Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 flakonda 200 000 BV ekvivalent 125 mq kalium penisillin G və 600 000 BV ekvivalent 600 mq prokain penisillin G vardır.
İstifadəsinə göstərişlər:
Devapen preparatı, penisillin G-həssas mikroorqanizmlərin törətdiyi ciddi infeksiyaların müalicəsində istifadə olunur.
Əks göstərişlər:
Penisilinə və onun törəmələrinə qarşı yüksək həssaslıq. Virus infeksiyalarının müalicəsində effektiv olmadığı üçün qrip və soyuqdəymə. Anamnezində bir neçə allergenə qarşı həssaslığı olan pasiyentlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Ümumi Hamiləlik kateqoriyası: B Reproduktivlik potensialı olan qadınlar / Kontrasepsiya Penisillin G peroral kontraseptivlərlə qarşılıqlı təsir göstərir. Bu səbəbdən, müalicə dövründə alternativ, effektiv və təhlükəsiz kontrasepsiya üsulu tətbiq edilməlidir. Hamiləlik Hamiləlik dövründə penisillinlərlə olan insanlarda aparılan təcrübələrdə, dölə mənfi təsiri təsdiqləyən sübut aşıkarlanmamışdır. Bununla birlikdə, hamilə qadınlarda bu preparatın dölə toksik təsirini istisna edən adekvat və yaxşı nəzarət olunan tədqiqat yoxdur. Heyvan reproduktivlik tədqiqatları həmişə insanın reaksiyasını proqnozlaşdırmadığı üçün bu preparat hamiləlik dövründə yalnız ciddi zərurət olduqda istifadə olunmalıdır. Laktasiya Penisilinlər ana südü ilə xaric olunur. Laktasiya zamanı penisillin ehtiyatla istifadə olunmalıdır. Fertillik Heyvanlar üzərində aparılan reproduktivlik tədqiqatlarında , fertilliyin pozğunluğuna dair heç bir sübut aşkar edilməmişdir.
Yarımxaricolma dövrü qısa olduğundan, Penisillin G bölünmüş dozalarda, adətən hər 4-6 saatdan bir təyin olunur, meningokok meningit/ septisemiya istisna olmaqla, bu halda preparat hər 2 saatdan bir təyin olunur. Dozalar hər 12 saatdan bir və ya daha uzun intervallarla təyin edildikdə, lazımi qan səviyyələrini əldə etmək üçün preparatın uyğun miqdarı seçilməlidir. Doza infeksiyanın ağırlığından və təbiətindən, penisilinə qarşı törədicinin həssaslıq dərəcəsindən və pasiyentin müalicəyə cavabından asılıdır. Patogenin ən qısa müddətdə izolə edilməsi xüsusilə vacibdir. Başqa bir antibakterial preparatla eyni vaxtda istifadəyə ehtiyac ola bilər. Kəskin infeksiyaların əksəriyyətində müalicə pasiyentin simptomlarının itməsindən sonra ən azı 48-72 saat davam etdirilməlidir. Revmatik qızdırmanın riskini azaltmaq üçün, A qrup βhemolitik streptokokk infeksiyaları zamanı antibiotik terapiyası ən azı 10 gün davam etdirilməlidir.