Sevimlilərə əlavə edin
Paylaşın

Etofleks 50 Mg 40 Məlhəm

Məhsul Kodu : 111-16538
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

ETOFLEKS, xaricə istifadə üçün gel

ETOFLEKS tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 50 mq etofenamat vardır.

İstifadəsinə göstərişlər

Müxtəlif mənşəli kəskin ağrılar *Ağrı, oynaqların iltihabı və yumşaq toxumanın travma zamanı zədələnməsi, degenerativ və revmatik xəstəliklər (dartılma, çıxıqlar, əzilmələr, lümbaqo, bursit, miozit, tendovaginit, mialgiya, artrit). *boyun və çiyin ağrıları

Əks göstərişlər

Etofenamata, flufenam turşusuna və ya digər QSİƏP-lərə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləliyin altıncı ayından sonra ETOFLEKS ®-dən istifadə edilməməlidir. Həmçinin bu müddətdən əvvəl də həkiminiz zərurət olduğunu bildirməzsə, ETOFLEKS ®-dən istifadə etməyin. Müalicə müddəti ərzində hamilə olduğunuzu öyrəndiyiniz təqdirdə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

Etofenamat ana südünə kiçik miqdarda keçdiyi üçün, ETOFLEKS ®-dən uzun müddət istifadə etməyin və gündəlik doza həddini aşmayın. Dərmanın körpənizə təsir etməsinə yol verməmək üçün körpənizi əmizdirdiyiniz müddət ərzində ETOFLEKS ®-i döş qəfəsi nahiyənizə çəkməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

ETOFLEKS ®-in avtomobili və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur.

ETOFLEKS istifadə qaydası və dozası

ETOFLEKS ® yalnız xaricə, dəri üzərinə istifadə üçündür. Geli udmaq olmaz! ETOFLEKS ®-i bədəninizin zədələnmiş nahiyələrinə na zik təbəqə şəklində çəkin və yüngül masaj hərəkətləri ilə dəriyə yeridin. ETOFLEKS ®-i çəkdikdən sonra bir neçə dəqiqə dəridə qurumasını gözləyin.

Həkiminiz söyləmədiyi təqdirdə, müalicə edilən dəri nahiyəsini sarğı ilə örtməyin. Həkiminiz ETOFLEKS ® ilə müalicə müddətini sizə bildirəcəkdir. İdman xəsarətləri kimi küt travmalar zamanı, adətən, bir həftəlik müalicə kifayət edir. Revmatik xəstəliklər zamanı əksər hallarda 3-4 həftəlik müalicə kifayət edir.

Əgər şikayətləriniz davam edərsə, əlavə müalicəyə ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün həkiminizlə məsləhətləşin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-16538

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce