Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DIAFLEKS 50MG N30 CAP

Məhsul Kodu : 111-23717
İstehsalçı ölkə: Ruminiya
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DİAFLEKS, kapsullar

DİAFLEKS tərkibi

Təsiredici maddə: 1 kapsulda 50 mq diaserein vardır.

İstifadəsinə göstərişlər

Sürətli effektin əldə edilməsi mümkün olmadığı hallarda bud-çanaq və diz oynaqlarında osteartritin simptomatik müalicəsi. Klinik təsirlərinin yavaş inkişafı səbəbindən dərman vasitəsinin sürətlə proqressivləşən (pisləşən) bud-çanaq və diz oynaqlarının osteoartriti zamanı istifadəsi məsləhət görülmür.

Əks göstərişlər

Diasereinə, digər antraxinon preparatlara və ya preparatın köməkçi maddələrinə qarşı yüksək həssaslıq, kolopatiya (yaralırektokolit, Kron xəstəliyi), okklüziv və ya subokkluziv sindrom, səbəbi naməlum ağrılı qarın sindromu, mövcud qaraciyər xəstəlikləri və anamnezində qaraciyər xəstəliyi olanlar, 15 yaşınadək uşaqlar, hamiləlik uvə laktasiya dövrü preparatın istifadəsi əks göstərişdir. Xroniki böyrək çatışmazlığı və bağırsaqların aşağı hissələrinin qıcıqlanması müəyyən olunmuş pasiyentlərdə preparat ehtiyatla təyin edilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Diasereinin hamiləlik zamanı təsirlərinə dair heç bir klinik məlumatlar mövcud deyil. Heyvanlar üzərində aparılmış tədqiqatlarda preparat hamiləlik zamanı dölə, doğuşa və ya doğuşdan sonrakı inkişafa birbaşa və ya dolayı təsir göstərməmişdir. Diaserein törəmələrinin cüzi miqdarı ana südünün tərkibinə daxil olur. Bunun uşağa və ya südvermə üzərində təsirləri müəyyən edilməmişdir.

Diafleks hamilə və südverən qadınlarda istifadə edilməməlidir.

DİAFLEKS istifadə qaydası və dozası

Diasereinin təyin edilməsi osteoart rit müalicəsində təcrübəsi olan mütəxəssis tərəfindən aparılmalıdır. Məsləhət görülən doza: gündə iki dəfə bir kapsul qida qəbulu zamanı (səhər və axşam). Kapsulu bir fincan su ilə bütöv şəkildə udmaq lazımdır. Bəzi pasiyentlərdə sulu ishalın (diareya) inkişaf etmə ehtimalına görə müalicənin ilk 2 -4 həftəsi ərzində gündə bir dəfə axşam yeməyi zamanı 50 mq dozada diaserein qəbul edilməsi məsləhət görülür.

Sonradan diaserein 50 mq olmaqla gündə iki dəfə - səhər və axşam yemək zamanı istifadə edilə bilər. Terapevtik effektlər 2-4 həftədən sonra müşahidə edilir, klinik əhəmiyyətli yaxşılaşma 4 -6 həftə sonra başlayır və effektlər müalicədən sonra təxminən iki ay ərzində saxlanılır (effektin ötürülməsi” kimi ifadə olunur). Bütün uzunmüddətli müalicələrdə olduğu kimi, diasereinlə müalicə zamanı da hər altı aydan bir qaraciyər fermentlərinin təyini və sidik analizi də daxil olmaqla qan analizlərinə nəzarət edilməlidir. Qastro-duodenal keçiricilik yaxşı olduğu halda diaserein ilk 2 -4 həftə ərzində QSİƏP və ya analgetiklərlə yanaşı təyin edilə bilər.

Diasereinin 65 yaşdan yuxarı pasiyentlərdə istifadəsi məsləhət görülmür. Böyrək çatışmazlığı Orta böyrək çatışmazlığı olan pasiyentlərdə (kreatinin 30 -49 ml / dəq) dozada dəyişiklik edilməsinə ehtiyac yoxdur. Ağır böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq -dən aşağı) müəyyən edilmiş pasiyentlərdə doza 50%-dək azaldılır. Yaşlı insanlar Yaşlı xəstələr üçün dozanın tənzimlənməsinə ehtiyac yoxdur.

Prepared by  T-Soft E-Commerce.