Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Donemet 25 mq N20 tablet

Məhsul Kodu : 111-20911
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DONEMET, 25 mq örtüklü tabletlər.

Donemet tərkibi 

Təsiredici maddə:1 tabletin tərkibində 25 mq deksketoprofenə ekvivalent (36,90 mq) deksketoprofen trometamol vardır. Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza (Avicel PH101), mikrokristallik sellüloza (Avicel PH102), maqnezium stearat, kolloidal silisium dioksid, polietilenqlikol, talk, qliseril distearat, polivinil spirti, natrium nişasta qlikolyatı, titan dioksid.

İstifadəsinə göstərişlər:

 Preparat dayaq-hərəkət aparatının ağrılarında, ağrılı mensturasiya dövründə (dismenoreya), diş ağrılarının simptomatik müalicəsində istifadə olunur.

Əks göstərişlər:
 ● Deksketoprofen trometamola və ya DONEMET dərman vasitəsinin tərkibinə daxil olan digər komponenetlərə qarşı allergiya (yüksək həssaslıq),

 ● Asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı allergiya,

 ● Astmanız varsa və ya keçmişdə asetilsalisil turşusunun və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların qəbulundan sonra astma tutmaları, kəskin allergik rinit (allergiya nəticəsində burunun selikli qişasının qısamüddətli iltihabı), burunda polip (allergiya ilə bağlı burundaxili şişkinlik), övrə (dəri səpgiləri), angionevrotik ödem (üzdə, gözlərdə boğazda, dodaqlarda və dildə şişmə, təngnəfəslik) və ya sinədə xırıltıların əmələ gəlməsi,

● Mədə xorası, mədə-bağırsaq qanaxmaları və ya həzm sisteminin xroniki pozğunluğu (qıcqırma, həzm pozğunluğu) varsa,

● Keçmişdə və ya hazırda ağrıkəsici kimi istifadə olunan qeyri-steroid iltihabəleyhinə preparatların istifadəsi ilə əlaqadar mədə-bağırsaq qanaxmaları və ya mədənin perforasiyası (deşilməsi) baş veribsə,

● Bağırsaqların iltihab mənşəli xroniki xəstəlikləri (Kron xəstəliyi və ya qeyri-spesefik xoralı kolit) ● Ciddi ürək çatışmazlığı, böyrək funksiyasının orta və ağır pozğunluğu və ya qaraciyərin ciddi funksional pozğunluğu varsa,

● Qanaxmalara yüksək meyillilik, hemorragik diatez və qanın laxtalanmasının pozğunluğu varsa, ● Hamiləlik və laktasiya dövründə

● Kəskin dehidrotasiya olan vəziyyətlərdə (qusma, diareya)

● Ketoprofen və ya fibrat istifadəsi zamanı fotoallergik və ya fototoksik reaksiyalar müşahidə olunmuşdursa (günəşə məruz qalan dəri hissələrində qızartılar və ya qabarma şəklində əlamətlər) Yuxarda qeyd olunan hallarda DONEMET preparatını istifadə etməyin.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik (C kateqoriyası) Preparatıın istifadəsindən əvvəl bu barədə həkimə və ya əczaçıya məlumat verin Əgər hamilə olduğunuzdan şübhələnirsinizsə, yaxud olmağı planlaşdırırsınızsa bu barədə həkiminizə məlumat verin. Hamiləliyin üçüncü üç aylıq dönəmində DONEMET-i qəbul etmək olmaz. Hamiləliyin birinci və ikinci üç aylıq dönəmində DONEMET preparatı yalnız kəskin ehtiyac halında istifadə oluna bilər. Müalicə ərəfəsində hamilə olduğunuzu bilsəniz dərhal bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Laktasiya dövrü Laktasiya dövründə preparatı qəbul etmək olmaz.

Donemet istifadə qaydası, dozası 

Tabletləri lazımı miqdarda su ilə qəbul edin. Kəskin ağrıları tez bir zamanda aradan qaldırmaq üçün tabletləri acqarına və yeməkdən 30 dəqiqə əvvəl qəbul edin. DONEMET preparatını hər zaman həkiminizin təyin etdiyi qaydaya uyğun qəbul edin. Əlavə suallar yarandıqda həkiminizdən soruşun. Preparatın dozası ağrının tipinə, şiddətinə və davamlığına uyğun olaraq təyin edilir. Həkiminiz Sizə preparatı gündəlik neçə tablet və hansı müddətə qəbul etməyinizi bildirəcək. Ümumilikdə tövsiyə olunan doza gündə 3 dəfə, hər 8 saatdan bir 1 tablet (25 mq) təşkil edir. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi 18 yaşından kiçik uşaqların istifadəsi tövsiyə olunmur. Yaşlı insanlarda istifadəsi Yaşlı insanlarda müalicəyə gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə başlanmalıdır. Xüsusi xəstəliklər zamanı istifadəsi Böyrək/qaraciyər çatışmazlığı Böyrək və qaraciyər çatışmazlığı olan xəstələr müalicəyə gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə başlamalıdır. Qida və içki ilə yanaşı qəbulu Tabletlər lazımı miqdarda su ilə qəbul edilməlidir. Tabletlərin yeməklə birlikdə qəbulu mədə və bağırsaqda əmələ gələ biləcək əlavə təsirlərin qarşısını almağa kömək edir. Bununla belə kəskin ağrılar zamanı tabletlər acqarına qəbul edilməlidir. Tabletlərin yeməkdən 30 dəqiqə əvvəl qəbulu preparatın tez təsir göstərməsinə səbəb olur. DONEMET-i qəbul etməyi unutmusunuzsa Çalışın dərman vasitəsini tövsiyə olunduğu kimi qəbul edəsiniz. Əgər siz dərman vasitəsinin bir dozasını qəbul etməyi unutmusunuzsa, həmin dozanı qəbul etməyin və adi qaydada qəbulu davam etdirin. Unudulmuş dozanın bərpası üçün ikiqat doza qəbul etməyin. Əgər DONEMET preparatının təsirinin çox güclü və ya zəyif olduğunu müşahidə etsəniz bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Prepared by  T-Soft E-Commerce.