Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Etodin fort 400 mq N7 tb

Məhsul Kodu : 111-20161
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ETODİN® FORT, örtüklü tabletlər

Etodin Fort tərkibi

 Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq etodolak vardır. Köməkçi maddələr: susuz laktoza, mikrokristallik sellüloza PH 200, natrium kroskarmelloza (Ac-di-sol), susuz kolloidal silisium (Aerosil 200), maqnezium stearat, povidon (PVP K30, polivinilpirrolidon). Örtük: çəhrayı opadry II (85F240035) (qismən hidrolizə olunmuş polivinil spirti (E1203), titan dioksid (E171), makroqol/PEQ (E1521), talk (E553b), qırmızı dəmir oksidi (E172)).

İstifadəsinə göstərişlər:

 Etodin® FORT örtüklü tabletlər aşağıdakı hallarda istifadə olunur: - osteoartrit, revmatoid artrit.

Əks göstərişlər:

 - Etodin® FORT etodolaka və ya tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslığı olan xəstələrə əks göstərişdir. - Uşaqlar. - Aktiv və ya əvvəllər mövcud olmuş mədə yarası/qanaxması (yaranın və ya qanaxmanın iki və daha çox sübut edilmiş aydın əlaməti). - İbuprofen, aspirin və ya digər QSİƏP-lərə qarşı yüksək həssaslıq reaksiyaları (astma, rinit, angionevrotik ödem və övrə) olan xəstələrə QSİƏP-lər əks göstərişdir. - Anamnezində QSİƏP-lərlə müalicə ilə əlaqədar mədə-bağırsaq qanaxması və perforasiyası (deşilməsi) olan xəstələrə əks göstərişdir. - Etodin® FORT ciddi ürək, qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. - Hamiləliyin sonuncu trimestrində istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik İnsanlarda QSİƏP-lərin təyini ilə bağlı anadangəlmə qüsurlar qeydə alınmışdır, lakin, bunların baş vermə tezliyi çox aşağıdır və nəzərəçarpacaq dərəcədə deyil. QSİƏP-lərin ürək-damar sisteminə təsiri (arterial axacağın-ductus arteriosusun qapanması riski) məlum olduğu üçün hamiləliyin son trimestrində istifadəsi əks göstərişdir. QSİƏP qəbulu doğuşun gecikməsinə səbəb ola bilər və doğuş prosesində həm ana, həm uşaq tərəfindən qanaxma riskini yüksəldə bilər. QSİƏP-lərin xəstə hamilələr üçün potensial faydası döl üçün yaratdığı riskdən daha yüksək olmadığı halda hamiləliyin ilk iki trimestrində və doğuş zamanı istifadə olunmamalıdır. Laktasiya Məhdud sayda tədqiqatların nəticələrinə əsasən QSİƏP-lər çox aşağı konsentrasiyalarda ana südündə tapılır. Etodolakın laktasiya zamanı təhlükəsizliyi öyrənilməmişdir. Etodin® FORT qəbulu zamanı ananın körpəni ana südü ilə qidalandırmasından qaçmaq lazımdır.

Etodin Fort istifadə qaydası, dozası

 Peroral qəbul üçündür. Qida ilə və ya yeməkdən sonra qəbulu tövsiyə olunur. Simptomlara nəzarət üçün ən qısa müddət ərzində tələb olunan ən aşağı effektiv doza istifadə etməklə, arzuоlunmaz təsirləri minimuma endirmək mümkündür. Osteoartrit və revmatoid artrit Osteoartrit və revmatoid artritin əlamət və simptomlarının müalicəsində Etodin® FORT-un tövsiyyə olunan dozası: 400 mq/gün 2 dəfəyə bölünmüş eyni dozada və ya bir dəfəyə qəbul edilir. Xüsusi qrup xəstələr Pediatrik xəstələr Etodin® FORT-un uşaqlarda istifadəsi məsləhət görülmür. Yaşlı xəstələr Yaşlı xəstələrdə ilkin doza korreksiyasına ehtiyac yoxdur. Yaşlı xəstələrdə əlavə təsir nəticələrinin yaranma təhlükəsi daha yüksəkdir. QSİƏP qəbulu zəruridirsə, ən aşağı doza və mümkün qədər qısamüddətli müalicə kursu istifadə olunmalıdır. Qastrointestinal qanaxma təhlükəsi olduğu üçün QSİƏP-lə müalicə olunan xəstə müntəzəm olaraq nəzarət altında olmalıdır.

 

Prepared by  T-Soft E-Commerce.