Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 15 mq meloksikam vardır.
Aşağıdakı hallarda əks göstərişdir:
Hamiləlik;
Uşaqlar və 18 yaşdan aşağı yeniyetmələr;
Meloksikama və ya tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq, digər QSİƏP-lərə,
o cümlədən aspirinə qarşı yüksək həssaslıq. Aspirin və digər QSİƏP-lərin təyinindən sonra astma,
burunda polip, angionevrotik ödem və ya övrə əlamətləri meydana çıxmış xəstələrə meloksikam
verilməməlidir;
Anamnezində QSİƏP-lərlə müalicə ilə bağlı mədə-bağırsaq qanaxması və perforasiyası olanlar;
Peptik yaralar/aktiv qanaxma və ya anamnezdə qanaxmanın təkrarlanması (yara və qanaxmanın
iki və daha çox aydın əlaməti varsa);
Ağır qaraciyər çatışmazlığı;
Ağır böyrək çatışmazlığı;
Mədə-bağırsaq qanaxması, anamnezində serebrovaskulyar və ya digər qanaxmaların mövcudluğu;
Ağır ürək çatışmazlığında, həmçinin, ürəyin şuntlama əməliyyatı dövründə ağrıların müalicəsi
üçün istifadəsi əks göstərişdir.
Hamiləlik
Hamilələrdə istifadəsinə görə C kateqoriyasına aiddir. Prostaqlandin sintezinin inhibisiyası
hamiləliyə və ya embrionun/rüşeymin inkişafına mənfi təsir göstərə bilər. Epidemioloji
tədqiqatlara əsasən, prostaqlandin sintezinin inhibitorları erkən hamiləlik dövründə qəbul etdikdə
uşaqsalma, ürək qüsurlarının və qastroşizis (qarın divarının qüsuru) yaranması riski artır. Ürək
damar sisteminin qüsurlarının yaranma riski 1-1,5% yüksəlmişdir. Belə güman edilir ki, risk doza
və müalicə müddətinin artmasından asılı olaraq artır. Hamiləliyin birinci və ikinci trimestrində
Meloksikam çox vacib olmadıqda təyin edilməməlidir. Əgər meloksikam hamilə qalmağa çalışan
qadın tərəfindən və ya hamiləliyin birinci və ikinci trimestrində istifadə edilirsə, doza və müalicə
müddəti mümkün qədər aşağı olmalıdır. Hamiləliyin üçüncü trimestrində prostaqlandin sintezinin
inhibitorlarının təyini rüşeymə aşağıdakı təsirləri göstərə bilər:
− kardiopulmonar (ürək-ağciyər) toksikliyi (ductus arteriosus-un vaxtından əvvəl bağlanması və
ağciyər hipertoniyası).
− böyrək disfunksiyası, oliqohidroamniozla müşahidə olunan böyrək çatışmazlığına qədər inkişaf
edə bilər.
Hamiləliyin sonunda ana və yenidoğulmuş körpəyə təsiri:
− qanaxma müddətinin uzanması və hətta ən kiçik dozalarda da antiaqreqant effektin baş verməsi.
− uşaqlığın doğuş vaxtının gecikməsi və uzanması ilə nəticələnən yığılma tezliyinin blokadası.
Bu səbəblərdən Meloksikam hamiləliyin üçüncü trimestrində əks göstərişdir.
Laktasiya
QSİƏP-lərin ana südünə keçdiyi məlumdur. Bu səbəbdən laktasiya dövründə istifadəsi məsləhət
görülmür.
18 yaşdan kiçik şəxslərdə təhlükəsizliyi və effektivliyi haqqında kifayət qədər məlumat yoxdur.
Tövsiyə edilən doza – sutkada 1 (bir) tabletdir. Drumlin qida qəbulu ilə eyni zamanda, üstündən
su və ya başqa maye qəbul etməklə qəbul edilməlidir. Müalicə müddəti: həkim məsləhəti olmadan
7 gündən çox qəbul etmək olmaz.