Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq klaritromisin vardır.
12 yaşdan yuxarı uşaqlar və böyüklərdə müxtəlif mikroorqanizmlərin törətdiyi infeksion xəstəliklərin müalicəsində istifadə olunur. Bunlardan: Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri: faringit, tonzillit, kəskin haymorit. Aşağı tənəffüs yollarının infeksion xəstəlikləri: xroniki bronxit, pnevmoniya. Dəri və yumşaq toxumaların ağırlaşmamış infeksion xəstəlikləri.
Mikobakterioz (həmçinin atipik forması, rifabutin və etambutolla birlikdə). DENSKLAR həmçinin aşağıdakı hallarda da istifadə olunur: H.pylori-nin eradikasiyasında (mədə və 12 barmaq bağırsağın xora xəstəliyində). Diş-damaq infeksiyalarının müalicəsində.
Klaritromisin, eritromisin və ya digər makrolid qrupu antibiotiklərinə qarşı hiperhəssaslıq Əgər siz astemizol (pollinoz və allergiyanın müalicəsində istifadə olunur), sizaprid (mədə xəstəliklərində istifadə olunur), pimozid (psixi pozğunluqların müalicəsində istifadə olunur), terfenadin (pollinoz və allergiyanın müalicəsində istifadə olunur), erqotamin, dihidroerqotamin (miqrenin müalicəsində istifadə olunur), lovastatin və ya simvastatin (statinlər), kolxisin (podaqranın müalicəsində istifadə olunur), midazolam (sedativ vasitə) istifadə edirsinizsə klaritromisin qəbul etməyin. Anamnezdə QT intervalının uzanması və ya aritmiyanın olması. Ağır qaraciyər çatışmazlığı. Hipokaliemiya və aritmiya.
Preparatı istifadə etməzdən qabaq həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Klaritromisinin hamiləlik zamanı təhlükəsizliyi müəyyən olunmamışdır. Hamilə qadınlarda nəzarət olunan tədqiqatlar aparılmayıb. Buna görə də, hamilə qadınlarda yalnız ana üçün gözlənilən fayda dölə olan potensial təhlükədən üstün hesab edildiyi hallarda istifadə oluna bilər.
Laktasiya Laktasiya dövründə klaritromisinin istifadəsi məsləhət görülmür.
Densklar preparatının nəqliyyat vasitələri və digər potensial mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyildir, amma nəzərə almaq lazımdır ki, preparatın qəbulundan sonra başgicəllənmə, huşun dumanlanması və dezoriyentasiya kimi hallar baş verə bilər.
Doza həkim tərəfindən təyin olunur. Preparatın qəbulu haqda hər hansı sual meydana gəlsə, bu haqda həkiminizdən məsləhət alın. Denskların normal sutkalıq tövsiyə olunan dozası böyüklər üçün gündə 2 dəfə 250-500 mq təşkil edir. Müalicə müddəti 6-14 və ya 7-14 gün.
Mikobakterial infeksiyaların müalicə müddəti daha uzundur (3-4 həftə), daha ağır vəziyyətlərdə doza 1000 mq-a qədər artırıla bilər. H.pylorinin eradikasiyası: 7, 10, 14 və ya 28 gün, gündə 2 və ya 3 dəfə 500 mq klaritromisin təyin olunur (digər preparatlarla kombinə olunur). Tablet bütöv halda, bol maye ilə qəbul olunmalıdır. 12 yaşdan aşağı uşaqlara təyini məsləhət deyil.