Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Fastum 25 mg 50 qr gel

Məhsul Kodu : 111-05931
İstehsalçı ölkə: Italiya
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FASTUM® GEL, 2,5 % xaricə istifadə üçün gel

Fastum Gel tərkibi

 Təsiredici maddə:   1 q gelin tərkibində 0,025 q (2,5 % ) ketoprofen vardır. Köməkçi maddələr: karbomer, etanol, neroli aromatizatoru, lavandin aromatizatoru, trietanolamin,        təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Fastum® gel preparatı revmatik və ya travmatik mənşəli əzələ, sümük və ya oynaq ağrıları zamanı yerli müalicə üçün istifadə olunur: məsələn, zədələnmələrdə, bağların zədələnməsində, əzələlərin zədələn-məsində, boyun əzələlərinin rigidliyində, lümbaqo zamanı.

Əks göstərişlər:

 - Pasiyentdə əvvəllər ketoprofenə, tiaprofen turşusuna, fenofibrata, UB-blokatorlara və ya parfumeriya məhsullarına qarşı allergiyanın yerli təzahürləri olduqda; - pasiyentdə əvvəllər fotosensibilizasiya reasksiyaları olduqda; - təsiredici maddə olan ketoprofenə və ya Fastum® gel preparatının tərkibində olan hər hansı komponentinə qarşı yüksək həssaslıq (bax: “Tərkibi”); - pasiyentdə tiaprofen turşusuna, asetilsalisil turşusuna, digər QSİƏP-ə və ya ağrının yüngülləşdiril-məsi və ya iltihabın aradan qaldırılması üçün nəzərdə tutulan dərman preparatına qarşı yüksək həs-saslıq (allergiya). Allergiya simptomlarına fitverici tənəffüs (astma), burundan ifrazatlar (rinit) aiddir; - pasiyentdə fenofibrata (qanda xolesterinin səviyyəsini aşağı salmaq üçün istifadə olunan dərman preparatı) qarşı yüksək həssaslıq; - gel ilə müalicə müddətində və müalicə dayandırıldıqdan sonra 2 həftə ərzində preparat yeridilən dəri nahiyələri günəş şüalarının və ya solyarilərin UB-şüalarının təsirinə məruz qalmamalıdırlar; - zədələnmə əlamətləri, məsələn, ekzema, akne, infeksion proses və ya açıq yaralar, olan dəri nahiyələrində geli istifadə etmək olmaz; - hamiləliyin üçüncü trimestri (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”). Hər hansı dəri reaksiyaları, o cümlədən, preparatın tərkibində oktokrilen (oktokrilen -  şampunlar, taraşdan sonra istifadə olunan gellər, duş üçün gellər, dəri kremləri, dodaq boyaları, dərinin qocalmasını ləngidən kremlər, makiyajın təmizlənməsi üçün vasitələr, saç spreyləri kimi, qocalmanı ləngitmək xüsusiyyətlərinə malik, bir sıra kosmetik və gigiyenik məhsulların komponentidir) olan məhsullar ilə birlikdə istifadəsi ilə əlaqəli dəri reaksiyalarının inkişaf etməsi, meydana çıxdıqda, Fastum® gel preparatının istifadəsini dərhal dayandırmaq lazımdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə preparatdan istifadə etmək olmaz. Bu, uşağın sağlamlığına təsir göstərə bilər.

Fastum Gel istifadə qaydası, dozası

 Göstərilən dərman preparatını hər zaman, içlik vərəqədə izah edilmiş göstərişlərə və ya həkimin və ya əczaçının göstərişlərinə müvafiq dəqiq qəbul etmək lazımdır. Hər hansı şübhə olduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Tövsiyə olunan doza 5-10 sm uzunluğunda gel zolağını gündə 1-3 dəfə zədələnmiş nahiyəyə çəkmək lazımdır. Qapağı burub açmaq və qapağın əks tərəfində olan iti uc vasitəsi ilə alüminium mempranı yarmaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.