Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DIP RILIF 50/30MG 50GR GEL

Məhsul Kodu : 111-00023
Favorit

Satıldı

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DIP RILIF 50/30MG 50GR GEL

Tərkibi

Təsiredici maddələr:

1 q gelin tərkibində 50 mq ibuprofen, 30 mq levomentol (mentol) vardır.

Köməkçi maddələr:

Təmizlənmiş su, denaturasiya olunmuş etanol 96%, propilenqlikol, diizopropanolamin, karbomer.

İstifadəsinə Göstərişlər

Əzələ və oynaq ağrılarının, yüngül travmatik zədələnmələr zamanı ödemin yerli simptomatik müalicəsi: bağların dartılması, əzilmələr, idman travmaları. Revmatizm zamanı ağrı sindromunun kompleks müalicəsində istifadə olunur.

Əks Göstərişlər

İbuprofenə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, asetilsalisil turşusunun və ya digər QSİƏP-in qəbulu nəticəsində yaranan bronxial astma; ekssudativ dermatit, ekzema, infeksiyalaşmış dəri zədələnmələri, yanıqlar; hamiləlik, laktasiya dövrü, uşaq yaşları (18 yaşa qədər), dəri örtüklərinin tamlığının pozulması. Eyni dəri sahəsində digər yerli istifadə edilən dərman vasitələri ilə birlikdə istifadəsi əks göstərişdir.

Hamiləlik və Laktasiya Dövründə İstifadəsi

İbuprofenin hamiləlik dövründə istifadəsi kifayət qədər öyrənilməyib. Heyvanlar üzərində peroral istifadə ilə aparılan tədqiqatlar zamanı teratogen effektlər aşkar edilmədi. İbuprofenin kifayət qədər sistem konsentrasiyası əldə olunduqda hamilə qadınlarda arterial axının (Botalov axını) vaxtsız bağlanması, ananın və yenidoğulmuşların doğuşdansonrakı qanaxma riskinin yüksəlməsi, həmçinin ödemlərin yaranması müşahidə olunmuşdur.

Dip Rilf preparatının hamiləlik vaxtı istifadəsi əks göstərişdir. İbuprofen və onun metabolitləri ana südünə keçir. Dip Rilf preparatının ana südü ilə qidalandırma dövründə istifadəsi də əks göstərişdir.

İstifadə Qaydası və Dozası

Xaricə İstifadə

Böyüklərə və 15 yaşdan yuxarı uşaqlara. Az miqdarda geli (3-5 sm) ağrılı nahiyəyə nazik qatla çəkirlər və yüngülcə sürtürlər. Lazım olduğu təqdirdə, hər istifadə arasında 4 saatdan az olmayan intervalı gözləməklə, gündə 3 dəfəyə qədər təkrarlayırlar.

Vacib Qeyd:

Həkim məsləhəti olmadan preparatın istifadəsinin davametmə müddəti 10 gündən artıq olmamalıdır. Daha uzun müddətli istifadəyə ehtiyac yarandıqda həkimlə məsləhətləşmək lazımdır. Əgər əlləriniz müalicə obyekti deyildirsə, DİP RİLİF-in istifadəsindən sonra əllərinizi hər zaman yuyun.

Prepared by  T-Soft E-Commerce.