Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 200mq eritromisin vardır.
- Aşağı və yuxarı tənəffüs yollarının infeksiyaları, məsələn Mycoplasma pneumoniae, Chlamydia pneumoniae ilə törədilmiş. - Göyöskürək (Bordetella pertussis) – xəstə ilə bilavasitə kontaktda olan şəxslərin müalicə və profilaktikası. - Ureaplasma urealyticum və Chlamydia trachomatis ilə törədilmiş qeyri-spesifik uretrit. - Həzm traktının Campylobacter jejunii, Campylobakter coli ilə törədilmiş infeksiyaları.
- Eritrazma (Corynebacterium minutissimum). - Haemophilus ducreyi ilə törədilmiş yumşaq şankr. - Entamoeba histolytica ilə törədilmiş bağırsaq infeksiyaları, bağırsaqdankənar infeksiyalar zamanı eritromisin digər preparatlarla birlikdə təyin olunmalıdır. - Orta və xarici qulağın otiti.
- Qinqivit, Vensan anginası. - Blefarit. - Dəri və yümşaq toxumaların infeksiyaları (məsələn, penisillinə qarşı davamlı stafilokokklarla törədilmiş infeksiyalar və ya penisillinlərə qarşı allergiya hallarında). - Pustulyoz akne (Propionibacterium acnes).
Streptokokk faringiti zamanı penisillinə qarşı yüksək həssaslıq hallarında, skarlatina (Streptococcus pyogenes – eritrogen ştamları), Streptococcus pneumoniae törədilmiş infeksiyalar, difteriya (Corynebacterium diphtheriae), erizipeloid (Erysipelothrix rusiopathiae), qonoreya (Neisseria gonorrhoese) və erkən sifilis (Treponema pallidum) zamanı, stomatoloji müdaxilələr zamanı xəstələrdə endokarditin profilaktikası üçün eritromisin alternativ antibiotik hesab edilir. Köməkçi vasitə kimi xora xəstəliyinin müalicəsində istifadə edilə bilər (Helicobacter pylori ilə törədilmiş şiddətlənmələrin profilaktikası).
Eritromisinə və ya digər makrolid antibiotiklərə və ya preparatın tərkibindəki maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Eritromisin simvastatin, tolterodin, mizolastin, amisulprid, astemizol, terfenadin, domperidon, sizaprid və ya pimozid, həmçinin erqotamin və ya dihidroerqotamin qəbul edən xəstələtə əks göstərişdir.
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. Hamilə qadınlara preparat yaınız xüsusi hallarda təyin edilə bilər. Eritromisin ana südü ilə xaric olunur, buna görə laktasiya zamanı qadınlar ehtiyatlı olmalıdır.
Məlumat yoxdur.
Eritromisin həkimin tövsiyələrinə müvafiq olaraq qəbul olunmalıdır. Əgər əmin deyilsinizsə, həkimlə məsləhətşəşin. Preparat acqarına və ya qida ilə birlikdə istifadə edilir. Tabletlər soyudulmuş qaynadılmış su ilə udulmalıdır.
Böyüklər və 8 yaşdan yuxarı uşaqlar Adətən sutkada 1-2q istifadə edilir, bu doza bir neçə qəbul üçün bölünür. Ağır infeksiyalar zamanı dozanı bir neçə qəbul üçün bölünmüş sutkada 4 q qədər artırmaq mümkündür. 8 yaşa qədər uşaqlar Sutkada bölünmüş dozalarda orta hesabla 30-50mq/kq hər 12 və ya 6 saatdan bir istifadə edilir. Ağır hallarda doza iki dəfə artırılıb, hər 6 saatdan bir təyin edilir.
Tablet şəklində Eritromisin preparatı hər yaşda olan uşaqlarda istifadə edilə bilər, əgər uşaqlar tableti uda bilərsə. Əgər xəstə preparatı istifadə etdiyi zaman onun təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edərsə, o, həkimə müraciət etməlidir. Yaşlı xəstələr Yaşlı xəstələr üçün dozaya düzəliş tələb edilmir. Bu yaş qrupunda qaraciyərin və ya öd yollarının funksiyasının etimalı pozulmasının əmələ gəlməsini nəzərə alaraq ehtiyatlı olmaq tövsiyə edilir.
Müalicənin davametmə müddəti Müalicənin davametmə müddəti infeksiyanın ağırlığı və növündən asılı deyil. Simptomların ləğv olunmasından sonra eritromisini ən azı daha 2-3 gün də istifadə etmək lazımdır. A qrup streptokokklarla törədilmiş infeksiyalar zamanı müalicə minimum 10gün ərzində davam etməlidir. Tablet şəklində eritromisinin qəbulu çətin və ya mümkün olmadığı hallarda həkim təyin edilmiş dozanın saxlanması ilə preparatı daxilə qəbul edilən suspenziyanın hazırlanması üçün qranul şəklində qəbulunu tövsiyə edir.
Ağır hallarda və ya həyat üçün təhlükəli olan hallarda eritromisinin parenteral qəbulu tövsiyə edilir. Eritromisin preparatının istifadəsini unutduqda Əgər preparat təyin edilmiş vaxtda qəbul edilməyibsə, onu mümkün qədər tez bir vaxtda qəbul etmək (əgər preparatın növbəti qəbuluna kifayət qədər çox vaxt qalıbsa) və ya preparatın müntəzəm qəbulunu davam etmək lazımdır. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz.