Sevimlilərə əlavə edin
Paylaşın

Etodin Sr 600MG N14 Tb

Məhsul Kodu : 111-24700
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

ETODİN SR, 600 mq təsiredici maddəsi tədricən azad olan tabletlər

ETODİN SR tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 600 mq mikronizəedilmiş etodolak vardır.

İstifadəsinə göstərişlər

- Etodin® SR revmatoid artrit və osteoartritin kəskin və ya uzunmüddətli müalicəsi üçün göstərişdir.

Əks göstərişlər

- Etodin® SR əvvəllər etodolak və ya köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq olan xəstələrdə istifadə edilməməlidir. - Etodin® SR ağır ürək çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. - Etodin® SR aktiv və ya anamnezdə residivləşən peptik xora və ya xəstəlik tarixində peptik xora xəstəliyi (iki və ya daha çox fərgli sübut olunmuş xoralaşma və ya qanaxma epizodları ilə) olan xəstələrdə istifadə edilməməlidir. - QSİƏP-ə ibuprofen, aspirin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlarla müalicə zamanı əvvəllər hiperhəssaslıq reaksiyaları (məs., astma, rinit, angionevrotik ödem və ya övrə) müşahidə olunan xəstələrə əks göstərişdir.

- Ağır dərəcəli ürək çatışmazlığı, qaraciyər çatışmazlığı və böyrək çatışmazlığı. - Hamiləliyin son trimestri. - Əvvəllər QSİƏP-lə müalicə ilə əlaqədar mədə-bağırsaq qanaxması və ya perforasiya halları.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik İnsanlarda QSİƏP-lərın qəbul edilməsi ilə əlaqədar anadangəlmə anomaliyalar barəsində məlumat verilmişdir; baxmayaraq ki, onların rast gəlmə tezliyi aşağıdır və elə görünür ki, hər hansı bir aydın sxemə uyğun deyillər. QSİƏP-lər dölün ürək-damar sisteminə məlum təsirlər göstərir, prostaqlandin biosintezinin bəzi inhibitorları arterial axacağın zamanından tez bağlanma riskini artırır, hamiləliyin son trimestrində istifadə edilməsi əks göstərişdir. Doğuşun başlanmasını ləng edir və həm anada, həm də körpədə qanaxmalara meylliliyin artıraraq, doğuşun müddətini uzada bilər. Hamiləliyin ilk iki trimestrində və ya doğuş zamanı, QSİƏP-lər, xəstə üçün potensial faydanın döl üçün potensial riskdən üstün olması müəyyən edilməyənə kimi istifadə olunmamalıdır.

Laktasiya Bu günə qədər mövcud olan məhdud tədqiqatlara əsasən, QSİƏP-lər çox aşağı konsentrasiyalarda ana südünə nüfuz edə bilər. Ana südü ilə qidalandırma zamanı mümkün olduğu qədər QSİƏP-lərin istifadəsindən qaçınmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Etodin® SR başgicəllənmə, yuxululuq, yorğunluq və ya anormal görmənin yaranmasına səbəb ola bilər. Xəstələr nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarə və istifadə etməkdən əvvəl, bu dərman preparatına necə reaksiya vermələri haqda xəbərdar olmalıdırlar.

ETODİN SR istifadə qaydası və dozası

Peroral qəbul üçün nəzərdə tutulub. Qida ilə birgə yaxud yeməkdən sonra qəbul edilməsi daha məsləhətlidir. Ən aşağı effektiv dozanı simptomları nəzarət etmək üçün tələb olunan ən qısa müddət istifadə etməklə, arzuolunmaz təsirləri minimuma endirmək olar. Böyüklər 600 mq Etodin® SR tabletləri.

Bir tablet bütöv halda gündə bir dəfə stəkan dolu su ilə udulmalıdır. Gündə 600 mq-dan çox olan dozaların qəbulunun təhlükəsizliyi müəyyənləşdirilməyib. Tolerantlıq və ya taxifilaksiyanın yaranması haqqında məlumat verilməmişdir. Yaşlılar Yaşlılarda adətən ilkin dozada heç bir dəyişiklik edilməsi tələb olunmur.

Yaşlılar əlavə reaksiyaların ciddi nəticələrin yaranma riskinə daha çox məruz qalırlar. Əgər QSİƏP-rı zəruri hesab edilərsə, ən aşağı effektiv doza və ən qısa müddətdə istifadə edilməlidir. QSİƏP-la müalicə zamanı xəstələr mədə-bağırsaq qanaxmasına görə müntəzəm olaraq nəzarət olunmalıdır. Uşaqlar İstifadəsi tövsiyə olunmur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24700

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce