Sevimlilərə əlavə edin
Paylaşın

Efilen 25MG 2 ml N10 Amp

Məhsul Kodu : 111-25466
İstehsalçı ölkə : Ruminiya
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

EFİLEN, inyeksiyavə ya infuziya məhlulu hazırlamaq üçün konsentrat

İstifadəsinə göstərişlər

Oral tabletlərin istifadəsi göstəriş olmadığı halda orta, kəskin ağrı simptomlarının müalicəsi (əməiyyatdan sonrakı ağrı, böyrək ağrısı, bel ağrısı kimi).

Əks göstərişlər

- Deksketoprofenə və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP), həmçinin preparatın tərkibinə daxil olan köməkçi maddələrə qarşı yüksək həssaslıq - mədə-bağırsaq traktının kəskin (o cümlədən şübhələnmə) və xroniki xəstəlikləri (o cümlədən anamnezdə): Kron xəstəliyi, xoralı kolit, mədə və 12-barmaq bağırsaq xorası xəstəliyi, xroniki dispepsiya; - qanaxmalar (o cümlədən mədə-bağırsaq) və qanaxmaya meyllilik; - antikoaqulyantlarla birgə qəbulu; - bronxial astma (o cümlədən anamnezdə); - xroniki ürək çatışmazlığı dekompensasiya mərhələsində; - kəskin rinit, bronxial astmanın, burun və burunətrafı boşluqların residivləşmiş polipozu ilə asetilsalisil turşusunun və ya digər QSİƏP-lərə yüksək həssaslıq (o cümlədən anamnezdə), angioödem, bronxospazm; - aortokoronar şuntlamadan sonrakı dövr; - ağır böyrək çatışmazlığı (kreatinin klirensi (KK) 30 ml/dəq-dən az); - böyrəklərin inkişaf edən xəstəlikləri; - ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu şkalasına görə 10-15 bal) və ya qaraciyərin aktiv xəstəliyi; - hiperkaliemiya; - bağırsağın iltihabi xəstəlikləri; - hamiləlik, laktasiya dövrü; - 18 yaşa qədər dövr (effektivlik və təhlükəsizlik müəyyən edilməmişdir); Preparatın tərkibində etanol olduğuna görə, onun nevraksial (epidural və ya qişaaltı, qişadaxili) yeridilməsi qadağandır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatdan istifadə qadağandır. Deksketoprofenin ana südünə nüfuz etməsi barədə məlumat yoxdur. Laktasiya dövründə preparatın qəbulu əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrinin idarə olunması və mexanizmlərlə iş zamanı ehtiyatlı olmaq lazımdır (süstlüyün və başgicəllənmənin inkişaf riskləri).

EFİLEN istifadə qaydası və dozası

Efilen əzələ daxili və vena daxili istifadə üçün nəzərdə tutulub. Böyüklər üçün tövsiyə olunan doza: hər 8-12 saatdan bir 50 mq. Zərurət yaranarsa preparatın 6 saatlıq intervalla təkrar vurulması mümkündür. Maksimal sutkalıq doza 150 mq təşkil edir.

Qaraciyər və ya böyrək funksiyalarının pozulmasından əziyyət çəkən yaşlı xəstələrdə efilen preparatı ilə terapiyanı daha kiçik dozalardan başlamaq lazımdır. Sutkalıq doza 50 mq təşkil edir. Efilen kəskin ağrı sindromu zamanı qısamüddətli (2 gündən çox olmayaraq) istifadə üçün nəzərdə tutulub. Gələcəkdə xəstənin daxilə qəbul olunan analgetiklərə keçirilməsi mümkündür.

Əzələdaxili istifadə Bir ampul (2 ml) əzələ daxilinə dərinə yavaş-yavaş yeridilir. Venadaxili istifadə Zərurət yaranarsa, bir ampul (2 ml) ən azı 15 saniyə davam edən venadaxili inyeksiya şəklində istifadə edilməlidir. Venadaxili infuziya Bir ampul (2 ml) 30-100 ml 0,9%-li natrium xlorid məhlulunda, dekstroza (qlükoza) məhlulunda və ya Ringer (laktat) məhlulunda həll edilməlidir. Məhlul aseptik şəraitdə hazırlanmalı və həmişə gün işığından qorunmalıdır.

Hazır məhlul (şəffaf olmalıdır) 10-30 dəqiqə ərzində davam edən venadaxili infuziya şəklində istifadə edilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25466

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce