Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Diklak 5% 50 qr gel

Məhsul Kodu : 111-05145
İstehsalçı ölkə: Almaniya
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DİKLAK, 5% xaricə istifadə üçün gel

Diklak tərkibi

 Təsiredici maddə:   1 q gelin tərkibində 50 mq natrium diklofenak vardır. Köməkçi maddələr: izopropil spirti, təmizlənmiş su, makroqol-7-qliserilkokoat, hipromelloza.

İstifadəsinə göstərişlər:

  Vətər, bağ, əzələ və oynaqların posttravmatik iltihabı, məsələn, əzilmə, çıxıq və ya dartılma nəticəsində. − Yumşaq toxumaların iltihabının lokalizəolunmuş formaları, məsələn, tendovaginitlər, bursitlər, “bazu-bilək” sindromu və periartropatiya. − Oynaqların degenerativ xəstəliklərinin lokalizəolunmuş formaları, məsələn, periferik oynaqların və onurğa sütünunun osteoartrozu

Əks göstərişlər:

  Preparatın aktiv komponentinə - diklofenaka və ya preparatın hər hansı digər kompo-nentinə qarşı hiperhəssaslıq; − asetilsalisil  turşusu və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) qəbulundan sonra  astmatik tutmalar, övrə və ya kəskin rinit yaranan xəstələrə diklofenak əks göstərişdir.  − hamiləliyin son trimestri;

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Nəslartırma potensialına malik qadınlar Nəslartırma yaşında olan qadınlarda preparatın istifadəsi üzrə tövsiyyələrin işlənib hazırlanması üçün məlumatlar yoxdur. Hamiləlik  Hamilə qadınlarda Diklak gelin istifadəsinə dair məlumatlar kifayət qədər olmadığı üçün hamiləlik zamanı onu istifadə etmək olmaz. Diklofenak hamiləliyin 3-cü trimestrində istifadəsi əks göstərişdir, çünki uşaqlıqda atoniyanın əmələ gəlməsi və/və ya Botal axacağın vaxtından əvvəl bağlanması mümkündür (“Əks göstərişlər” böl. bax). Hamilıləliyin 20 ci həftəsindən sonra QSİƏP (diklofenak daxil olmaqla) istifadəsi zamanı oliqohidarmnious ilə nəticələnən fetal böyrək çatışmazlığı riski müşahidə olunmuşdur.  Laktasiya  İnsanlarda xaricə istifadə zamanı diklofenakın ana südünə keçməsi məlum deyil, buna görə laktasiya dövründə Diklak gelin istifadəsi məsləhət görülmür. Laktasiya zamanı preparatın istifadəsinə xüsusi ehtiyac olduqda  onu süd vəzilərinin üzərinə, dərinin geniş sahələrinə sürtmək və uzun müddət istifadə etmək olmaz. Fertillik Diklofenakın yerli istifadə edilən formasının insanlarda fertilliyə təsiri barədə məlumatlar əldə olunmamışdır.

Diklak istifadə qaydası, dozası

 Dozası Əsas hədəf qrupu Diklak gel dəriyə gündə 3-4 dəfə sürtülür və yüngülcə yeridilir. Gelin lazım olan miqdarı bədən səthinin ağrılı sahəsinin ölçüsündən asılıdır. 400-800 sm2 sahəyə sürtmək üçün 2-4 q Diklak gel kifayət edir (albalı ölçüsündən qoz ölçüsünə qədər miqdarda). Müalicə müddəti göstərişlərdən və əldə olunan effektdən asılıdır. İki həftə sonra müalicəyə yenidən baxılmalıdır. Xüsusi qrup pasiyentlər Uşaqlar Diklak gelin uşaqlarda istifadəsinə dair tövsiyə edilən dozalar və göstərişlər müəyyən olunmayıb. Yaşlı xəstələr (65 yaş və yuxarı) Yaşlı pasiyentlərdə fərqli dozada istifadəyə ehtiyacın olmasına və daha cavan insanlara nisbətən fərqli əlavə təsirlərin meydana çıxmasına dair dəlil yoxdur. Böyrək funksiyasının pozulması olan pasiyentlər Bu qrup pasiyentlər üçün dozanın dəyişdirilməsinə ehtiyacın olmasına dair dəlil yoxdur. Qaraciyər funksiyasının pozulması olan pasiyentlər Bu qrup pasiyentlər üçün dozanın dəyişdirilməsinə ehtiyacın olmasına dair dəlil yoxdur. İstifadə qaydası Yalnız xaricə istifadə olunur. Geli yumşaq şəkildə dəriyə yeridirlər. İstifadəsindən sonra, absorbsiya xüsusiyyətlərinə malik olan kağız ilə ( nəm salfet olmamalıdır) qurulanmalıdır və sonradan, əgər müalicə sahəsi deyilsə, yuyulmalıdır. Absorbsiya xüsusiyyətlərinə malik salfet tullanmalıdır. Pasiyent duş qəbul etməzdən əvvəl diklofenak gelin qurumasını gözləməlidir. 

Prepared by  T-Soft E-Commerce.