Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DIKLOBLOK 75MG 3ML N10 AMP

Məhsul Kodu : 111-27603
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DİKLOBLOK, inyeksiya üçün məhlul

DİKLOBLOK tərkibi

Təsiredici maddə: 3 ml məhlulun tərkibində 75 mq natrium diklofenak vardır.

İstifadəsinə göstərişlər

Artrit (osteoartrit), oynaq ağrıları və deformasiyaları (revmatoidli artrit) ilə müşayiət oluna n ağrılı kəskinləşən revmatizm (ankilozlaşdırıcı spondilit), bel, boyun və döş qəfəsi oynaqlarının bərkiməsi ilə kəskin podaqra artritinin simptomlarının müalicəsi, əzələ və skelet sistemlərində kəskin ağrının, əməliyyatdan sonrakı ağrının müalicəsi üçün göstərişdir.

Əks göstərişlər

Diklofenak natrium metabisulfit (və ya digər sulfit) və ya DİKLOBLOK-un hər hansı bir digər komponentinə qarşı həssaslıq Koronar arteriya üzərində əməliyyat keçirilibsə (məsələn, ürək -damar cərrahiyyəsi, şuntla ma) əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra ağrıların müalicəsi Mədə və ya bağırsaq xoraları Mədə-bağırsaq traktında qanaxma və ya perforasiyalar Böyrək və ya qaraciyər çatışmazlıqları Ağır ürək çatışmazlıq ları, ürəyin işemik xəstəliyi, periferik arterial və serebrovaskulyar pozğunluqlar QSİƏP qəbuluna bağlı astma, angioödem, səpgi, kəskin rinit halları QSİƏP qəbuluna bağlı anamnezində mədə-bağırsaq qanaxması və ya perforasiyası Hamiləliyin son üç ayında

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər hamiləsinizsə və ya hamilə olduğunuzu düşünürsünüzsə, həkiminizə bu haqda məlumat verin. Ehtiyac olmadıqda, hamiləlik dövründə DİKLOBLOK-dan istifadə etməyin. Digər iltihabəleyhinə dərmanlar kimi, DİKLOBLOK hamiləliyin son üç ayında istifadə edilməməlidir, əks göstərişdir.

Çünki bu, doğulmamış körpəyə zərər verə bilər və ya hamiləlik zamanı problemlər yarada bilər. Hamiləliyin I və II trimestirində yalnız gözlənilən fayda potensial riskdən üstün olduğu halda verilə bilər. DİKLOBLOK hamilə qalmağı çətinləşdirə bilər. Əgər hamilə qalmağı planlaşdırırsınızsa və ya hamilə qalmaqla bağlı probleminiz varsa, ehtiyac olmadıqca DİKLOBLOK-dan istifadə etməməlisiniz.

Müalicə zamanı hamilə olduğunuzu hiss etsəniz, dərhal həkimə və ya əczaçıya müraciət edin. Laktasiya dövrü Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Siz körpənizi əmizdirirsinizsə, həkiminizə bu barədə məlumat verin. Əgər Siz DİKLOBLOK qəbul edirsinizsə, körpənizi əmizdirməməlisiniz, çünki bu, körpəniz üçün zərərli ola bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Diklofenak istifadə edən xəstələrdə görmə pozğunluğu, başgicəllənmə və ya yuxuya mey illik kimi əlavə təsirlər nadir hallarda baş verə bilər. Bu təsirləri hiss edirsinizsə, nəqliyyat vasitəsini və digər mexanizmləri idarə etməməlisiniz və diqqətinizi tələb edən digər fəaliyyətlərlə məşğul olmamalısınız. Əgər belə bir təsir hiss etsəniz, mümkün qədər tez həkiminizə bu haqda məlumat verin.

DİKLOBLOK istifadə qaydası və dozası

Böyüklər üçün Böyüklərə maksimal sutkalıq dozası olan 1 ampul gündə bir dəfə yeridilir, bəzi hallarda gündə iki ampul verilə bilər. Müalicə müddətinin 2 gündən artıq olmaması tövsiyə olunur. Lazım gələrsə, müalicə tərkibində diklofenak olan tablet və ya suppozitori ilə davam etdirilə bilər. Məhlul ampuladan şprisə yığılır və sarğı əzələsinə dərindən yeridilir.

Tövsiyə olunan dozanı aşmayın. Ağrınızı idarə edə biləcək ən aşağı dozadan istifadə etməyiniz və DIKLOBLOK-u lazım olduğundan daha uzun müddət qəbul etməməyiniz vacibdir. DİKLOBLOK qida və içki ilə istifadə olunmur. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi: DİKLOBLOK uşaqlara və yeniyetmələrə (18 yaşa qədər) təyin olunmamalıdır.

Yaşlılarda istifadəsi: Yaşlı xəstələr DİKLOBLOK-un təsirlərinə digər böyüklərə nisbətən daha həssas ola bilər. Buna görə də, yaşlılar həkimin göstərişlərinə əməl etməyə xüsusi diqqət yetirməli və simptomların aradan qaldırılması üçün tələb olunan ən minimal dozadan istifadə etməlidirlər. Böyrək çatışmazlığı: DİKLOBLOK böyrək çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. Böyrək çatışmazlığı olan xəstələrdə tədqiqatlar mövcud olmadığı üçün dozanın tənzimlənməsi üçün tövsiyələr vermək mümkün deyil.

Yüngül və ya orta dərəcədə böyrək çatışmazlığınız varsa, həkiminiz Sizi diklofenakı ehtiyatla qəbulu barədə xəbərdar edəcək. Qaraciyər çatışmazlığı: DİKLOBLOK qaraciyər çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. Qaraciyər çatışmazlığı olan xəstələrdə tədqiqatlar aparılmadığı üçün dozanın tənzimlənməsi üçün tövsiyələr vermək mümkün deyil. Yüngül və ya orta dərəcədə qaraciyər çatışmazlığınız varsa, hə kiminiz sizi diklofenakı ehtiyatla qəbulu barədə xəbərdar edəcək.

Prepared by  T-Soft E-Commerce.