Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

E-LEVO 500MG N7 TB

Məhsul Kodu : 111-23413
Reseptlə satılır
11,38 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

E-LEVO, 500 mq örtüklü tabletlər

E-LEVO tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasin 500 mq (512,46 levofloksasin hemihidrata ekvivalent) vardır.

İstifadəsinə göstərişlər

E-LEVO levofloksasinə-həssas mikroorqanizmlərin böyüklərdə törətdiyi aşağıdakı infeksiyaların müalicəsində göstərişdir: Kəskin sinusit Streptococcus pneumoniae, Haemophilus influenzae və ya Moraxella catarrhalis törətdiyi infeksiyalar. Xroniki bronxitin kəskin şiddətlənməsi Staphylococcus aureus, Streptococcus pneumoniae, Haemophilus influenzae, Haemophilus parainfluenzae və ya Moraxella catarrhalis törətdiyi infeksiyalar Xəstəxanaxaric pnevmoniya Staphylococcus aureus, Streptococcus pneumoniae (MİK göstəricisi ≥ 2 µq/ml olan penicillin rezistent ştammlar daxil olmaqla), Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella pneumoniae, Moraxella catarrhalis, Chlamydia pneumoniae, Legionella pneumophila ve ya Mycoplasma pneumonia törətdiyi infeksiyalar Sidikçıxarıcı sistemin ağırlaşmış infeksiyaları, o cümlədən pielonefrit Escherichia coli törətdiyi kəskin pielonefrit; Enterococcus faecalis, Enterobacter cloacae, Escherichia coli, Klebsiella pneumoniae, Proteus mirabilis və ya Pseudomonas aeruginosa törətdiyi infeksiyalar. Prostatit Escherichia coli, Enterococcus faecalis və ya Stapylococcus epidermidis’ törətdiyi infeksiyalar. Dəri və dərialtı toxuma xəstəlikləri Metisillinə həssas Staphylococcus aureus, Enterococcus faecalis, Streptococcus pyogenes və ya Proteus mirabilis törətdiyi dəri və dər i artımlarının infeksiyaları, dəri və dəri artımlarının ağırlaşmamış infeksiyaları, məs., absess, sellülit, furunkul, impetiqo, piodermiya, Staphylococcus aureus or Streptococcus pyogenes törətdiyi yara infeksiyaları.

İnhalyasion qarayara Bacillus antracis ilə infeksiyalaşmış hava ilə təmasdan sonra profilaktik və kurativ müalicə. Antibakterial vasitələrin uyğun şəkildə istifadəsi üçün milli rəsmi təlimatlar və patogenlərin yerli həssaslığı nəzərə alınmalıdır.

Əks göstərişlər

E-levo (levofloksasin) aşağıdakı hallarda istifadə olunmamalıdır: • levofloksasinə və ya E-levo örtüklü tabletin köməkçi maddələrindən hər-hansı birinə qarşı və ya flüorxinolon qrupundan olan digər antibakterial dərman vasitələrinə qarşı məlum hiperhəssaslığı olan pasiyentlərdə • epilepsiyalı pasiyentlərdə • anamnezində flüorxinolon istifadəsi ilə əlaqədar vətər pozğunluğu olan pasiyentlərdə • uşaqlarda və böyüyən yeniyetmələrdə • hamiləlik dövründə • südverən qadınlarda Onun istifadəsi uşaqlarda, böyüyən yeniyetmələrdə, hamiləlik dövründə və ana südü ilə qidalandırma zamanı əks göstərişdir. Belə ki, heyvanlar üzərində aparılan tədqiqatlara əsasən böyüyən orqanizmin qığırdaq toxumasının inkişafına zərərli təsir riski istisna olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

E-levo başhərlənmə/vertiqo, görmə pozğunluğu, yuxululuq kimi bəzi əlavə təsirlərə səbəb ola bilər ki, bu isə pasiyentin diqqət və reaksiyasını poza bilər. Avtomobil idarəetmə və mexanizmlərlə işləmə zamanı bu qabiliyyətlər xüsusi əhəmiyyətli olduğu üçün, bu əlavə təsirlər təhlükə yarada bilər. E-levoın istifadəsi zamanı belə əlavə təsirləri müşahidə olunan pasiyentlərə avtomobil idarə etmək və mexanizmlərlə işləmək olmaz.

E-LEVO istifadə qaydası və dozası

E-levo örtüklü tabletlər gündə bir və ya iki dəfə təyin olunur. Dozalanma infeksiyanın tipindən və ciddiliyindən və ehtimal olunan törətdicinin həssaslığından asılıdır. Dozalanması E-levoın aşağıda qeyd olunan dozaları böyüklərdə istifadəsi üçün tövsiyə olunmuşdur: Böyrək funksiyası normal olan (kreatinin klirensi > 50ml/dəq) pasiyentlərdə dozalanma Göstərişlər Gündəlik dozalanma rejimi (ağırlıqdan asılı olaraq) Müalicə müddəti (ağırlıqdan asılı olaraq) Kəskin sinusit** Birdəfəlik doza gündə 500 mq 10-14 gün Xroniki bronxitin kəskin şiddətlənməsi Birdəfəlik doza gündə 250-500 mq 7-10 gün Xəstəxanaxaric pnevmoniya Birdəfəlik doza və ya gündə 2 dəfə 500 mq 7-14 gün Sidikçıxarıcı sistemin ağırlaşmış infeksiyaları, o cümlədən pielonefrit Birdəfəlik doza gündə 250 mq* 7-10 gün Dəri və yumşaq toxuma infeksiyaları Birdəfəlik doza 250 mq və ya birdəfəlik doza və ya gündə 2 dəfə 500 mq 7-14 gün Xronik bacterial prostatit Birdəfəlik doza gündə 500 mq 28 gün İnhalyasion qarayara Birdəfəlik doza gündə 500 mq 8 həftə *Ağır infeksiya zamanı dozanın artırılması nəzərdən keçirilməlidir. **Yalnız daxilə istifadə üçün.

İstifadə qaydası E-levo bütöv şəkildə xırdalamadan və kifayət miqdarda maye ilə udmaq lazımdır. Örtüklü tabletləri yemək zamanı və ya yeməklərarası müddətdə qəbul etmək olar. E-levo maqnezium- və ya alüminium- və ya dəmir- və ya sink-tərkibli dərman vasitələrinin və ya sukralfatın istifadəsindən ən azı iki saat əvvəl və ya sonra qəbul edilməlidir, belə ki, absorbsiyanın zəifləməsi baş verə bilər. İstifadə tezliyi və müddəti Müalicə müddəti xəstəliyin kursundan asılıdır.

Bütün digər antibiotiklərdə olduğu kimi E-levo ilə müalicə temperatur düşdükdən sonra və bakterial eradikasiya baş verdikdən sonra ən azı 48 -72 saat davam etdirilməlidir. Xüsusi qrup xəstələrə dair əlavə məlumat böyrək çatışmazlığı Aşağıdakı cədvəldə qeyd olunduğu qaydada istifadə olunmalıdır. Kreatinin klirensi ≤ 50 ml/dəq olan pasiyentlərdə dozalanma (İnfeksiyanın ağırlığından asılı olaraq) 250 mq/24 saat 500 mq/24 saat 500 mq/12 saat Kreatinin klirensi birinci doza 250mq birinci doza 500 mq birinci doza 500 mq 50-20 ml/dəq sonra: 125 mq/24 saat sonra: 250 mq/24 saat sonra: 250 mq/12 saat 19-10 ml/dəq sonra: 125 mq/48 saat sonra: 125 mq/24 saat sonra: 125 mq/12 saat <10 ml/dəq sonra: 125 mq/48 saat sonra: 125 mq/24 saat sonra: 125 mq/24 saat (hemodializli və ya davamlı ambulatory peritoneal dializli) * *Hemodializ və ya davamlı ambulatory peritoneal dializdən sonra əlavə doza tələb olunmur. Qaraciyər çatışmazlığı Levofloksasin çox az miqdarda qaraciyərdə metabolizə olunur və əsasən böyrəklərlə xaric olunur.

Bu səbəbdən, qaraciyər çatışmazlığı zamanı dozanın korreksiya edilməsi tələb olunmur. Pediatrik populyasiya E-levo uşaqlarda və böyüyən yeniyetmələrdə əks göstərişdir. Heriatrik populyasiya Əgər böyrəklərin funksiyası kifayət qədərdirsə, yaşlı pasiyentlərdə dozanın korreksiya edilməsi tələb olunmur.

Prepared by  T-Soft E-Commerce.