bilərsiniz. • 50 kiloqram və ya daha çox bədən kütləsi olan uşaqlara adi yetkinlik dozası verilməlidir. Yeni doğulmuş körpələr (0-14 gün) • İnfeksiyanın ağırlığından və növündən asılı olaraq gündə bir dəfə uşağın bədən kütləsinin hər kq-na görə 50 - 80 mq Setamol. • Maksimum gündəlik doza körpənin kütləsinin hər kq-na görə 50 mq-dan çox olmamalıdır.
Qaraciyər və böyrək problemləri olan insanlar Sizə adi doza üçün fərqli doza verilə bilər. Həkiminiz sizə lazım olan qədər Setamol təyin edəcək və qaraciyərin və böyrək xəstəliyinin ağırlığından asılı olaraq sizi yaxından yoxlayacaq. Setamolin istifadəsini unutsanız Siz inyeksiyanın istifadəsini unutsanız, onu tez bir zamanda istifadə etməlisiniz. Lakin, növbəti inyeksiyanın vaxtı na az qalarsa, buraxılmış inyeksiyanı istifadə etməyərək, növb əti dozanı vaxtında istifad ə edin.
Buraxılmış doza nı əvəz etm ək üçün ikiqat doza (eyni zamanda iki inyeksiya) istifadə etməyin. Setamolin istifadəsini dayandırsanız Həkim siz ə deməsə, Setamolin istifadəsini dayandırmayın. Bu d ərman vasit əsindən istifad ə haqqında ətraflı məlumat üçün həkiminizə və ya tibb bacınıza müraciət edin. Aşağıdakı məlumatlar yalnız tibb və ya səhiyyə işçiləri üçün nəzərdə tutulmuşdur.
Hazırlanmış inyeksiya məhlulu: Hazırlanmış məhlul muxtəlif həlledicilərlə hazırlanmasından asılı olaraq müxtəlif sıxlıqlı açıq sarımtıl rəngdədir. Hazırlanmış Setamol məhlulunun rənginin müxtəlif intensivliyi dərman məhsulunun effektivliyinin və ya təhlükəsizliyinin dəyişilməsinin göstərcisi deyil. Setamol hazırlandıqdan dərhal sonra istifadə olunmalıdır. Əzələdaxili inyeksiya məhlulunun hazırlanması: Setamol 250 mq: 2 ml 1% -li lidokain hidroxlorid məhlulunda həll edilir.
Hazır məhlul dərin əzələdaxili inyeksiya şəklində yeridilir. Setamol 500 mq: 2 ml 1%- li lidokain hidroxlorid dməhlulunda həll edilir. Hazır məhlul dərin əzələdaxili inyeksiya şəklində yeridilir. Setamol 1000 mq: 3,5 ml 1% -li lidokain hidroxlorid məhlulunda həll edilir.
Hazır məhlul dərin əzələdaxili inyeksiya şəklində yeridilir. 1000 mq-dan böyük dozaları müxtəlif nahiyələrə yeritmək lazımdır. Hazırlanan məhlul digər dərmanlarla qarışdırılmamalıdır. Venadaxili inyeksiya məhlulunun hazırlanması: Setamol 250 mq: 5 ml inyeksiya uçün suda həll edilməklə hazırlanır.
Setamol 500 mq: 5 ml inyeksiya uçün suda həll edilməklə hazırlanır. Setamol 1000 mq: 10 ml inyeksiya uçün suda həll edilməklə hazırlanır. Hazırlanan məhlul 5 dəqiqə ərzində birbaşa venaya və ya infuziya borusuna yavaş-yavaş yeridilməklə istifadə edilir. Yuxarıda göstərildiyi kimi hazırlandıqdan sonra hər 1 ml məhlulun tərkibində 50-100 mq seftriakson olur.
Bu məhlulu 10 mq/ml və 40 mq/ml konsentrasiyaya çatdırmaq üçün o, durulaşdırılmalıdır. Durulaşdırma üçün aşağıdakı həlledicilərdən istifadə edilə bilər: - inyeksiya üçün su; - 0,9%-li natrium xlorid məhlulu; - 5%-li qlükoza məhlulu; - 10%-li qlükoza məhlulu; - 5%-li qlükoza məhlulu + 0,9%%-li natrium xlorid məhlulu; - 5%-li qlükoza məhlulu + 0,45 %-li natrium xlorid məhlulu; Infuziya ən azı 30 dəqiqə ərzində yavaş-yavaş venaya yeridilməlidir. Hazırlanmış Setamol inyeksiya məhlulu dərhal istifadə olunmalıdır. Əzələdaxili hazırlanmış Setamol məhlulu hipertonik məhluldur.
Əgər əzələdaxili yeridilən zaman ağrı müşahidə olunarsa ağrını azaltmaq üçün, tövsiyə olunan həlledici lidokain hidroxloridin (1 - 2% li) məhluludur. Hazırlanmış Setamol inyeksiya məhlulu dərhal istifadə olunmalıdır. İstifadə qaydası: Venadaxili təyinat zamanı Setamol ən azı 30 dəqiqə müddətindən az olmamaq şərti ilə yavaşyavaş venaya yeridilməlidir (əsasən böyük venalar seçilməlidir) və ya əzələdaxili təyinat zamanı 5 dəqiqə ərzində əzələ daxilinə dərinə yeridilməlidir. 12 yaşa qədər olan uşaqlarda və venadaxili doza 50 mq/kq-dan artıq olduqda vena daxili Setamol məhlulu infuziya formasında venaya yeridilməlidir.
Yenidoğulmuşlarda,potensiyal bilirubin ensefaloptiyası riskini azaltmaq üçün venadaxili infuziya 60 dəqiqə ərzində yeridilməlidir. Həlledici kimi lidokain hidroxlorid istifadə edildikdə, məhlul heç vaxt venadaxili tətbiq edilməməlidir. Lidokainin içlik vərəqəsində olan xüsusiyyətlərinə baxılmalıdır.