Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq deksketoprofenə ekvivalent miqdarda 73,8 mq deksketoprofen trometamol vardır.
Yüngül və orta dərəcəli əzələ-skelet ağrısı, dismenoreya və diş ağrısının simptomatik müalicəsi.
DEKSTRA FORTE aşağıdakı hallarda istifadə edilməməlidir: Təsiredici maddəyə, digər QSİƏP-lərə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslığı olan xəstələr. Aspirin və digər QSİƏP-lərin istifadəsi nəticəsində astma, bronxospazm, kəskin rinit, burun polipləri, övrə və ya allergik reaksiyaları olan xəstələr. Bu cür xəstələrdə QSİƏP-lərin istifadəsi nəticəsində ağır, nadir hallarda ölümcül, anafilaksiyaya bənzər reaksiyalar barədə məlumatlar mövcuddur. Ketoprofenlə və ya fibratlarla müalicə zamanı məlum fotoallergik və ya fototoksik reaksiyalar.
Aktiv fazada olan peptik xora / mədə-bağırsaq qanaxması və ya onlara şübhə, yaxud anamnezində mədə-bağırsaq qanaxması, xora və ya perforasiya olan xəstələr. Xroniki dispepsiyası olan xəstələr. Daha əvvəl QSİƏP müalicəsi ilə əlaqədar olaraq anamnezində mədə-bağırsaq qanaxması və ya perforasiya olan xəstələr. Aktiv fazada olan digər qanaxmaları və ya qanaxma pozuntuları olan xəstələr.
Kron xəstəliyi və ya xoralı koliti olan xəstələr. Ağır dərəcəli ürək çatışmazlığı olan xəstələr. Böyrək funksiyalarının orta və ağır dərəcəli pozulması (kreatinin klirensi ≤59 ml/dəq). Qaraciyər funksiyasının ağır dərəcəli pozulması.
Hemorragik diatez və ya digər laxtalanma pozuntuları olan xəstələr. Ağır dərəcəli dehidratasiyası olan xəstələr (qusma, ishal və ya kifayət qədər maye qəbul edilməməsi nəticəsində) Hamiləliyin üçüncü trimestrində və laktasiya dövründə DEKSTRA FORTE aorta-koronar şuntlama əməliyyatından əvvəlki və sonrakı dövrdə ağrının müalicəsi üçün əks göstərişdir.
Ümumi tövsiyə Hamiləlik kateqoriyası: birinci və ikinci trimestrlər üçün C kateqoriyası; üçüncü trimestr üçün D kateqoriyası. Uşaq doğma potensialı olan qadınlar / Kontrasepsiya Kontrasepsiyaya dair heç bir məlumat mövcud deyildir. Hamiləlik DEKSTRA FORTE hamiləliyin üçüncü trmestrində əks göstərişdir. Prostaqlandin sintezinin inhibə edilməsi hamiləliyə və / və ya dölün inkişafına mənfi təsir edə bilər.
Laktasiya Deksketoprofenin ana südü ilə ifraz olunub-olunmadığı məlum deyildir. Fertillik Hamilə olmağı planlaşdıran qadınlara istifadəsi məsləhət görülmür.
DEKSTRA FORTE örtüklü tabletin qəbulu zamanı başgicəllənmə və ya yuxululuq baş verə bildiyi üçün, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə yüngül və orta dərəcədə təsir edə bilər.
Daxilə qəbul olunur. Böyüklərdə Ağırlıq dərəcəsindən asılı olaraq gündə 75 mq (25 mq 8 saatdan bir olmaqla [1/2 örtüklü tablet]) qəbul edilə bilər. Gündəlik doza 75 mq-dan çox olmamalıdır. Aşağı dozanın qısa müddət ərzində qəbulu əlavə təsirlərin miniumuma qədər azalmasına səbəb olur.
DEKSTRA FORTE uzunmüddətli istifadə üçün nəzərdə tutulmamışdır. Digər QSİƏP-lər kimi DEKSTRA FORTE –nin yeməkdən sonra kifayət qədər məhhlulla qəbulu məsləhətdir. Qida qəbulu preparatın sorulmasını ləngitdiyindən kəskin ağrılar zamanı dərman vasitəsini yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Yaşlı pasiyentlərdə müalicəni kiçik dozadan (gündəlik 50 mq) başlamaq lazımdır.