Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ETOFLEKS 500MG 2ML N1 AMP

Məhsul Kodu : 111-16539
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ETOFLEKS, inyeksiya üçün məhlul

ETOFLEKS tərkibi

Təsiredici maddə: 1 ampulda (2 ml) 1 q etofenamat vardır.

İstifadəsinə göstərişlər

Müxtəlif mənşəli ağrılar zamanı − xroniki revmatik artrit, ankilozlaşdırıcı spondilit, lümbaqo, işias, bursit, tendosinovit. − müxtəlif travmalar (məsələn, idman travmaları), dartılma, burxulma, əzilmə, oynağın və bağların zədələnməsi. − əməliyyatdan sonrakı ağrı.

Əks göstərişlər

Əgər sizdə etofenamata və ya ETOFLEKS ®-in tərkibinə daxil olan hər hansı maddəyə qarşı yüksək həssaslıq vardırsa Əgər əvvəllər aspirinə və ya digər qeyri -steroid iltihab əleyhinə preparatın istifadəsindən sonra sizdə astma, xırıltılı tənəffüs, burnun axması, övrə və ya allergiya tipli reaksiyalar müşahidə olunmuşdursa Əgər mədə və bağırsaqlarınızda əvvəllər qanaxma olmuşdursa və ya xora vardırsa Əgər digər qeyri -steroid iltihab əleyhinə preparatın istifadəsindən sonra sizdə mədə-bağırsaqda perforasiya olubsa Əgər ürəyin tac damarları (koronar arteriyalar) üzərində aparılacaq əməliyyata hazırlaşırsınızsa Əgər qanın laxtalanmasına mane olan və ya qanın özlülüyünü azaldan dərmanlar (antikoaqulyantlar və antitrombotik dərmanlar) qəbul edirsinizsə Əgər sizdə ciddi ürək çatışmazlığı vardırsa Əgər sizdə qaraciyər və böyrək çatışmazlığı vardırsa Əgər siz hamiləliyin son dövrlərindəsinizsə (altıncı aydan sonra) Əgər siz körpənizi döşlə əmizdirirsinizsə Əgər yaşınız 18 - dən kiçikdirsə

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləliyin altıncı ayından sonra ETOFLEKS ®-dən istifadə edilməməlidir. Həmçinin bu müddətdən əvvəl də həkiminiz zərurət olduğunu bildirməzsə, ETOFLEKS ®-dən istifadə etməyin. Müalicə müddəti ərzində hamilə olduğunuzu öyrəndiyiniz təqdirdə, həkiminiz lə və y a əczaçınızla məsləhətləşin.

Körpənizi döşlə əmizdirdiyiniz müddətdə ETOFLEKS ®-dən istifadə etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

ETOFLEKS ® müalicənin əvvəlində və ya dozası artırıldıqda diqqəti toplama qabiliyyətinizə təsir edə bilər. ETOFLEKS ®-dən istifadə etdiyiniz müddətdə avtomobil və digər mexanizmləri idarə etməyin.

ETOFLEKS istifadə qaydası və dozası

ETOFLEKS ® ampul əzələ daxilinə yeridilmə üçündür. Ampulu sındırdıqdan sonra, inyeksiya üçün məhlul şprisə çəkilir və kifayət qədər uzun iynə ilə əzələ daxilinə dərinə yeridilir. İnyeksiyadan əvvəl məhlulun qan damarına daxil olmadığından əmin olmaq üçün şprisin porşeni bir qədər geriyə çəkilməlidir. Əgər müalicə davam etdirilməlidirsə, həkiminiz Etoflex ampula istifadəsindən sonra, Etoflex gel -i yerli olaraq təyin edə bilər.

Preparatın düzgün istifadəsi və dozalanması/istifadə tezliyi üzrə təlimat Həkiminiz xəstəliyinizdən asılı olaraq ETOFL EKS preparatının dozasını müəyyən edəcək və həmin dozanı sizə təyin edəcəkdir. ETOFLEKS preparatının istifadə edilən ümumi dozası bir ampuldur, əzələ daxilinə, dərinə yeridilir. Etofenamat ilə müalicənin davam etdirilməsi nəzərdə tutulursa, həkiminizin töv siyəsi ilə siz ETOFLEKS ampulunun istifadəsindən sonra müalicəni yerli istifadə edilə bilən ETOFLEKS gel və ya ETOFLEKS sprey ilə davam etdirə bilərsiniz. İstifadə üsulu və metodu: ETOFLEKS ampulu əzələ daxilinə yeridilmə üçün nəzərdə tutulmuşdur.

Ampulu qırdıqdan sonra, inyeksiya üçün məhlul şprisə çəkilir və kifayət qədər uzun inyeksiya iynəsi ilə əzələ daxilinə, dərinə yeridilir. Məhlulu yeritməzdən əvvəl, iynənin qan damarına daxil olmadığından əmin olmaq üçün şprisin porşenini bir qədər geriyə çəkmək l azımdır. Anafilaktik reaksiyaların (qəfil başlayan ciddi allergiyanın) inkişaf etməsi mümkün olduğundan, ETOFLEKS preparatının inyeksiyasından sonra ən azı 1 saat ərzində pasiyentin müşahidə altında olması tələb oluna bilər. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi Uşaqlarda və yeniyetmələrdə etofenamatın istifadəsi üzrə təcrübə olmadığından, ETOFLEKS preparatı 18 yaşdan kiçik pasiyentlərdə istifadə edilməməlidir.

Yaşlılarda istifadəsi (65 yaş və yuxarı): Mümkün əlavə təsirlər səbəbindən, yaşlı pasiyentlə rdə ETOFLEKS preparatı ehtiyatla istifadə edilməlidir. Xüsusi vəziyyətlərdə istifadə: Böyrək/Qaraciyər funksiyalarının pozulması: Əgər sizdə böyrək və/və ya qaraciyər funksiyalarının pozulması vardırsa, ETOFLEKS preparatını istifadə etməyin. ETOFLEKS prepa ratının təsirinin həddən artıq güclü və ya həddən artıq zəif olduğunu hesab edirsinizsə, həkiminizə və ya əczaçıya müraciət edin. Əgər ETOFLEKS preparatını istifadə etməyi unutmusunuzsa Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin.

ETOFLEKS preparatı ilə müalicənin dayandırılması zamanı baş verə biləcək təsirlər. Hər hansı təsirin baş vermə ehtimalı azdır.

Prepared by  T-Soft E-Commerce.