Sevimlilərə əlavə edin
Paylaşın

Diklofenak 11.6 Mq 40 Qr Gel

Məhsul Kodu : 111-00627
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

DİKLOFENAK, xarici istifadə üçün gel

DİKLOFENAK tərkibi

DİKLOFENAK tərkibi, 1 q gelin tərkibində 10 mq diklofenak natriuma müvafiq (11,60 mq diklofenak dietilamin) vardır

Diklofenak, istifadəsinə göstərişlər

Onurğanın iltihabi və degenerativ xəstəlikləri (radikulit, osteoartroz, lyümbaqo, işiaz) zamanı kürəkdə ağrı; osteoartroz zamanı oynaqlarda ağrı (əl barmaqlarının, dizlərin və s. oynaqları); əzələlərdə ağrı (dartılma, gərginlik, çıxıq, travma nəticəsində); travma nəticəsində və revmatik xəstəliklər (tendovaginit, bursit, periartikulyar toxumaların zədələnməsi, bilək sindromu) zamanı yumşaq toxumaların və oynaqların iltihabı və ödemi.

Əks göstərişlər

Diklofenaka və ya preparatın digər komponentlərinə, asetilsalisil turşusuna və digər QSİƏP-ə qarşı yüksək həssaslıq. Burun və birinətrafı boşluqların polipozunu, angionevrotik ödemi və ya övrəni residivləşdirən tam və ya natamam bronxial astma və asetilsalisil turşusuna və digər QSİƏP-ə qarşı dözümsüzlük (o cümlədən, anamnezdə). Hamiləlik (III trimestr), laktasiya dövrü, 14 yaşa qədər uşaqlar. İstifadəsi nəzərdə tutulan nahiyədə dəri örtüyünün tamlığının pozulması.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin III trimestrində istifadəsi əks göstərişdir. Hamiləliyin I və II trimestrində istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduğu halda həkimlə məsləhətləşdikdən sonra mümkündür. Laktasiya dövründə istifadəsi əks göstərişdir.

İstifadə qaydası və dozası

Xaricə istifadə edilir. Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara gündə 3-4 dəfə iltihab ocağının üzərinə nazik qatla sürtülür və yüngülcə hopdurulur. Preparatın zəruri miqdarı ağrılı zonanın ölçüsündən asılıdır. Preparatın bir dəfəlik dozası: 2-4 q (bu, həcminə görə iri albalı ölçüsünə uyğundur). Preparatı sürtdükdən sonra əlləri yumaq vacibdir. Müalicənin müddəti göstərişlərdən və müalicəvi təsirindən asılıdır. Preparatı 2 həftə istifadə etdikdən sonra həkimlə məsləhətləşmək lazımdır. 14 yaş və yuxarı yeniyetmələrdə preparat ağrının aradan qaldırılması üçün 7 gündən çox vaxt tələb edildikdə və ya simptomlar ağırlaşdıqda, həkimə müraciət etmək məsləhət görülür.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00627

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce