Sevimlilərə əlavə edin
Paylaşın

Diklofenak 25 Mq 3 ml N5 Ampul

Məhsul Kodu : 111-00826
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

DİKLOFENAK, əzələdaxili yeridilmə üçün məhlul

DİKLOFENAK tərkibi

DİKLOFENAK tərkibi, 1 ml məhlulun tərkibində 25 mq diklofenak natrium vardır

Diklofenak, istifadəsinə göstərişlər

Mülayim intensivliyə malik müxtəlif genezli ağrıların qısamüddətli simptomatik müalicəsi. Dayaq-hərəkət aparatının iltihabi və degenerativ xəstəlikləri: revmatoid, psoriatik, yuvenil xroniki artrit, ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi); podaqralı artrit, yumşaq toxumaların revmatik zədələnməsi, periferik oynaqların və onurğanın osteoartrozu (o cümlədən, radikulyar sindromla); lümbaqo, işias, nevralgiya; alqodismenoreya, kiçik çanaq orqanlarının iltihabi prosesi, o cümlədən, adneksit; iltihabla müşayiət olunan posttravmatik ağrı sindromu; böyrək sancısı; əməliyyatdan sonrakı ağrı.

Əks göstərişlər

Hiperhəssaslıq (o cümlədən, digər QSİƏP-ə və köməkçi komponentlərə), mədə-bağırsaq traktının (MBT) kəskinləşmə fazasında eroziv-xoralı zədələnməsi, MBT-dən qanaxma, iltihabi bağırsaq xəstəlikləri, ağır qaraciyər və böyrək çatışmazlığı, hiperkaliemiya, asetilsalisil turşusu və ya QSİƏP-in qəbulu ilə bağlı bronxoobstruksiya, rinit, övrə, qanyaranma və hemostaz pozğunluqları, hamiləlik, 18 yaşa qədər uşaqlar, laktasiya dövrü, aortakoronar şuntlamadan sonrakı dövr, NYHA üzrə II-IV sinif xroniki ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, periferik arteriya və serebrovaskulyar xəstəliklər, nəzarətedilməyən arterial hipertenziya.

İstifadə qaydası və dozası

Əlavə təsirlərin riskini azaltmaq üçün preparat minimal effektiv dozada və qısa müddət ərzində istifadə olunmalıdır. Əzələdaxili inyeksiya yalnız sağrı nahiyəsinə və təlimata uyğun aparılmalıdır. Böyüklər üçün tək doza 75 mq-dır (1 ampul). Ehtiyac olduqda, 12 saatdan sonra təkrar yeridilə bilər. İkinci inyeksiya digər sağrı əzələsinə vurulmalıdır. Maksimal sutkalıq doza 150 mq-dır. İstifadə müddəti 2 gündən artıq olmamalıdır. Sonrakı müalicə oral və ya rektal formalarda davam etdirilməlidir. 1 ampul (75 mq) digər diklofenak formalı preparatlarla (tablet, suppozitoriya) birgə istifadə edilə bilər, lakin gündəlik maksimum 150 mq doza keçilməməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00826

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce