Sevimlilərə əlavə edin
Paylaşın

DOKSANOL 100MG N10 TB

Məhsul Kodu : 111-16527
İstehsalçı ölkə : Italiya
Reseptlə satılır
0 Şərh Şərh
6,14 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

DOKSANOL, 100 mq tabletlər

DOKSANOL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 115,4 mq doksisiklin hiklat (100 mq doksisiklin anhidrata ekvivalentdir) vardır.

İstifadəsinə göstərişlər

Tetrasiklinə həssas olan bakteriyaların törətdiyi infeksiyaların müalicəsi.

Əks göstərişlər

- doksisiklinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə (bax: “Tərkibi”) qarşı yüksək həssaslıq; - tetrasiklin qrupuna aid olan hər hansı antibakterial vasitəyə qarşı yüksək həssaslıq; - ezofaqal obstruktiv patologiyalar, o cümlədən spazm və yaxud axalaziya (qida borusu əzələlərinin spazmı nəticəsində yaranmış udma aktının çətinləşməsi və döş qəfəsi nahiyəsində ağrının yaranması). Bu dərman vasitəsinin hamilə qadınlara və yaxud 12 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə bax.).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamiləsinizsə və yaxud hamilə olduğunuza dair şübhəniz varsa və ya laktasiya dövründəsinizsə, bu zaman preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin. Doksanolun hamiləlik dövründə istifadəsi əks göstərişdir, çünki bu dərman vasitəsi plasentar baryeri keçərək dölə toksiki təsir göstərə bilər. Doksanol kimi tetrasiklin sırası antibakterial vasitələr ana südünə nifuz edir. Bu səbəbdən Doksanolun laktasiya dövründə istifadəsi qadağandır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Doksanol ilə müalicə zamanı bulanıq görmə kimi görmə pozuntuları baş verə bilər. Belə hallarda nəqliyyat vasitəsi və potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

DOKSANOL istifadə qaydası və dozası

Hər doza bir stəkan su ilə və yemək zamanı, qida borusunun qıcıqlanmasının qarşısını almaqla, qəbul edilməlidir (bax.bölmə “Doksanolun qida, içki və spirtli içkilərə birgə qəbul edilməsi”). Dərman vasitəsini uzanmazdan əvvəl şaquli vəziyyətdə qəbul edin. Bu dərman vasitəsini həmişə yalnız həkiminizin və yaxud əczaçının təyinatına uyğun şəkildə qəbul edin. Əgər hər hansı əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müracət edin.

12 yaşdan yuxarı uşaqlar və böyüklər müalicənin ilk günündə birdəfəlik dozada iki tablet qəbul edilir və sonra müalicə gündə bir tabletin qəbulu ilə davam etdirilir. 8-12 yaşlı uşaqlarda məcburi hallarda, digər dərmanlar effektiv olmadıqda və ya əks göstəriş olduqda, kəskin infeksiyaların müalicəsində istifadə edilə bilər. Bədən çəkisi 45 kq-dan az olan uşaqlarda: ilkin doza 4,4 mq/kq (1 və ya 2 dəfəyə), dəstəkləyici doza 2,2 mq/kq (1 və ya 2 dəfəyə). Bədən çəkisi 45 kq-dan artıq olan uşaqlarda böyüklər üçün nəzərədə tutulan doza istifadə edilir.

Həkiminiz infeksion prosesin ağırlıq dərəcəsindən asılı olaraq preparatı müxtəlif dozada təyin edə bilər. Bütün A qrupu beta-hemolitik streptokokk infeksiyaları zamanı müalicə ən azı on gün müddətində davam etdirilməlidir. Maksimal dərəcədə terapevtik təhlükəsizlik əldə etmək üçün antibioqramın (təyin edilən antibiotikə mikrobların həssaslığının, Doksanolun təsirinə həssas olmasının müəyyənləşdirilməsi) təyini məqsədə uyğundur. Doksanolun qida, içki və spirtli içkilər ilə birgə qəbul edilməsi Doksanolun spirtli içkilər, və yaxud qida və içkilər ilə eyni zamanda qəbul edilməsi məsləhət görülmür, çünki bu kimi məhsullar dərman vasitəsinin sorulmasına təsir göstərə bilər.

Əgər Doksanol-u qəbul etmək yadınızdan çıxmışdırsa Unudulmuş dozanı kompensə etmək üçün ikiqat doza qəbul etməyin. Bu dərman vasitəsinin qəbul qaydası ilə bağlı hər hansı bir sual yaranarsa, həkiminizə və yaxud əczaçıya müraciət edin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-16527

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce