Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

CIPRO DENK 500MG N10 TB

Məhsul Kodu : 111-19057
Reseptlə satılır
İstehsalçı ölkə: Almaniya
6,58 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SİPRO-DENK, 500 örtüklü tabletlər

SİPRO-DENK tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq siprofloksasinə ekvivalent siprofloksasin hidroxlorid vardır

İstifadəsinə göstərişlər

Böyüklər Sipro-Denk 500 preparatı böyüklərdə aşağıdakı bakterial infeksiyaların müalicəsində istifadə olunur: ˗ tənəffüs yollarının bəzi infeksiyaları, ˗ qulaq və ya burun ciblərinin iltihabının müəyyən formaları, ˗ sidik yollarının infeksiyaları, ˗ kişi və qadın cinsiyyət orqanlarının infeksiyaları, ˗ mədə -bağırsaq traktının və qarın boşluğunun infeksiyaları, ˗ dəri və yumşaq toxumaların müəyyən infeksiyaları, ˗ sümük və oynaqların infeksiyaları, ˗ Neisseria meningitidis bakteriyasının törətdiyi infeksiyaların profilaktikası, ˗ Sibir xorasının törədicisi ilə kontaktdan sonra müalicə. Siprofloksasin, bakterial infeksiya səbəbindən ağ qan hüceyrələrinin aşağı səviyyəsi (neytropeniya) və hərarəti ehtimal olunan pasiyentlərin müalicəsində istifadə edilə bilər. Ağır infeksiya və ya bir neçə növ bakteriya tərəfindən törədilən infeksiya zamanı Sipro-Denk 500 preparatından əlavə olaraq digər antibiotik təyin edilə bilər. Uşaqlar və yeniyetmələr Sipro-Denk 500 preparatı, uşaqlarda və yeniyetmələrdə həkim nəzarəti altında aşağıdakı bakterial infeksiyaların müalicəsində istifadə olunur: ˗ Mukovissidoz xəstəliyi olan uşaqlarda və yeniyetmələrdə ağciyər və bronxial infeksiyalar, ˗ Böyrək ləyəni infeksiyaları daxil olmaqla, sidik yollarının ağırlaşmış infeksiyaları (kəskin pielonefrit), ˗ Sibir xorasının törədicisi ilə kontaktdan sonra müalicə.

Əks göstərişlər

Aşağıdakı halda Sipro-Denk 500 preparatı qəbul edilməməlidir: ˗ siprofloksasinə, digər xinolon preparatlarına və ya bu preparatın tərkibində olan digər maddələrə qarşı allergiya (“Tərkibi” bölməsinə baxın), ˗ tizanidin preparatının qəbulu ("Digər dərman vasitələri ilə qarşılıqlı təsiri" bölməsinə baxın).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsiniz və ya uşaq əmizdirirsiniz, hamilə ola biləcəyinizi güman edirsiniz və ya hamilə qalmağı planlaşdırırsınız, bu dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik zamanı Sipro-Denk 500 preparatının qəbulu tövsiyə edilmir. Sipro-Denk 500 preparatı ana südünə keçir və bu səbəbdən laktasiya zamanı qəbul edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sipro-Denk preparatı diqqəti azalda bilər. Sinir sisteminə təsir edən bəzi əlavə təsirlər yarana bilər. Bu səbəbdən, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməzdən əvvəl Sipro-Denk 500 preparatına necə cavab verdiyinizi bilmək lazımdır. Əmin olmadıqda həkimlə məsləhətləşin.

SİPRO-DENK istifadə qaydası və dozası

Bu preparatı həmişə həkim və ya əczaçının dediyi kimi qəbul edin. Əmin olmadıqda, həkim və ya əczaçı ilə məsləhətləşin. Həkim Sipro-Denk 500 preparatının dozası, qəbul tezliyi və müalicə müddətini təyin etməlidir. Bu, infeksiyanın növündən və ağırlığından asılıdır.

Böyrək problemləri olduqda bu barədə həkimə məlumat verin, dozanın tənzimlənməsinə ehtiyac yarana bilər. Müalicə adətən 5-21 gün davam edir, lakin ağır infeksiyalarda daha davamlı ola bilər. Bu preparatı həmişə həkimin dediyi kimi qəbul edin. Tabletləri bütövlüklə (çeynəmədən) bol maye ilə qəbul edin.

Tabletlər xoşagəlməz dadına görə çeynənməməlidir. Tablet bərabər dozalara bölünə bilər. Sipro-Denk 500 preparatını hər gün təxminən eyni vaxtda qəbul etməyə çalışın. Sipro-Denk 500 preparatı yemək qəbulundan asılı olmayaraq qəbul edilə bilər.

Təsiredici maddənin absorbsiyasına yalnız kalsium tərkibli qida təsir edir. Bu səbəbdən Sipro-Denk 500 preparatını süd və ya qatıq kimi süd məhsulları ilə və ya minerallarla zənginləşdirilmiş içkilərlə (məsələn, kalsiumla zənginləşdirilmiş portağal suyu) qəbul etməyin. Sipro-Denk 500 ilə müalicə zamanı kifayət qədər maye qəbul edilməlidir. Sipro-Denk 500 preparatının istifadəsi unudularsa Tabletin qəbulu unudulduqda, həmin gün xatırlayan kimi onu dərhal qəbul edin və sonra müalicəyə təyin edildiyi kimi davam edin.

Növbəti dozanın vaxtı çatdıqda, unudulmuş dozanı qəbul etməyin, adi qaydada qəbul etməyə davam edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Tam müalicə kursunu bitirmək vacibdir. Sipro-Denk 500 preparatı ilə müalicə dayandırılarsa Pasiyentin vəziyyəti bir neçə gündən sonra yaxşılaşsa da tam müalicə kursunu bitirmək vacibdir.

Bu dərman preparatının istifadəsini tez dayandırdıqda, infeksiya tam sağalmaya bilər, xəstəliyin əlamətləri geri dönə bilər və ya pasiyentin vəziyyəti ağırlaşa bilər. Antibiotikə qarşı rezistentlik də yarana bilər. Bu dərman preparatının istifadəsinə dair əlavə suallar yaranarsa, həkim və ya əczaçı ilə məsləhətləşin.

Prepared by  T-Soft E-Commerce.