Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Deposilin 2,4 İU amp

Məhsul Kodu : 111-01020
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
10,20 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DEPOSİLİN, 2 400 000 BV inyeksiya məhlulu hazırlamaq üçün toz 

Deposilin tərkibi

 Təsiredici maddə:   1 flakonun tərkibində 2 400 000 BV  benzatin benzilpenisillin (penisillin G  benzatin) vardır. Köməkçi maddələr: simetikon, mannitol, polividon, susuz üçəsaslı natrium sitrat.

İstifadəsinə göstərişlər:

 Deposilinn preparatı, benzilpenisillinə həssas mikroorqanizmlərin səbəb olduğu infeksiyaların müalicəsi üçün göstərilir. Müalicə bakterioloji testlər və klinik cavaba əsasən aparılmalıdır. Aşağıdakı infeksiyalar, adətən, əzələdaxili benzatin benzilpenisillinin adekvat dozasına cavab verir:  ˗ ˗ streptokokk infeksiyaları: yuxarı tənəffüs yollarının yüngül və orta dərəcəli infeksiyaları,  cinsi yolla ötürülən infeksiyalar: sifilis, frambeziya, bejel və pinta. Aşağıdakı hallarda benzatin benzilpenisillinin profilaktik məqsədlər üçün istifadə edilir: Revmatik qızdırma və/və ya xoreya. Benzatin benzilpenisillin ilə profilaktika bu cür halların təkrarlanmasının qarşısını alır. Bundan əlavə, kəskin qlomerulonefrit və revmatik ürək xəstəliklərindən sonra profilaktik məqsədlər üçün istifadə olunur.

Əks göstərişlər:

 Anamnezdə penisillinlərə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik kateqoriyası: B Reproduktivlik potensialı olan qadınlar / Kontrasepsiya Penisillin peroral kontraseptivlərin effektivliyini azalda bilər və bu arzuolunmaz hamiləlik ilə nəticələnə bilər. Peroral kontraseptivlər qəbul edən qadınlar bunu nəzərə almalı və digər kontrasepsiya üsulları barədə məlumatlandırılmalıdırlar. Hamiləlik Hamiləlik dövründə penisillin G-nin istifadə təcrübəsi, dölə mənfi təsiri barədə heç bir sübut göstərməmişdir. Buna baxmayaraq, bu preparatların dölə zərərli təsirlərini istisna edən adekvat və yaxşı nəzarət olunan tədqiqat yoxdur. Bu dərman preparatı hamiləlik dövründə yalnız zəruri olduqda istifadə edilməlidir. Laktasiya Benzilpenisillin ana südünə nüfüz edilir. Bu səbəbdən, preparatın istifadəsi zəruri olduqda, körpəni ana südü ilə qidalandıran analar ehtiyatlı olmalıdırlar. Reproduktivlik / fertillik Heyvanlar üzərində aparılan reproduktivlik tədqiqatlarında fertilliyə və ya dölə hər hansı bir zərər müəyyən edilməmişdir.

Deposilin istifadə qaydası, dozası

 Həkim tərəfindən başqa göstəriş olmadıqda: Streptokok A qrupu yuxarı tənəffüs yollarının infeksiyaları (məsələn faringit) Böyüklər: doza 1 200 000 BV olaraq birdəfəlik inyeksiya təyin edilir. Sifilis Birincili, ikincili və gizli: birdəfəlik doza 2 400 000 BV təşkil edir. Gecikmiş (üçüncülü və neyrosifilis): 2 400 000 BV birdəfəlik doza, 7 günlük intervalla üç dəfə təyin olunur. Frambeziya, bejel və pinta 1 200 000 BV birdəfəlik inyeksiya. Profilaktika Revmatik qızdırma və qlomerulonefrit üçün: kəskin tutmadan sonra ayda bir dəfə 1 200 000 BV və ya hər iki həftədən bir 600 000 BV təyin edilə bilər. İstifadə qaydası Deposilin preparatı, əzələdaxili (ƏD) təyin olunur. Xüsusi populyasiyalara dair əlavə məlumat Böyrək / qaraciyər çatışmazlığı Bu preparat əsasən böyrəklər vasitəsi ilə xaric edilir və bu səbəbdən böyrək çatışmazlığı olan pasiyentlərdə preparata qarşı toksik reaksiyaların riski artır. Uşaqlar Streptokok A qrupu yuxarı tənəffüs yollarının infeksiyaları (məsələn farinqit) Uşaqlar:  doza 900 000 BV olaraq birdəfəlik inyeksiya təyin edilir. Çəkisi 27 kq-dan aşağı olan körpələr və uşaqlar: 300 000-600 000 BV olaraq birdəfəlik inyeksiya təyin edilir. Sifilis Anadangəlmə: 2 yaşdan kiçik uşaqlar üçün 50 000 BV/ kq (bədən çəkisi) 2-12 yaşında uşaqlar üçün doza böyüklər üçün olan dozalanmaya uyğun olaraq tənzimlənir. Yaşlılar Penisillin G benzatin ilə aparılan kliniki tədqiqatlara daxil olan 65 və yuxarı yaş qrupu pasiyentlərin sayı, yaşlılarda müalicəyə reaksiyanın gənclərlə müqayisədə fərqli olub olmadığını müəyyən etmək üçün kifayət deyil. Digər klinik təcrübələr, müalicəyə reaksiya baxımından yaşlı və gənc pasiyentlər arasında heç bir fərq göstərməmişdir. Qaraciyər, böyrək və ya ürək funksiyalarının pozğunluğu, yanaşı xəstəliklər və digər tibbi müalicə tələb edən hallar adətən yaşlı pasiyentlərdə daha çox rast gəldiyindən, yaşlılarda dozanın seçimi aşağı həddən başlanılmalıdır. Yaşlılarda böyrək funksiyasının çatışmazlığının ehtimalı daha yüksək olduğundan, doza seçimi ehtiyatla aparılmalıdır. Böyrək funksiyası izlənilməlidir.

 

Prepared by  T-Soft E-Commerce.